Koronavirusdan sonra ən çox rast gəlinən fəsadlar açıqlandı

Koronavirusdan sonra ən çox rast gəlinən fəsadlar açıqlandıCOVID-19-dan sağalan insanlarda ən geniş yayılan fəsadlar ağciyərlərin və ürəyin zədələnməsidir. Bu mənada ən çox rast gəlinən fəsad miokarditdir.

BiG.AZ oxu.az-a istinadən bildirir ki, bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib.

Onun sözlərinə görə, koronavirusu ağır keçirən xəstələrin bərpa prosesinə ehtiyacı var.

"Bədənin tükənməsi səbəbindən bu insanlar üçün böyük fiziki fəaliyyətlər ilkin mərhələdə mümkün olmayacaq", - deyə, o əlavə edib.

Bundan əvvəl bildirilmişdi ki, o, koronavirus infeksiyası keçirmiş kişilərdə sonsuzluq yarana bilər. Tibb işçilərinin sözlərinə görə, COVID-19-dan sağalan kişilərin spermasının keyfiyyəti 38 faiz azalır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1996   Tarix: 11 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş