"Həkimlər sayəsində boğulmanın öhdəsindən gələ bildim"

"Həkimlər sayəsində boğulmanın öhdəsindən gələ bildim"Xəzər TV "Yeni klinika"da koronavirusdan sağalmış xəstələrdən reportaj yayımlayıb.

BiG.AZ xəbər verir ki, təkcə bu klinikada 1 gün ərzində 20-yə yaxın xəstənin müalicəsi başa çatıb. Günlərdir virusla mübarizə aparan xəstələr evə buraxılıb.

Koronavirusa yoluxanlardan bəziləri xəstəliyi gec aşkarladıqlarını bildiriblər. Xəstələrdən biri bir müddət ev şəraitində müalicə olunduğunu, daha sonra onda halsızlıq yarandığını bildirib: "KT müayinəsi göstərdi ki, artıq 60-70 faizlik pnevmoniya var. Məndə kəskin halsızlıq, hərarət də var idi. "Yeni klinika" xəstəxanasına yerləşdirildim".

Sağalan şəxslər xəstəliyin çox ağır keçdiyini, bu səbəbdən də tövsiyələrə əməl etməyin vacib olduğunu vurğulayıblar: "Nəfəs darlığı, iki dəfə boğulma oldu. Sağ olsunlar, Həkimlərin yerində və vaxtında müdaxiləsi nəticəsində mən bu boğulmanın öhdəsindən gələ bildim. Artıq bu gün sağalmışam. İnsanlar bu virusa inansınlar. Qoyulmuş qadağalara riayət etsinlər".

Digər xəstə isə vurğulayıb ki, özü yoluxsa da, hamıya maska taxmağı və məsafə gözləməyi tövsiyə edir: "14 gün evdə qalmalıyam. Daha sonra həkimlər nə məsləhət etsə elə də olacaq".

Həkim infeksionist Firdovsi Məmmədov isə qeyd edib ki, sağalan xəstələrin müayinəsi bundan sonra da davam edəcək: "Yenidən virusa yoluxmaması üçün həkimlər həmin şəxslərə öz tövsiyələrini verirlər. Bu xəstələr evdə təcrid olunurlar. 14 gün ərzində bayıra çıxmamaq barədə iltizama qol çəkirlər. Xəstələrə öz haqları bildirilir. Biz evə xüsusi müalicə yazmırıq. Burada müalicələr olunduqdan sonra xəstə evə buraxılır. Son həftələrdə xəstəxanaya gələn şəxslər əvvəlkilərə nisbətən daha ağır olur. Xəstəxana demək olar ki, daim doludur. Mütəmadi olaraq boş yer olur. Xəstəni çıxarırlar, yerinə yeni xəstələrimiz qəbul olunur. Əvvəl gələn xəstələrə nisbətən indi burada yatma müddəti uzanıb. Gələnlər xəstəliyi daha ağır keçirirlər. Əvvəl gələn xəstələr bir həftəyə sağala bilirdisə, indi xəstələrdə bu müddət 1-2 gün uzanır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1240   Tarix: 10 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544