Təşkilat sədri: "Azərbaycan Ordusunun təlimləri düşmənin narahatlığına səbəb olur"

Təşkilat sədri: "Azərbaycan Ordusunun təlimləri düşmənin narahatlığına səbəb olur""Azərbaycan Ordusunun gecə vaxtı keçirdiyi döyüş atışlı taktiki təlimlər çox yüksək səviyyədə baş tutub və uğurla yekunlaşıb".

Bunu "MediaPost"a açıqlamasında Sosial Rifah Tədqiqatlar İctimai Birliyinin rəhbəri, tədqiqatçı Əkrəm Bəydəmirli deyib.

Onun fikrincə, cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimlərin keçirilməsi ordumuzun döyüş hazırlığının təkmilləşdirilməsi və şəxsi heyətin uzlaşdırılması üçün böyük əhəmiyyət kəsb edir.

Təşkilat sədri söyləyib ki, təlimlər Müdafiə Nazirliyinin illik döyüş hazırlığı planına əsasən keçirilib: "Koronavirus pandemiyasının tüğyan etməsinə baxmayaraq, Azərbaycan Ordusu döyüş hazırlığını davam etdirir. Çünki ortada işğal faktı var və ordumuzun döyüş hazırlığını yüksək səviyyədə saxlamaq vacibdir. Regionda və dünyada gedən gərgin siyasi proseslər də bunu tələb edir. Ona görə də döyüş hazırlığı çərçivəsində nəzərdə tutulmuş tədbirləri həyata keçirmək, bütün qoşun növlərini təkmilləşdirmək, onların fəaliyyətini uzlaşdırmaq mühüm əhəmiyyət daşıyır", - o vurğulayıb.

Ə.Bəydəmirli bildirib ki, təlimlərin keçirilməsi düşmən tərəfin narahatlığına səbəb olur: "Digər tərəfdən təlim bütün səviyyədə şəxsi heyətin həm əhval ruhiyyənin yüksəlməsinə, həm də peşəkarlığın artmasına təsir göstərir. Digər tərəfdən, bu kimi təlimlərin keçirilməsi düşmən silahlı qüvvələrinin şəxsi heyətinin, habelə Ermənistanın daxilində və işğal olunmuş ərazilərdə yaşayan insanların psixoloji narahatlığına səbəb olur. Bu da birmənalı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan tərəfindən təklif edilən şərtlər əsasında həllinə öz töhfəni verir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 863   Tarix: 07 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib

Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını

01.05.2024 142
.

Qanda dəmir çatışmazlığının yeddi əlaməti

Dəmir oksigenin daşınmasında əsas rol oynayır və onun çatışmazlığı insan sağlamlığına son dərəcə mənfi təsir göstərə bilər. Sözügedən mikroelement olmadan, vücudumuz kifayət qədər sağlam qırmızı qan hüceyrələri istehsal edə bilmir və dəmir çatışmazlığı anemiyasına səbəb olur. Bu, yorğunluq, zəiflik v

01.05.2024 1815
.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə

01.05.2024 175
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 226
.

ABŞ ölkədə qohumları olan fələstinliləri qaçqın kimi qəbul etməyə hazırlaşır

ABŞ administrasiyası ABŞ ilə əlaqəsi olan fələstinliləri qaçqın kimi ölkəyə gətirməyi planlaşdırır. xəbər verir ki, ABŞ qurumlarında yüksək səviyyəli rəsmilərin Qəzzada İsrailin hücumlarına məruz qalan fələstinlilərin ABŞ-a köçürülməsi üçün müxtəlif variantları müzakirə etdiyi bildirilib. Xəbərdə AB

01.05.2024 141
.

"Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır" - RƏY

Yerusəlimdə hökumət başçısının ofisində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında qapalı görüş keçirilib. Politoloq Turan Rzayev -a bildirib ki, görüş İsrail-İran gərginliyi ilə bağlıdır. Rəsmi Tələviv İrana qarşı beynəlxalq koalisiya yaratmağa çalışır:. "İsrai

01.05.2024 194
.

Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6

01.05.2024 2888
.

İbtidai siniflər üçün 5 günlük tətil başladı

Azərbaycanın orta məktəblərində bu gündən ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili başlayır. xəbər verir ki, bu gündən başlayan tətil mayın 6-a kimi davam edəcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə əsasən, ümum

01.05.2024 247
.

Səkinə təcili əməliyyat edilməlidir

2005 təvəllüdlü İsgəndərova Səkinə Sakit qızının sizin köməyinizə ehtiyacı var. O, anadan gəlmə ağır dərəcəli skolioz, onurğanın deformasiyası, kifoz əyilmə nəticəsində ağciyəri deformasiya olub.Hal-hazırda ciddi müalicə üçün qısa zamanda yardıma ehtiyacı var. Həkimlər onun təcili əməliyyat edilməl

01.05.2024 1343