Prezidentin köməkçisindən Ermənistanın təxribatı ilə bağlı yeni açıqlama

Prezidentin köməkçisindən Ermənistanın təxribatı ilə bağlı yeni açıqlama"Bütün bunları etməkdə Ermənistanın məqsədi regionda yeni gərginlik ocağı yaratmaq, işğal olunmuş ərazilərdən diqqəti yayındırmaq, danışıqlar prosesini pozmaq və Azərbaycan torpaqlarını azad etməməkdir. Həmçinin bu kimi təxribatlarla onlar diqqəti daxili ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq və üzvləri olduğu siyasi-hərbi təşkilatları bu prosesə cəlb etmək istəyirlər. Lakin hamı prosesi yaxşı başa düşür və onlara inanan yoxdur".

BiG.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatları ilə bağlı Avropanın nüfuzlu xəbər portalı olan euractiv.com-a müsahibəsində deyib.

O bildirib ki, Ermənistan tərəfi bu təxribatı öncədən və məqsədyönlü şəkildə hazırlanıb: "Belə ki, hadisələrdən öncə bu ərazidə çox sayda erməni ordusunun rəhbər heyəti və canlı qüvvələri cəmləşdirilmişdir. Həmçinin erməni tərəfi iddia edir ki, Azərbaycan Ordusu bir hərbi maşınla hücum cəhdi edib. Bu məntiqsizdir. Reallıq isə budur ki, Ermənistan tərəfi artilleriyadan istifadə etməklə Azərbaycana qarşı növbəti məqsədyönlü təcavüz aktını həyata keçirir".

H.Hacıyev qeyd edib ki, Ermənistan ilə sərhədin bir hissəsinə nəzarət üçün Azərbaycan Dövlət Sərhəd Xidməti cəlb olunub. Ermənistan isə əksinə bu zonada öz hərbi qüvvələrinin sayını artırır və bu kimi hərbi təxribatlara yol verir.

Prezidentin köməkçissi xüsusilə vurğulayıb ki, Ermənistan tərəfi bu ərazilərdə Azərbaycanın mülki əhalisinin yaşadığı kəndləri məqsədyönlü şəkildə hədəf alır və bununla da beynəlxalq humanitar hüququ, eləcə də müvafiq Cenevrə Konvensiyalarını kobud şəkildə pozur. H.Haciyev 76 yaşlı mülki sakinin də Ermənistan silahlı qüvvələri tərəfindənöldürülməsi faktını qeyd edib.

O deyib ki, bütün dünyanın COVİD ilə mübarizə apardığı bir şəraitdə Ermənistanın əvvəlcə BMT Baş katibinin qlobal sülh çağırışına qoşulması, daha sonra isə Azərbaycana qarşı növbəti hərbi təcavüz aktı həyata keçirməsi onların əsil mahiyyətini – riyakarlıqlarını üzə çıxarmış olur: "Ermənistan daxilində COVİD ilə bağlı gərgin bir vəziyyət hökm sürür və bu ölkənin rəhbərliyi belə təxribatlara əl atmaqla diqqəti sözügedən problemdən və onun nəticəsində daha da qəlizləşmiş sosial-iqtisadi vəziyyətdən yayındırmağa cəhd edir.

Avropa İttifaqının bu prosesdə roluna toxunan H.Hacıyev deyib ki, Avropa İttifaqı və onun üzv dövlətləri vəziyyəti yaxşı başa düşürlər. Azərbaycan öz növbəsində bu proseslərlə bağlı Aİ-ni məlumatlandırır. Bu xüsusda H.Hacıyev vurğulayıb ki, Azərbaycan Avropa İttifaqından aqressor ölkə ilə aqressiyaya məruz qalmış ölkə arasında fərq qoymasını gözləyir: "Belə ki, Ermənistanın addımları beynəlxalq ictimaiyyət, o cümlədən Aİ tərəfindən qəti şəkildə pislənilməlidir. Əks halda, Ermənistanın cəzasız qalması rəsmi Yerevanı yeni hərbi təxribatlara həvəsləndirəcək. Azərbaycan ümid edir ki, Aİ Ermənistanın işğal olunmuş ərazilərimizdəki qeyri-qanuni fəaliyyətinə, o cümlədən qeyri-qanuni məskunlaşma siyasətinə hüquqi qiymət verəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 934   Tarix: 15 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

15:11 46
.

Gürcüstanda etiraz aksiyaları toqquşmalara çevrildi - VİDEO

Gürcüstanda təhlükəsizlik qüvvələri "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edərkən parlament binasını mühasirəyə alaraq girişləri bağlamağa çalışıblar. BİG.AZ xəbər verir ki, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Həmin videonu təqdim edirik:

02.05.2024 263
.

Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur. Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?. Əmlak məsələlər

02.05.2024 436
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

10:50 533
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 263
.

Amin əsir düşdüyü yerdə... - Video

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub. "Qafqazinfo" xəbər verir ki, ikinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:. "Yerimi dəyişəndə güllə yarası aldım

10:06 365
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 213
.

Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO

Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib. Bu barədə görüntülər -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib. Özünü yandırmağa cəhd göstərən şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə edib

12:12 559
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

11:03 888