Səfir Hoqland: "BMT Qarabağ məsələsində daha fəal mövqe tutmalıdır"

Səfir Hoqland: "BMT Qarabağ məsələsində daha fəal mövqe tutmalıdır""Güc tətbiqi təmas xəttində deyil, Ermənistanla Azərbaycan arasındakı sərhəddə baş verdi. Bu, niyə indi baş verdi? Bax, hələ heç kimin cavablandırmadığı əsas sual budur".

"Report" xəbər verir ki, bunu vaxtilə müvəqqəti olaraq ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri vəzifəsini icra etmiş səfir Riçard Hoqland "Amerikanın səsi"nə müsahibəsində Ermənistan-Azərbaycan sərhədində baş vermiş son gərginliyi şərh edərkən deyib.

R.Hoqland ATƏT sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik ilə qeyri-rəsmi söhbət etdiyini vurğulayıb.

"Hazırda onlar gərginlik zonasında müşahidə missiyası həyata keçirə bilmirlər. Minsk qrupu gərginliyi azaltmaq və status-kvoya qayıtmaq üçün çox səy göstərib. Ancaq onun təəssüf ki, məsələni həll etmək iqtidarında olmadığını hiss edirəm", - Hoqland bildirib.

Onun sözlərinə görə, ən yaxşı niyyətləri olmasına, iştirakçı tərəflərin və Rusiya kimi böyük bir gücün dəstəyi olmasına baxmayaraq, Minsk qrupu, sadəcə, öz vəzifəsinin öhdəsindən gələ bilmir. Buna görə də Hoqland hesab edir ki, BMT prosesə aktiv şəkildə qoşulmalıdır:

"Şəxsən mən hesab edirəm ki, məsələ BMT-nin probleminə çevrilməlidir və yeganə yol Dağlıq Qarabağı qeyri-müəyyən müddətə təşkilatın protektoratlığı altına buraxmaqdır. Sonradan, illər sonra, emosiyaların sakitləşəcəyi vaxtda hər iki tərəf BMT-nin rəhbərliyi altında gələcək üçün istəklərini ifadə edə bilərlər".

R.Hoqland münaqişənin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ məsələsi ilə bağlı qəbul etdiyi dörd qətnamə, müəyyən həll yollarını təklif edən Madrid prinsipləri əsasında həll edilməsinin zəruriliyini diqqətə çatdırıb.

Qarabağ münaqişəsinin həllində Rusiyanın roluna toxunan səfir bildirib ki, tarixi araşdırsaq, bir sıra aşkar halları aydın görmək mümkündür: "Əvvəla, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl SSRİ-nin dağılmasının ötən əsrin ən böyük fəlakəti olduğunu söyləyib. O, ara-sıra postsovet məkanı ölkələrinin – düşünürəm ki, həm Ermənistan, həm də Azərbaycanın - Rusiyanın xüsusi diqqət mərkəzində olduğunu vurğulayır. Bu zonada həll olunmamış münaqişələr çoxdur. Şəxsi fikrim budur ki, Rusiya həqiqətən bu münaqişəni həll etmək istəsəydi, bu istiqamətdə daha aktiv addımlar atardı. Eyni zamanda, Rusiya ilə Ermənistanın müttəfiq olduğu açıq şəkildə görünür, bu da Qarabağ münaqişəsinin tənzimlənməsinə təsir göstərir".

Bu məsələdə Türkiyənin roluna gəlincə, Hoqland Türkiyənin Qarabağ münaqişəsində "birbaşa iştirakı" barədə heç bir dəlil və ya sübutun olmadığını qeyd edib: "Əlbəttə, hamımız bilirik ki, Azərbaycan və Türkiyə yaxın müttəfiqdir, amma Ermənistan və Rusiya da müttəfiqdir. Regionda bu vəziyyətdən faydalana biləcək başqa aktorlar da var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 499   Tarix: 04 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999