Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi

Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın beş ildə ölkə konstitusiyasında dəyişikliklər edilməsini təklif edib.

Bu barədə onun “Zvyazda” qəzetində dərc olunan seçki proqramında qeyd olunur.

Lukaşenkonın sözlərinə görə, belaruslar ölkənin taleyi üçün məsuliyyət daşımağa hazırdırlar:

“Bu məsuliyyət dərəcəsini insanların özləri təyin edəcəklər. Amma qanun çərçivəsində. Küçələrdə və meydanlarda deyil, hüquqi münasibətlər yolu ilə. Konstitusiyadan başlayaq”.

Belarus prezidenti qeyd edib ki, ölkə sakinləri öz hüquqlarını, azadlıqlarını və vəzifələrini, habelə referendum zamanı dövlət orqanlarının səlahiyyətlərini təyin edəcəklər.

Aleksandr Lukaşenko 1994-cü ilin iyulundan bəri daimi olaraq Belarus prezidenti postunu tutur. İndi o, 2020-ci ildə başa çatacaq beşinci prezidentlik dövründədir. (oxu.az)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 317 Tarix: 04.08.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol