Məşhur aktyor sevgilisini döyüb bu hala saldı - FOTO

Məşhur aktyor sevgilisini döyüb bu hala saldı - FOTOXəbər verdiyimiz kimi, "Babil" serialında əsas rollardan birini canlandıran aktyor Ozan Güvən sevgilisinə zorakılıq tətbiq etməsiylə gündəmdədir.

Özündən 17 yaş kiçik sevgilisi Deniz Bulutsuzu bir saata yaxın döydükdən sonra çəkilən yeni fotolar ortaya çıxıb. Bundan əvvəl Deniz Bulutsuzun sadəcə gözünə qan dolan bir fotosu mətbuata təqdim olunmuşdu. Yeni yayılan fotolarda qadının qollarında və ayaqlarında çoxsaylı göyərmələr var. Bir gözü gömgöy olan qadının çənəsindəki yara da diqqətdən qaçmayıb.

Məlum olub ki, Deniz Bulutsuz aktyorun ona qarşı etdiyi zorakılığı yaxınlarından gizlətməyə çalışıb və yalnız 5 gün sonra polisə müraciət etməyə qərar verib.

Ozan Güvən isə bu hadisənin ona qarşı qurulmuş tələ kimi qələmə verib və bildirib ki, aralarındakı mübahisə Dəniz Bulutsuzun keçmiş sevgilisi üzündən yaşanıb.

Məşhur aktyor sevgilisini döyüb bu hala saldı - FOTOpublika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4536   Tarix: 13 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş