SOCAR AQŞ "Milli mətbuat koronavirusa qarşı" adlı jurnalist müsabiqəsi elan edir

SOCAR AQŞ "Milli mətbuat koronavirusa qarşı" adlı jurnalist müsabiqəsi elan edirSOCAR AQŞ 22 iyul – Milli Mətbuat Günü münasibəti ilə COVID-19 pandemiyası ilə bağlı medianın ictimaiyyəti məlumatlandırma işinə dəstək olmaq məqsədilə jurnalistlər üçün müsabiqə elan edir. "Milli mətbuat koronavirusa qarşı" adlı layihə SOCAR AQŞ kollektivinin şirkət daxilində yaratdığı "Koronavirusla mübarizə üçün ianə fondu"nun təşəbbüsü və maliyyəsi, "INPRESS PR Solution" şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilir.

INPRESS-dən BiG.AZ-a verilən məlumata görə, jurnalistlər 1 iyun 2020 – 16 iyul 2020 tarixləri ərzində mediada yayımlanmış və ya yayımlanacaq koronovirusla bağlı maarifləndirmə mövzusunda materiallarını təqdim edərək müsabiqəyə qatıla bilər. Ənənəvi media və yeni media nümayəndələrinin iştirak edə biləcəyi müsabiqənin şərtləri aşağıdakı kimidir:

Materiallar 1) Pandemiya dövründə səhiyyə və sağlamlıq, 2) Pandemiya dövründə iqtisadiyyatın inkişafı, 3) Pandemiya dövründə təhsil, 4) Pandemiya dövründə xidmət göstərən peşə sahələri, 5) Pandemiya dövründə həyat tərzi, 6) Koronavirusla mübarizədə beynəlxalq əməkdaşlığın rolu və 7) Koronavirus barədə saxta məlumatların ifşası adlı kateqoriyalarının hər hansı birinə aid olmalıdır.

Materiallar mütləq ictimaiyyətin məlumatlandırmasına və maarifləndirməsinə xidmət etməlidir.

Materialda qeyd olunan məlumatların mənbələri göstərilməlidir. Əsassız, sübutu olmayan mülahizələrə söykənilməməlidir.

Multimedia (video, fotoslayder, infoqrafika, test (özünü yoxla) elementlərin istifadə olunduğu materiallara üstünlük veriləcək.

Materiallar internet resurslara yüklənərək e-mail vasitəsilə təqdim olunmalıdır. Çap mediası (qəzet və jurnallar) öz materialını malik olduğu internet resurslarında (sayt, Youtube kanalı, sosial media hesabları və s.) yerləşdirə bilər

Müsabiqəyə qatılmaq istəyən jurnalist materialın 1 iyun 2020 – 16 iyul 2020 tarixləri ərzində mediada yayımlandığını onu təqdim edərkən isbat etməlidir.

Bir jurnalist yalnız 1 material təqdim edə bilər.

Layihənin icra edilməsində "INPRESS PR Solution" şirkəti SOCAR AQŞ əməkdaşlarına dəstək göstərəcək. Müsabiqənin müvafiq qaydalara uyğun şəffaf keçirilməsinə, seçim prosesinin təşkilinə, münsiflər heyətinin formalaşdırılmasına və qaliblərin seçilərək elan olunmasına birbaşa "INPRESS PR Soulutions" məsuliyyət daşıyır.

Karantin qaydalarına uyğun olaraq, materiallar onlayn formada qəbul olunacaq. Müsabiqədə iştirak etmək istəyən media mənsubları hazırlayacaqları materialların linklərini [email protected] email ünvanına başlıqda "Milli mətbuat koronavirusa qarşı" və elektron məktubda 7 kateqoriya adından uyğun olan birini qeyd edərək göndərməlidirlər. 16 iyul saat 23:59-dək təqdim olunan materialların şərtlərə uyğunluğu, müəlliflik hüquqları araşdırılıb təsdiq olunduqdan sonra 5 nəfərdən ibarət münsiflər heyətinə təqdim olunacaq. Obyektivliyi təmin etmək üçün mükafatlandırma gününədək jüri üzvləri açıqlanmayacaq. Onlar özləri də digər münsif həmkarlarının kimliyi barədə xəbərsiz olacaq. Hər bir jüri üzvi materiallara fərdi qiymət verəcək və 5 jüri üzvinin qiymətlədirməsi toplanaraq ümumi nəticə çıxarılacaq.

Münsiflərin qiymətləndirməsi ilə ən çox bal toplayan 30 material müəllifi qalib seçiləcək. Müsabiqənin qalibləri 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 145 illiyi ərəfəsində "INPRESS PR Solution" şirkəti tərəfindən elan ediləcək. Materialı seçilən jurnaistlərin hər birinə SOCAR AQŞ-nin "Koronavirusla mübarizə üçün ianə fondu" tərəfindən dəyərli hədiyyələr bağışlanacaq.

Müsabiqə ilə bağlı suallar üçün "INPRESS PR Solutions" şirkəti ilə email ([email protected]) və telefon : (+994 50 310 42 40) vasitəsilə əlaqə saxlanıla bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 674   Tarix: 06 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089