"Ermənistan tərəfi sosial şəbəkələrdə köhnə foto və videolardan istifadə edir" - Deputat

"Ermənistan tərəfi sosial şəbəkələrdə köhnə foto və videolardan istifadə edir" - Deputat"Vəziyyət gərgin olaraq, qalır. Artıq Ermənistan tərəfi iriçaplı pulemyotlar, toplar, artilleriya qurğularından istifadə etməklə dinc əhalini atəşə tutur, kəndləri vururlar".

Bunu "MediaPost"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, politoloq Arzu Nağıyev deyib.

O, işğalçı ordunun hücumlarına baxmayaraq, dinc əhali arasında hər hansı itki qeydə alınmadığını söyləyib:

"Tovuzun Dondar Quşçu, Ağdam kəndləri intensiv olaraq, artilleriya atəşinə məruz qalır. Məlumdur ki, belə intensiv atışma vaxtı hər iki tərəf ciddi itkilər verə bilər. Ermənistan tərəfi təbii ki, bizdən dəfələrlə çox itki verib. Lakin bunu gizlədirlər. İşğalçıların itkilərini gizlətməkdə məqsədi öz aralarında səs-küyün qalxmaması, problemlərin yaranmasının qarşısını almaqdır.

Ermənistan tərəfi öz vətəndaşlarını sakitləşdirmək, Azərbaycan cəmiyyətində panika yaratmaq üçün sosial şəbəkələrdəki köhnə foto və videolardan istifadə edir.

Müdafiə Nazirliyinin yaydığı məlumatlar həqiqəti əks etdirir. Azərbaycan Orudusu əməliyyat şəraitinə nəzarət edir".

Deputat sərhəd bölgəsindəki sakinlərimizin Ermənistanın təxribatçı hərəkətlərinə öyrəşdiyini bildirib:

"Tovuz, Gədəbəy, Ağstafa - bu zonada olan, sərhəd bölgələrində yaşayan bütün vətəndaşlar illərdir vəziyyətə öyrəşiblər. Buna son qoymaq, müharibəni bitirmək lazımdır. Çünki hər bir vətəndaşın konstitusion hüququ var ki, onlar vətəndaş kimi normal yaşasınlar. Vətəndaşlarımızın azadlığına təcavüz edən erməni işğalçıları birmənalı şəkildə öz yerinə otuzdurulmalıdır.

Azərbaycan xalqı mütəmadi olaraq, lokal müharibələrin baş verməsinə baxmayaraq, onun qarşısının alınmasında öz mərdliyini göstərir və Azərbaycan Orusu ilə, Silahlı Qüvvələrlə bir yerdədirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1337   Tarix: 14 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304