Azərbaycanda sərnişin və yük daşımaları ilə bağlı qayda təsdiq edilib

Azərbaycanda sərnişin və yük daşımaları ilə bağlı qayda təsdiq edilibNazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası"nı təsdiq edib.

BiG.AZ xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qaydaya əsasən, operatorun məsul şəxsinin (şəxslərinin), həmçinin beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həmin Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki "Nəqliyyat Təlim-Tədris Mərkəzi" MMC-də və yaxud Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqında akkreditasiyadan keçmiş digər qurumlarda təşkil edilir və keçirilir.

Hazırlıq üzrə məşğələlər tədris kabinetlərində, təlim meydançasında və simulyator (avtotrenajor) otaqlarında müvafiq sahə üzrə yüksəkixtisaslı və təcrübəli müəllim və (və ya) təlim ustaları cəlb olunmaqla keçirilir.

Hazırlığın yüksək keyfiyyətini və səmərəliliyini təmin etmək məqsədilə tədris qrupları 25 nəfərdən çox və 10 nəfərdən az olmayan sayda (sürücülərə münasibətdə) olmaqla formalaşdırılır. Tədris proqramları üzrə məşğələlər nəzəri (mühazirələrdən) və praktiki hissələrdən, həmçinin yekun qiymətləndirmədən ibarətdir. Məşğələlər bir sutka ərzində 6 saatdan artıq olmamaqla keçirilir.

Hazırlıq zamanı məsul şəxslərə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təşkilinin özünəməxsusluqları, bu sahədə mövcud olan hüquq normaları, işgüzar adətlər, müxtəlif müqavilə növlərinin hüquqi və praktiki aspektləri, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaların maliyyə menecmenti, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və onların istismar xüsusiyyətləri barədə məlumatlar verilir.

Hazırlıq üzrə məşğələlərdə avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar yerinə yetirən sürücülərə yüklərin qəbulu, rəsmiləşdirilməsi, təhlükəsiz yerləşdirilməsi, bərabər paylanılması, bərkidilməsi, daşınması və təhvil verilməsi qaydaları, müxtəlif növ yüklərin daşınmasının şərtləri və xüsusiyyətləri, eləcə də sərnişin daşınmasının ümumi şərtləri, baqajın (əl yükünün) daşınmasının təşkili və saxlanılmasının şərtləri, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə məlumatlar verilir.

Məsul şəxslərin və sürücülərin hazırlığı üzrə tədris proqramında nəzərdə tutulmuş dərslərin saatı tədris proqramlarında qeyd olunan qədər olmalı, yenidən hazırlıq isə həmin proqramlar əsasında 35 saatdan az olmamalıdır.

Məsul şəxslər və sürücülər hazırlıq üzrə məşğələlərdə iştirak etmək üçün aşağıdakı sənədləri bu Qaydanın 2.1-ci bəndində qeyd olunan qurumlara təqdim etməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- 1 ədəd fotoşəkil (3x4 sm ölçüsündə);

- sağlamlıq barədə tibbi arayış (təqdim etməzdən ən geci 1 (bir) ay əvvəl alınmış);

- əsli təqdim edilməmişdirsə, operatorun nəqliyyat fəaliyyətini faktiki və davamlı şəkildə idarə etdiyini təsdiq edən müqavilənin (məsul şəxsə münasibətdə) notarial qaydada təsdiq edilmiş surəti;

- sürücülük vəsiqəsinin surəti (sürücüyə münasibətdə).

- Yenidən hazırlıqda iştirak etmək üçün müraciət edən məsul şəxs və yaxud sürücü bu sənədlərdən əlavə, ilk dəfə hazırlıq keçməsini təsdiq edən müvafiq sənədi də təqdim etməlidir.

Hazırlıqda iştirak etmək üçün müraciət etmiş və müvafiq sənədləri təqdim etmiş şəxslərə hazırlığın başlanılmasına azı 10 (on) gün qalmış bu barədə məlumat verilir.

Hazırlıq və yenidən hazırlıq üzrə məşğələlər əyani formada keçirilir.

Hazırlıq və yenidən hazırlıq zamanı şəxslər kağız və (və ya) elektron daşıyıcılarda hazırlıq materialları ilə təmin olunurlar.

Hazırlıq və ya yenidən hazırlıq üzrə məşğələlərdə iştirak edən məsul şəxsin (şəxslərin) və ya sürücülərin hazırlıq səviyyəsi hazırlığın və ya yenidən hazırlığın yekununda test üsulu ilə yoxlanılmaqla qiymətləndirilir.

Proqramın müvafiq mövzuları üzrə test tapşırıqlarının 60%-nə və ya daha çoxuna cavab verən məsul şəxslər və sürücülər hazırlığı müvəffəqiyyətlə bitirmiş hesab edilirlər və onlara hazırlıq keçmələrini təsdiq edən, etibarlılıq müddəti 5 il olan və forması Nazirlər Kabineti tərəfindən təsdiq edilən şəhadətnamə və tədris olunan mövzulara dair əyani yaddaş materialları təqdim edilir.

Proqramın müvafiq mövzuları üzrə test tapşırıqlarının 60%-nə cavab verə bilməyən şəxslərin proqramın mövzuları üzrə bilikləri 6 ay ərzində təkrarən qiymətləndirilir.

Qiymətləndirmədə qeyri-məqbul nəticə göstərən şəxslər müvafiq proqram üzrə hazırlığı bitirdikdən sonrakı 6 ay müddətində təkrar qiymətləndirmədə müvəffəqiyyət göstərmədikdə, hazırlığı və ya yenidən hazırlığı təkrar keçməlidirlər.

Şəhadətnamə yalnız şəxsiyyəti təsdiq edən sənədlə birlikdə təqdim edildikdə etibarlıdır. Şəhadətnamə əvvəlki nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə bilər:

- onu almış şəxsin soyadı, adı, atasının adı dəyişdikdə;

- şəhadətnamədə yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə;

- şəhadətnamə yararsız hala düşdükdə.

- Şəhadətnamə itirildikdə onun dublikatı verilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 915   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788