AQTA: Daha 94 obyektdə pozuntular aşkarlanıb

AQTA: Daha 94 obyektdə pozuntular aşkarlanıbNazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan BiG.AZ-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən iyulun 7-si Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 43 ictimai iaşə obyekti, 123 ərzaq satışı mağazası olmaqla ümumilikdə 166 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 94-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə:

"Neptun", "Rahat" (Nəsimi rayonu), "Rahat" (Nərimanov rayonu), "Araz supermarket" (Nərimanov rayonu), "Araz supermarket" (Nizami rayonu), "Araz supermarket" (Xətai rayonu), "Araz supermarket" (Babək prospekti), "Rahat" (Babək prospekti) marketlər, İbrahimova Afaq Sabir qızına, Muradov Ruslan Yavər oğluna, Behbudova Vüsalə Tahir qızına, Xalıqov Vahid Rafiq oğluna, Heydərova Yeganə Əlibayram qızına, İbrahimova Səadət İslam qızına, Məmmədov İlqar Mürsəl oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:

Abşeron rayonu, Saray qəsəbəsində "Əsləm" market

Xırdalan şəhərində "Nur" market

Şabran rayonunda "Qaraqoyunlu" restoranı, "Ekonom" market
Şamaxı rayonunda "Yaşıl", "Favorit", "Ocaq", "Dostluq", "Veqas", "Murad" və "Zənbil" marketlər, "Dostluq", "Savalan", "Çənlibel" və "Zəm-zəm" restoranları və "Ata yurd" kafesi
Göyçay rayonunda İbrahimov Eldəniz Dursnəli oğluna, Kəurimov Araz Polad oğluna, Qasımov Yalçın Asif oğluna, Kərimov Baba Ərəstun oğluna, Zakirov Zakir Tapdıq oğluna məxsus ət satışı mağazaları, "Mansard" kafe, İsbatov Məhəmməd Qorxmaz oğluna məxsus kafe, Əliyev Aqil Rafael oğluna məxsus ərzaq mağazası

Ağsu rayonunda İsmayılov Davud Əlikram oğluna məxsus ət satışı mağazası (fəaliyyəti məhdudlaşdırılıb), Fazilov Pərviz Abbas oğluna, Niftaliyev Ağaisa Musa oğluna, Abdurahmanov Ağagül Təşkil oğluna və Lətifov Miri Lətif oğluna məxsus kafelər (4 kafenin fəaliyyəti məhdudlaşdırılıb)

Salyan rayonunda Əbilov Rafət Xanoğlan oğluna, Rəsulov Adil Ədalət oğluna, Quliyev Pərvin İntiqam oğluna məxsus ərzaq mağazaları və "Oba" market
Neftçala rayonunda Allahverdiyev Əlipaşa Rəsul oğluna məxsus ərzaq mağazası
Bərdə rayonunda Qurbanov İlkin Şahin oğluna, Adıgözəlov Şamxal Zaur oğluna, Əliyev Ədalət İbrahim oğluna, İbrahimov Azad Hümbət oğluna, Məcidzadə Elçin Soltan oğluna məxsus ərzaq mağazaları, "Nuray" və "Yağmur" marketlər, Əliyev Nursəfa Əlisəfa oğluna və Seyidli Sənan Arif oğluna məxsus dönərxanalar

Masallı rayonu, Boradigah qəsəbəsində "Kaktus" market, Ərkivan qəsəbəsində Paşayev Elvin Mirdaməd oğluna, Şirəliyeva Elnurə Rakif qızına, Mütəllimzadə Nurlan Çingiz oğluna məxsus marketlər

Lənkəran rayonunda Əliyeva Pərvanə Məmmədəli qızına məxsus ərzaq mağazası, "Elcan" market

Biləsuvar rayonunda "Oba" market və Əsədov İlqar Saday oğluna məxsus ərzaq mağazası
Cəlilabad rayonunda "Ulduz" və "Seyid" marketlər
Qəbələ rayonunda Nəsirov İlqar Əli oğluna məxsus ərzaq mağazası, Ziyadov Namiq Seyidəhməd oğluna məxsus kafe

Oğuz rayonunda "Dostluq" kafesi, Şirinov Mikayıl Maarif oğluna məxsus yeməkxana, İsmayılov Kamal Mayıl oğluna məxsus ərzaq mağazası

Zaqatala rayonu, Çökək kəndində Musayev Səxavət Musa oğluna məxsus ərzaq mağazası, Qəbirdərə kəndində "Cökəaltı" kafesi

Gəncə şəhərində "Üç qardaş" market, Əliyev İbrahim Habil oğluna, Nəbiyev Nazim Rasim oğluna, Cəfərova Aybəniz Məhərrəm qızına məxsus ərzaq mağazaları
Tovuz rayonunda Kərimov Zülfüqar Nadir oğluna, Sadıqov Sadıq İsrafil oğluna məxsus ət satışı mağazaları

Şəmkir rayonunda Novruzov Anar Eyvaz oğluna, Musayev Anar Akif oğluna məxsus ət satışı mağazaları, Quliyeva Nəzifə Kərəm qızına və Əhmədova Svetlana Cəfər qızına məxsus şirniyyat mağazaları, "Çinar" və "Kəhriz" kafeləri

İmişli rayonunda "Rüfət", "Razi", "Dünya", "Kamran", "Tural", "Sərfəli" və "Nuh" marketlər
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 446   Tarix: 08 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381