İyulun 20-dən sonra ticarət mərkəzləri yenidən açılır? - AÇIQLAMA

İyulun 20-dən sonra ticarət mərkəzləri yenidən açılır? - AÇIQLAMAXəbər verdiyimiz kimi iyulun 5-də 523 nəfər koronavirusa yoluxub, 451-i isə sağalaraq evə buraxılıb. 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilir. Sərt karantin rejiminə görə bir çox iaşə obyektləri, eləcə də iri ticarət mərkəzləri bağlıdır. Son iki gündə yoluxanların sayında müşahidə olunan azalma dinamikası davam edərsə iyulun 20-də ticarət mərkəzlərinin fəaliyyətinə yenidən icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, son iki gündə yoluxanların sayında bir azda olsa azalma müşahidə olunur:

"Ən sevindirici hal isə gündəlik sağalanların sayı 400-dən çox olmasıdır. Hazırda 16 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Sərt karantin rejiminin müsbət nəticəsi artıq 2 gündür ki, hiss edilir. Yoluxma sayı kəskin artdığına görə iri ticarət mərkəzlərinin və digər içaşə obyektlərinin fəaliyyəti yenidən dayandırıldı. Bu obyektlərin iyulun 20-dən sonra fəaliyyətə başlaması insanlarımızın o vaxta qədər karantin rejiminin qaydalarına necə əməl etməsindən asılı olacaq. Əgər insanlarımız bu məsələdə məsuliyyətlərini anlayaraq qoruyucu tibii maskalardan istifadə edib, sosial məsafəni qoruyarsa və sanitar-gigyenik qaydalara əməl edərlərsə əvvəlki həyatımıza daha tez qayıda bilərik. Əlbəttə növbəti yumşalmalardan sonra ticarət obyektləri və digər müəssisələr daha diqqətli olmalıdır. İri ticarət mərkəzlərinə daxil olan hər kəsin hərarəti ölçülməli, qoruyucu tibbi maskaların istifadəsinə və sosial məsafənin qorunmasına nəzarət edilməlidir. Əlbəttə daha çox ticarət mərkəzlərində fəaliyyət göstərən mağaza sahibləri məsuliyyətlərini artırmalıdırlar. İnsanların ticarət mərkəzlərinə maskasız daxil olmasına icazə verilməməli və mağaza daxilində sosial məsafənin qorunmasına diqqət edilməlidir. Ən önəmlisi isə çalışanlar mütəmadı olaraq koronavirus testindən keçirilməli və sanitar-gigiyenik qaydalara əməl olunmalıdır. Düşünürəm ki, bu cür qaydalar qoyulmaqla iri ticarət mərkəzlərinin işləməsinə icazə vermək olar. Təbii ki, bu cür qərarların verilməsi Operativ Qərargahın səlahiyyətindədir. Əgər iyulun 20-ə kimi yoluxanların sayı azalarsa və sağalanların sayı çoxlarsa Operativ Qərargah mərhələli şəkildə yenidən yumşalmalara gedə bilər. Əlbəttə bu müddət ərzində hər şey insanlarımızdan və qoyulan qaydalara əməl edilməsindən asılı olacaq. Vətəndaşlarımız bu müddət ərzində qaydalara əməl etməli, lazım olmadıqca evdən çıxmamalıdır. İnsanlarımızı da anlayıram. Havalar istiləşdikcə evdə oturmaq çətinləşir. Amma özümüzün, yaxınlarımızın və bütün Azərbaycan vətəndaşının sağlamlığı üçün qoyulan qaydalara əməl etmək hər birimizin borcudur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2439   Tarix: 06 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

25.04.2024 440
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25.04.2024 1039
.

O, 24 ildən sonra Aygün Kazımova ilə GÖRÜŞDÜ - VİDEO

Xalq artisti Aygün Kazımova 24 il əvvəl "Şəklimi çəkə-çəkə" mahnısının klipindəki tərəf müqabili Şamil Muradovla bir araya gəlib. bizim.media-ya istinadən bildirir ki, ikilinin görünüşü el şənliklərinin birində baş tutub. Toyda səhnə alan Aygünə aparıcı tərəfindən gözlənilməz sürpriz olunub

25.04.2024 1008
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

25.04.2024 600
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 216
.

"Yaşımı heç vaxt sirr saxlamadım"

Aktrisa Xəyalə Quliyeva doğum günü münasibətilə sosial media hesabında paylaşım edib. OLAY yazır ki, o, yaşını göstərən şarların da olduğu fotosunu izləyiciləriylə bölüşərək yaşını heç vaxt sirr saxlamadığını bildirib. "Yaş qadının ən böyük sirridir deyiblər. Bu mövzuda heç vaxt sirr saxlamadım

10:24 542
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 102
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

25.04.2024 714
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 749