Xəzər Siyasət Mərkəzi COVID-19-un iqtisadi nəticələrinə dair virtual görüş təşkil edib

Xəzər Siyasət Mərkəzi COVID-19-un iqtisadi nəticələrinə dair virtual görüş təşkil edibBu gün Xəzər Siyasət Mərkəzi (XSM) Xəzər regionunda mövcud COVID-19 pandemiyasını və onun regional hökumətlərin iqtisadi siyasətlərinə ola biləcək potensial təsirlərini müzakirə etmək üçün Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Özbəkistan səfirlikləri ilə birlikdə ABŞ Dövlət Departamentindən, ABŞ Beynəlxalq Maliyyə Korporasiyasından (BMK), Beynəlxalq Valyuta Fondundan (BVF) olan aparıcı mütəxəssisləri və qeyd olunan ölkələrin iqtisadi-siyasət rəsmilərini bir araya topladı.

XSM-in icraçı direktoru Əfqan Nifti tədbirin açılışında bildirib ki, həm qlobal, həm də regional miqyaslı güclü əməkdaşlıq, koordinasiya və yardım, habelə sağlam iqtisadi prinsiplərə əsaslanan siyasətlər Xəzər regionunun bərpası üçün mühüm olacaq.

Vebinarda ABŞ Dövlət Departamentinin İqtisadi və Biznes Məsələləri üzrə Bürosunun Ticarət Siyasəti və Danışıqlar üzrə katib köməkçisinin müavini Devid Mil, ABŞ Beynəlxalq Maliyyə Korporasiyasının baş icraçı direktorunun konsultantı Kaleb Makkari, Əfqanıstan Prezidentinin baş məsləhətçisi, Mərkəzi Bankın İcraçı Direktoru Ajmal Əhmədi, Azərbaycanın İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Gürcüstanın Baş Nazirinin iqtisadi məsləhətçisi Beka Liluaşvili, Qazaxıstanda Astana Beynəlxalq Maliyyə Mərkəzinin baş iqtisadçısı Baur Bektemirov, Türkiyə Ticarət Nazirliyində baş direktor müavini Fuad Kasimcan, Özbəkistanın Kapital və Xarici Ticarət nazirinin müavini Şuxrat Vafaev, Beynəlxalq Valyuta Fondunda Orta Şərq və Mərkəzi Asiya üzrə məsləhətçi və Azərbaycan və Türkmənistan üzrə səfir Natalia Tamirisa və Azərbaycanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədr müavini Esmira Cəfərova Xəzər regionunda COVID-19 pandemiyasının cari vəziyyəti, pandemiyanın təsirləri və cavab tədbirləri ilə məşğul olan müəssisələrə dəstək məqsədli bir çox siyasi tədbirlər və işlərin davamlılığına imkan verən və bərpa üçün zəmin yaradan müəssisələrə kömək etmək məqsədi daşıyan tədbirlər barədə danışıblar.
Devid Mil çıxışında təchizat zəncirləri təklif etmək üçün bir çox sərvətlərə malik ölkələrin ədalətli və əlavə dəyərli iqtisadi inkişafına təkan verəcək şəkildə inkişaf edib-etməməsi məsələsini qaldırıb: "Biz ABŞ-da yeni yaranan texnologiyaları səbrsizliklə gözləyirik və bilirik ki, ölkələrin ticarət və sərmayəyə yanaşma tərzi həmin zəncirləri və onların inkişafını formalaşdıracaq".
BMK-nın baş icraçı direktorunun konsultantı Kaleb Makkari isə çıxışında maraqların birləşdirilməsi məsələsinə toxunub: "Bizim maraqlarımız ortaq maraqlarla birləşdikdə daha da irəliləyir". Davamlılıq və gəlirləri yığmaq üçün yaxşı sərmayə fürsətinin olması BMK və hər hansı digər maliyyə və inkişaf müəssisəsi üçün mühüm cəhətlərdir."
Ajmal Əhmədi öz növbəsində vurğuıayıb ki, ölkəsində dərhal yerli çörəkxanalarla əməkdaşlıq edən ərzaq paylanması proqramı hazırlanıb: "Özümüz kisələrdə buğda tədarük etmək əvəzinə, həmin çörəkxanalara un vermələri üçün buğda topdansatışçıları ilə əməkdaşlıq etmək və daha sonra onlardan paylama siyahısındakı şəxslər üçün bişirmələrini xahiş etmək kimi nisbətən daha yenilikçi bir fikir ərsəyə gətirdik. Bu, bizə cəmi iki həftə ərzində layihə konsepsiyasından layihə icrasına keçid etmək imkanı verdi və qida təhlükəsizliyi məsələləri ilə erkən mərhələlərdə məşğul olduğumuzdan əmin olmağa kömək etdi".

Xəzər regionundakı bir çox ölkələr bu tədbirlərdən qaynaqlanacaq istənilən mənfi nəticələri həll etmək üçün ciddi sosial məsafə tədbirlərini həyata keçirməklə və bütöv çoxsahəli proqram təqdim etməklə virusun yayılmasının qarşısını ala bildi. XSM heyətinin üzvü təqaüdə çıxmış səfir Robert F.Sekutanın rəhbərlik etdiyi vebinar spikerlər arasında COVID-19-la bağlı bərpa və azaltma cəhdlərinə dair, xüsusən də COVID-19 pandemiyasının təsirlərini azaltmaq üçün Böyük Xəzər regionunda yerli iqtisadi siyasətlərlə bağlı məhsuldar fikir mübadilələrinə səbəb oldu.
Rövşən Nəcəf çıxışında pandemiyanın təsirləri ilə mübarizədə iqtisadi siyasətlər üzrə əsas prioritetləri açıqladı: "Tikinti, dağ-mədən sənayesi, neft-kimya məhsulları, rəqəmsal iqtisadiyyat, nəqliyyat, logistika, telekommunikasiya, kənd təsərrüfatı, aqrobiznes, eləcə də yerli və regional turizm pandemiyanın təsirləri ilə mübarizədə iqtisadi siyasətlər üzrə əsas prioritetlərimizdir."

Beka Liluaşvili isə qeyd edib ki, Gürcüstanın turizm sənayesindəki cari vəziyyət tikinti və daşınmaz əmlak daxil olmaqla, iqtisadiyyatın digər sahələrinə də öz təsirini göstərir."
Baur Bektemirov öz çıxışında xüsusi vurğulayıb ki, kənd təsərrüfatı əhəmiyyətli dərəcədə mühüm olmağa başlayıb: "Bu, qida təhlükəsizliyi, inkişaf və ticarət üçün yeni imkanlar və iqtisadiyyatlarımızın müxtəlifliyi ilə bağlıdır".
Xəzər regionundakı bir çox ölkələr maddi öhdəliklərə kömək və pandemiyaya görə karantin qaydalarından əziyyət çəkən müəssisələrə dəstək məqsədilə yeni təşəbbüslərə başlayıb. Biznes vahidlərinin iqtisadi fəaliyyətdə pandemiyadan qaynaqlanan zəifləmə ilə mübarizə apara bilməsini təmin etmək üçün bir neçə ölkə vergilərdə fasilələr və tətillər, kommunal xərclərə yardım və faizlərə yardımlar həyata keçirdi. Vebinar zamanı spikerlər Böyük Xəzər regionu ölkələri ilə ABŞ arasında regional əməkdaşlığın iqtisadi rifah məqsədli təşəbbüsləri dəstəkləmək üçün olan əhəmiyyətini vurğuladı. Bir neçə panel iştirakçısı virusun yayılmasını azaltmaq üçün yeni nizamnamələrin hazırlanması zamanı sərhəddənkənar ticarəti qoruyub saxlamaq, beynəlxalq müəssisələrdən istifadə, regional əməkdaşlığın asanlaşdırılması və pandemiya ərzində mühüm təchizat xətlərinin açıq qalmasını təmin etmək cəhdlərini vurğuladı. Spikerlər həmçinin rəqəmsal məkan və Xəzər regionundakı bir çox ölkələrdə olan cari karantin rejiminə baxmayaraq ondan faydalı ticarət danışıqlarını asanlaşdırmaq, mühüm məhsullar üçün təchizat xətlərinin təhlükəsizliyini təmin etmək və iqtisadi fəaliyyəti qoruyub saxlamaq üçün necə istifadə oluna biləcəyi ilə bağlı da müzakirələr apardılar.

Xəzər Siyasət Mərkəzi haqqında
Xəzər Siyasət Mərkəzi (XSM) Vaşinqton D.C.-də yerləşən müstəqil, qeyri-kommersiya tədqiqat mərkəzidir. Xəzər regionunun iqtisadi, siyasi, enerji və təhlükəsizlik məsələləri Mərkəzin əsas tədqiqat hədəfidir. XSM Xəzər regionunun bir-biri ilə bağlı məsələlərinin hərtərəfli başa düşülməsini təmin etmək üçün müvafiq elanlar, tədbirlər, layihələr və mətbuat nümunələri ilə Xəzər regionunda başlıca tədqiqat və müzakirə platforması olmağı hədəfləyir.
İnkluziv, elmi və yenilikçi yanaşması ilə Xəzər Siyasət Mərkəzi Xəzər regionunun məşhur məsələləri üzrə fərqli fikirlər və yanaşmalar üçün həm regiondan, həm də ölkənin paytaxtından olan akademik çevrə, biznes və siyasət dünyasının fərqli insanlarının ünsiyyət qurduğu bir platforma təqdim edir. (Caspianpolicy.org-dan daha ətraflı öyrənin).


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 605   Tarix: 01 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930