Kamran Razmovar üzr istədi: "Qələbə bizim olacaq!"
"Sizlərdən üzr istəyirəm. Amma o sözləri mən yox, SMM işçim yazıb".
Bu sözləri aktyor və şoumen kimi tanınan Kamran Razmovar "instaqram" hesabında etdiyi açıqlamada bildirib.
Belə ki, son iki gündə sosial şəbəkələrdə Razmovarın Ermənistanın tanınmış vizajist ustası Goar Avetisyanın paylaşdığı posta yazdığı şərh geniş müzakirə olunur. Rusiyada yaşıyan və orada fəaliyyət göstərən erməni vizajistin sözügedən postu 2018-ci ilə paylaşdığı məlum olub. Kamran Razmovar həmin posta rus dilində şərh yazıb. Şərhdə qeyd olunur:
"Siz çox istedadlısınız. Mən hər zaman sizi izləyirəm. Müharibə istəmirəm".
Bu şərh çoxsaylı izləyicilər tərəfindən qəzəblə qarşılanıb. Daha sonra Kamran Razmovar sosial media hesabında post paylaşaraq yazılanlardan xəbəri olmadığını bildirib:
"İlk olaraq hamınızdan buna görə üzr istəyirəm. Amma onu da deyim ki, bunu mən yazmamışam. 2018-ci ildə yazılan həmin şərhi mənim SMM işlərimə baxan köməkçim yazıb. Səbəbi isə odur ki, həmin dönəmlərdə biz səhifənin aktivliyini artırmaq və daha çox tanınması üçün rusiyalı sənətçilərin səhifələrinə şərhlər yazırdıq. Daha çox insan görsün və tanısın deyə. O, bilmədən həmin vizajistin də səhifəsində şərh yazıb. Mən bunu biləndə çox təəccübləndim. Sizlərdən bir daha üzr istəyirəm. Təbii ki, mən o şərhi sildim. İyul ayının 12-dən bütün sosial media hesablarımda ordumuzu dəstəkləyəcək postlar paylaşıram və onlara inanıram. İnanıram ki, qələbə bizim olacaq".
Xatırladaq ki, iyul ayının 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Hazırda həmin istiqamətdə döyüşlər davam edir. (lent.az)
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toydan 3 ay sonra ayrıldılar
Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım
18.09.2021 5366 Xəyanət iddialarını yalanladı
Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"
17.09.2021 2431 Zamiqin oğlunun ad günündən - FOTO
Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı
18.09.2021 5961 Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO
4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl
16.09.2021 1693 Aqil M.Quliyev cinayətdən danışacaq
Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis
18.09.2021 2371 "O səs Türkiyə"nin münsifləri açıqlandı
Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq
15.09.2021 2403 Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR
Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:
16.09.2021 7310 Pandemiyada ikinci restoranını açdı
Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını
17.09.2021 3697 "Bu missiyam da tamamlandı" - Afaq Gəncəli
"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd
16.09.2021 1999