"SOCAR-da ştat sayı həddindən artıq yüksəkdir"

"SOCAR-da ştat sayı həddindən artıq yüksəkdir"Koronavirus pandemiyası dünyada ən böyük iqtisadi böhranı yaratmaqdadır. Bu böhran nəticəsində artıq bir çox şirkətlər müflis elan edilib, bir çoxunun gəlirləri azalıb. Aviaşirkətlər, geyim istehsalçıları ilə yanaşı, nəhəng enerji şirkətləri də gəlirlərinin kəskin azalması fonunda ixtisarlar həyata keçirir. Məsələn, ABŞ-ın "Chevron" neft şirkəti hazırda davam edən restrukturizasiya çərçivəsində işçilərinin 10-15%-ni ixtisar edəcəyini də elan edib. ABŞ-ın nəhəng neft-serviş şirkəti "Halliburton" təkcə Hyuston şəhərindəki mənzil-qərargahında min nəfər əməkdaşını ixtisar edib. BP şirkəti ilin sonuna qədər 10 min işçisini ixtisar etməyi planlaşdırdığını açıqlayıb. Bu, şirkətin ümumi personalının təxminən 15%-ni təşkil edir.

Bəs Azərbaycanda, xüsusilə də Dövlət Neft Şirkətində (SOCAR) işçilərin ixtisarı həyata keçirilməlidirmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əgər Azərbaycanda iqtisadi vəziyyətin stabil inkişaf etdiyi bir dövr və tək neftin qiymətləri ilə bağlı problem olsa idi, SOCAR-da optimallaşdırma ilə bağlı müəyyən addımların atılmasına ehtiyac var idi.

O qeyd edib ki, şirkətdə optimallaşdırma aparılması çoxdan yetişib.

"SOCAR-da ştat sayı həddindən artıq yüksəkdir və ştat sayı ilə görülən işin həcmi arasında disbalans mövcuddur. Amma ölkədə işsizliklə, sosial problemlərlə bağlı pis bir trendin olduğunu nəzərə alsaq, indiki dövrdə bu addımın atılması o qədər də məqsədəuyğun sayıla bilməz. Normal dövr, pandemiya ilə əlaqədar olaraq işsizlik olmasa idi, SOCAR-da optimallaşdırma aparılmasının zamanı çoxdan yetişmişdi. Yəni təkcə neftin qiymətlərinin azalması ilə müşahidə olunan bir proses olsa idi, o zaman bu addım atıla bilərdi. Azərbaycanda rəsmi rəqəmlərə görə, mart ayında 90 700 işsiz var idi, indi artıq 600 min insana işsizliklə bağlı müavinət verilir. İşsizlərin sayında ciddi nəzərəçarpan artım var".

Ekspert hesab edir ki, SOCAR-ın optimallaşdırma həyata keçirməsi iqtisadi nöqteyi-nəzərdən məntiqli ola bilər, amma sosial nöqteyi-nəzərdən və onun dövlət şirkəti olduğunu da nəzərə alaraq indiki dövrdə optimallaşdırma məqsədəuyğun sayıla bilməz. Onun fikrincə, bu işsizliklə bağlı problemi daha da artıra bilər.

"Ona görə də SOCAR indiki dövrdə ciddi təhlillər aparıb, gələcəkdə, yəni post-pandemiya dövründə, artıq iqtisadiyyatın çarxlarının yenidən dönməyə başladığı dövrdə işlərinin optimallaşdırılması ilə bağlı bir plan hazırlamalıdır. İndidən onun stres-testlərini keçirməlidir. Buna uyğun şərait yaranarsa, işçilərin sayında optimallaşmaya gedə bilər. Bu da SOCAR-da həm gəlirlilik, həm də effektiv idarəetmə nöqteyi-nəzərdən ciddi pozitiv dəyişikliyə, dinamikaya səbəb ola bilər. Ona görə də indidən bununla bağlı bir model qurulmalıdır, amma indi bu addımın atılması o qədər də məqsədəuyğun deyil",- ekspert əlavə edib.
O həmçinin qeyd edib ki, SOCAR-ın xaricdəki törəmə şirkətlərində opimallaşdırma işləri aparması daha asan və ağrısız ola bilər. N. Cəfərlinin fikrincə, ilkin olaraq həmin törəmə şirkətlərdən başlayaraq optimallaşma yolunda müəyyən addımların atılması daha məqsədəuyğun ola bilər.

"Ona görə də ümumilikdə SOCAR-ın həm törəmə şirkətlərində, həm də ana şirkətdə optimallaşdırma ilə bağlı ümumi planının olmasına ehtiyac var. Nə qədər işçi qüvvəsinə ehtiyac olduğu barədə hesablamalar aparılmalı və bu işçi qüvvəsinin fəaliyyət istiqamətlərini nəzərə alaraq effekivliyinin artırılması üçün addımlar atılmalıdır. Pandemiyanın gətirdiyi müxtəlif iş formaları var. Maaşların azaldılması yolu ilə işçilərin ixtisarı deyil, evdən işləməsi kimi addım atıla bilər, uzaqdan iş rejimini daha da genişləndirmək olar. Bu da maaşların bir hissəsini azaltmaqla optimallaşma addımlarından biri ola bilər. Amma xaricdəki törəmə şirkətlərində bu addımın atılması daha məqsədəuyğundur, daha ağrısız keçər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4208   Tarix: 07 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 1650
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 438
.

Səudiyyə Ərəbistanının kralı Salman xəstəxanadan buraxılıb

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz bir neçə saat davam edən rutin yoxlanışdan sonra Ciddə şəhərindəki xəstəxanadan buraxılıb. xəbər verir ki, Səudiyyə Ərəbistanı Kral Məhkəməsindən verilən açıqlamaya görə, Kral Salman dünən axşam saatlarında Ciddədəki Kral Feysal İxtisas Xəstəxanasında

25.04.2024 331
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 403
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 402
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 714
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 170
.

Aktyordan xanımına söz atan müxbirə mükəmməl cavab

"Deliha" filmində birgə rol aldıqdan sonra bir-birlərinə aşiq olub evlənən Barış Arduc və Gupse Özay cütlüyü hər zaman medianın diqqətində olub. -ın Türkiyə mediasına istinadən xəbərinə görə, sosial şəbəkələrdə həmişə Gupsenin ərinə yaraşmadığı, çirkin olması barədə şərhlər yazılırdı. Onları

25.04.2024 1186
.

Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb

Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa Şurasının Yerevan ofisinin rəhbəri Maksim Lonqanqenin başçılıq etdiyi nümayəndə heyətini qarşılayıb. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Görüş zamanı AŞ-nin İrəvandakı ofisi tərəfindən "Ermənistan Silahlı Qüvvələrində insan hüquqlarını

25.04.2024 236