Uşaq tanımadığı kasıb qıza hədiyyə göndərdi - 14 il sonra evləndilər - FOTOLAR
Bəzən insanın kiçik əməlləri gözləmədiyi anda böyük sürprizlərə çevrilir.
BiG.AZ-ın oxuculara təqdim etdiyi romantik həyat hekayəsi bunun bir nümunəsidir.
Belə ki, ABŞ-ın Aydaho ştatının sakini Tayler Vulf 7 yaşında olarkən (2000-ci ildə) kasıb ölkələrdə yaşayan uşaqlara Milad hədiyyəsi göndərən xeyriyyə təşkilatının aksiyasında iştirak edərək filippinli kasıb bir qıza hədiyyə göndərib.
14 il sonra həmin qıza aşiq olacağından xəbərsiz olan balaca Tayler hədiyyəsini ayaqqabı qutusuna qoyaraq, qutunu kağızla "cildləyib", bağlamanın kimə çatacağını bilmədən içinə təbrik açıqcası və öz şəklini də qoyaraq, hədiyyəsini göndərib.
Bu əməlini unutsa da, Filippində yaşayan Coanna Marşan onu unutmayıb.
Hadisədən 11 il sonra Coanna sosial şəbəkədə Tayleri taparaq "dostluq" göndərib. Tayler ilk öncə dostluğu qəbul etməyib, lakin qız israr etdikdə, "bəlkə də bir sinifdə oxumuşuq" düşünən oğlan "təslim olub".
Coanna Taylerin uşaqlıq şəklinin onda olduğunu və hədiyyəsini hələ də qoruyub saxladığını dedikdə, oğlan heyrətə gəlib.
Bir neçə ay ünsiyyətdə olduqdan sonra zövqləri, maraqları, fikirləri üst-üstə düşən gənclər yaxın dosta çevriliblər.
Bir müddət sonra Coanna Tayleri Filippinə qonaq çağırıb. Qızı canlı surətdə görən Tayler aşiq olduğunu anlayıb. O, qızın valideynləri və dostları ilə tanış olaraq, öz qohumlarını da Coanna ilə tanış edib.
ABŞ-a qayıtdıqdan sonra artıq Coannadan ayrı qala bilmədiyini hiss edən Tayler Filippinə növbəti səfərində qıza evlənmək təklifi edib.
Sevgililər 2014-cü ildə ailə qurublar.
Bir il sonra onların oğlan uşağı dünyaya gəlib.
Hazırda Tayler və Coanna xoşbəxt valideynlərdirlər.
Tayler uşaqlıqda həmin aksiyada iştirak etməsəydi, yaxud sosial şəbəkədəki "dostluğu"nu qəbul etməsəydi, və ya Filippinə yollanmasaydı nə olacağını təsəvvürünə də gətirə bilmir. Bunları etməsəydi, o, həyatının sevgisini tapmayacaqdı.
Tayler əmindir ki, kiçik xeyir iş belə, insanı daha gözəl edir və gec-tez ona qayıdır.
Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 3941 Tarix: 03 avqust 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı
Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib
13.09.2021 2571 Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO
Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları
14.09.2021 2022 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!
TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem
15.09.2021 1181 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875