"Bir qrup təxribatçı qüvvələrin erməni diasporalarına açıq dəstək verməsi, onların əsl məqsədlərini üzə çıxartdı"-DEPUTAT

"Bir qrup təxribatçı qüvvələrin erməni diasporalarına açıq dəstək verməsi, onların əsl məqsədlərini üzə çıxartdı"-DEPUTATHər dəfə ya uğurlarımız, ya da itkilərimiz olandan sonra saxta müxalifətçilər, ştamplı ziyalılar ortaya düşüb hansısa qüvvələr vasitəsilə pul müqabilində ordumuza ləkə atmağa başlayır. Bu insanlar bilərəkdən ya da bilməyərəkdən erməniyə xidmət edirlər. Bu saxta, ştamplı, dırnaqarası ziyalılar bir dəfə də olsun dövlətin hər hansı bir qurumuna işlərini daha yaxşı görmək üçün təkliflər göndərməyib. İşləri-gücləri ancaq safariş əsasında yersiz tənqidlər səsləndirərək sadə vətəndaşları çaşdırmaqdır.

Ordu ile bağlı deyilən hər söz çox ehtiyatla səsləndirilməlidir. Deyilən hər bir mənfi söz və dezinformasiya birinci növbədə erməni mətbuatının işinə yarayır. Bu ştamplı saxta ziyalılar erməni mətbuatının ulduzlarına çevriliblər. Budurmu vətənpərvərlik?

Bu barədə deputat Aydın Mirzəzadə Sonxeber.az-a açıqlama verib.

Deputat, "siyasətin və siyasətçilərin yeganə məqsədi öz ölkələrinin müstəqiliyinin möhkəmləndirilməsi, əhalinin daha yaxşı yaşaması və problemlərin həll edilməsi olduğunu vurğulayıb":

"İstənilən ölkədə siyasətin və siyasətçilərin yeganə məqsədi öz ölkələrinin müstəqiliyinin möhkəmləndirilməsi, əhalinin daha yaxşı yaşaması və problemlərin həll edilməsidir. Bu baxımdan Azərbaycanı misal götürsək, hakimiyyət tərəfindən çox böyük işlər görülüb. Ölkənin müstəqiliyi möhkəmlənir,beynəlxalq aləmdə yüksək nüfuzu var. Azərbaycana dost olan ölkələrin sayı durmadan artır, iqtisadi problemlər həl edilir, əhalinin sosial vəziyyəti yaxşılaşdırılması üçün böyük işlər görülür. Regionlarda sosial iqtisadi inkişaf yüksəlir, iş yerlərin sayı artır, əmək haqqları, pensialar və təqaüdlər artırılır. Bütün bunların hamısı xalqımızın gözü qarşısında baş verir. Hər birimiz bunların şahidiyik".

Aydın Mirzəzadə, "bir qup insanların tənqid etməkdə məqsədləri nə müxalifətçiliyə, nə də vətənpərvərliyə heç bir aidiyyatı yoxdur deyə qeyd edib":

"Əlbəttə problemlər və çətinliklər də olur. Bunu heç kim gizlətmədiyi kimi daim bunun barəsində danışılır, aradan qaldırılması üçün tədbirlər görülür. Cəmiyyətimizdə bir qrup insan var ki, onlar görülən müsbət istiqamətdə olan çoxlu işləri görməyərək hər hansı bir problemi həddindən artıq qabardaraq hakimiyyəti tənqid edirlər. Ancaq tənqid edərkən problemin həll edilməsi üzrə ortaya hər hansı bir təklif qoymurlar. Bunu bilmək lazımdır ki, tənqidin əsas məqsədi hansısa bir problemin həllinə cəmiyyətin və dövlətin diqqətinə yönəltməkdir. Tənqid edərək görülən işləri görməzdən gəlmək vətənpərvərlikdən uzaq olan radikalıqdır. Bəzi hallarda isə bu radikallıq xaricdəki anti azərbaycan mərkəzlərinin fəaliyyəti ilə üst-üstə düşür. Bu baxımdan onların fəaliyyətində və tənqid etməkdə məqsədləri nə müxalifətçiliyə, nə də vətənpərvərliyə heç bir aidiyyatı yoxdur. Məsələn mart ayından koronavirusa qarşı mübarizənin başlanması artıq öz nəticəsini verib. Bu virusa qarşı hər bir ölkə tək başına mübarizə aparır. Burada Azərbaycanın fəaliyyəti insanları çətinliyə salmadan, problemin həl olunmasına yönəlib. Ancaq bəzi təxribatçı qüvvələr bunu görmək istəmir. Porblemin həll olunması ilə bağlı təklifləri olmadığı kimi, anti Azərbaycan mövqeyi tuturlar".

Deputat əlavə olaraq bildirib ki, "Azərbaycan xalqı həmişə problemləri həl edən, müstəqiliyi qoruyub saxlıyan hakimiyyətə həmişə dəstək verəcəkdir":

"Son dövrlərdə bir qrup təxribatçı insanların orduya dəstək kompaniyasından sui istifadə edərək, parlament binasına qeyri- qanuni daxil olması və yaxud xaricdə fəaliyyət göstərən bir qrup təxribatçı qüvvələrin erməni diasporlarına açıq dəstək verməsi, onların əsl məqsədlərinin nə olduğunu üzə çıxardıb.
Xalqımız bu gün onların probleminin kimin həl etdiyini və hansı siyasətin onların maraqlarına cavab verdiyini yaxşı bilir. Bu Azərbaycan xalqının gücünün və qüdrətinin göstəricisidir. Azərbaycan xalqı problemləri həll edən, müstəqiliyi qoruyub saxlıyan hakimiyyətə dəstək verir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 611   Tarix: 03 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137