Vəhşicəsinə öldürülən tələbə qızın atası: "Cinayətdə başqalarının əli var"

Vəhşicəsinə öldürülən tələbə qızın atası: "Cinayətdə başqalarının əli var"
10 gün əvvəl Türkiyənin Muğla vilayətində keçmiş sevgilisi tərəfindən amansızlıqla öldürülən və daha sonra meyiti betonlanan Pınar Gültekinin ailəsi cinayətin 1 nəfər tərəfindən törədilmədiyini iddia edib.

Qətlə yetirilən tələbə qızın atası Sıddıq Gültekin Pınarın keçmiş sevgilisi olan Cemal Metin Avcıya məxsus bütün telefon nömrələrini blokladığını deyib: "Pınar həmin adamdan uzaq durmağa çalışırmış. Biz əminik ki, bu hadisədə qatilə başqa şəxslər də kömək edib. Mən Pınarın səmimi münasibətdə olduğu bəzi dostlarından şübhələnirəm. Bu barədə istintaqa da demişəm. Həmin şəxslər Pınarın Cemala məxsus maşına minməsinə, onun fermasına getməsinə kömək ediblər".

Qeyd edək ki, hadisəni törədən şəxs evli olub. O, tələbə qızın ondan uzaqlaşmasından sonra qətl planı qurub və onu sonuncu dəfə görmək istədiyini deyib. Bu məqsədlə qızı fermasına aparan və orada birgə yemək yeyən şəxs daha sonra onu amansızlıqla öldürüb.(publika)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2879 Tarix: 02.08.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol