"Şaban"sız 20 il

"Şaban"sız 20 ilBugün Türkiyənin əfsanə aktyoru Kemal Sunalın aramızdan ayrılmasından 20 il keçir. 3 İyul 2000-ci ildə milyonları güldürən adam, ilk dəfə sevənlərini məyus edərək göz yaşlarına boğdu.
Həyatı boyunca təyyarəyə minməkdən qorxan aktyoru təəssüf ki, "Balalayka" filminin çəkilişləri üçün təyyarə ilə Trabzona uçmağa razı salmışdılar. Lakin böyük ustadın içində bir qorxu var idi, getmək istəmirdi. Təyyarəyə mindikdən qısa müddət sonra Kemal Sunal keçirdiyi həyacana dayana bilməyərək ürək tutmasından dünyasını dəyişir...

Bugün burada Kemal Sunalın karyerasından, çəkildiyi filmlərdən yazmayacam, çünki bunları hərkəs əzbər bilir. Bugün sadəcə düşüncələrimlə onun xatirəsini yad edəcəm.

Bir insan düşünün ki, çəkildiyi hər film izlənmə rekordları qırır, onu milyonlar sevir, əsla unudulmur, bir insan düşünün ki, tək kəlimə demədən sadəcə gülüşü ilə insanları güldürə bilir. Bu düşündüklərimizin cavabı tək bir insana aiddir: Türk sinemasının kralı – Kemal Sunal!
Kemal Sunal çox istedadlı aktyor olmaqla yanaşı, zamanın da çox irəlisində idi. Belə olmasaydı bu gün də onun filmləri belə maraqla izlənməzdi. Onun kinoları çox fərqli idi və çox nadir insanın etdiyi birşeyi bacarırdı. Kemal Sunal güldürərkən düşündürürdü, mühüm mesajlar verirdi. "Şaban" obrazının bu qədər çox sevilməsinin səbəbi onun məhz bizdən biri olması idi.
Şabanla bir nəsil böyüdü. Onunla güldük, onunla həyatı öyrəndik. Şaban insanlara necə yaxşı insan olmağı öyrətdi. O, hər filmində xalqın yanında, xalqın qəhrəmanı olan qüsursuz bir insan idi. Hərkəs Kemal Sunalı Şaban kimi o qədər sevdi ki, hətta onun çəkildiyi iki filmdə ("Atla Gel Şaban" və "Gerzek Şaban") əslində Şaban adlı obraz olmasa da, film afişalarına və filminə Şaban əlavə edildi. Amma heç kim filmlərin adının səhv olmasını bilmədi çünki onların Şaban kimi sevdiyi Kemal Sunal orada idi və adın heçbir əhəmiyyəti yox idi.

İndi bu qədər böyük büdcələrlə, müasir texnikalarla filmlər çəkilməsinə baxmayaraq qısa zamanda unudub gedirlər. 10 il əvvəl çəkilən filmlərin çox böyük əksəriyyətini heçkim xatırlamır, ikinci dəfə izləmək belə istəmir. Lakin Şaban fərqliydi, hələ də insanlar onun filmləri kanallarda yayımlananda izləyirlər. Bu gün belə, yarım əsr əvvəl çəkilən Şaban filmləri müasir kinolardan daha yüksək reytinq alırsa, bu, əslində onun necə böyük aktyor olmasının sübutudur.
Çox insan onun yolundan getmək, özünü ona oxşatmaq istədi, onun filmlərinə bənzər filmlər çəkməyə çalışdılar. Amma heç biri alınmadı. Çünki Allah bu istedadı, bu sevgini ona vermişdi. Başqası ona aid olmayanı əldə edə bilməzdi.

Kemal Sunal təkcə Türkiyədə deyil, bütün dünyada sevilən, rəğbət bəslənilən bir insan idi. O hər zaman sadə oldu, heç kəslə dalaşmadı, sadəcə işi ilə gündəmə gəldi. Kemal Sunal ailəsinə sadiq bir ər, övladlarına layiqli bir ata və milyonların sevimlisi böyük komediya ustası olmağı bacarmışdı.

Səni tanıdığımız, filmlərini izlədiyimiz və sənlə böyüdüyümüz üçün çox şanslıyıq əfsanə! Əsla yerin dolmadı və heç bir zaman da dolmayacaq. Dünyaya bir dəfə gələn insanlardan oldun, adını tarixə qızıl hərflərlə yazdırdın. Əsrlər keçsə də, əsla unudulmayacaqsan və daima qəlblərdə yaşayacaqsan! Bu dünyadan sadəcə bir Kemal Sunal keçdi, ikincisi olmayacaq! Ruhun qarşısında baş əyirik.

Hörmətlə yad edirik...

Elmir Kərimli


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 989   Tarix: 03 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428