"Neft və qazın ucuzlaşdığı bir ildə SOCAR-ın mənfəətə çıxması pozitiv nəticədir"

"Neft və qazın ucuzlaşdığı bir ildə SOCAR-ın mənfəətə çıxması pozitiv nəticədir"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2019-cu il üzrə konsolidasiya edilmiş maliyyə hesabatları əsasən şirkətin ümumi dövriyyəsi (gəlirləri) 83,8 milyard manat təşkil edib. Hesabat dövründə şirkətin ümumi gəlirlərinin 92,7%-i xarici bazarlarda qeydə alınıb, bunun da 63,7 milyard manatı İsveçrədəki "SOCAR Trading" və "SOCAR Energy Holding" şirkətləri vasitəsi ilə aparılan ticarət dövriyyəsinin payına düşüb. Mənfəət nisbəti yüksək olan istehsal və nəql kimi sahələrdə ötən il şirkətin gəlirləri artmaqda davam edib, bu artım Türkiyədə 88,6%, Gürcüstanda isə 4,3% təşkil edib. SOCAR ötən il Türkiyədəki aktivlərindən 9 milyard 377 milyon manat, Gürcüstandakından 1 milyard 172 milyon manat gəlir əldə edib.

Bu barədə açıqlama verən iqtisadçı-ekspert Amal Həsənli bildirib ki, Türkiyəyə qoyulan investisiyalar indi öz bəhrəsini verməyə başlayıb və bu da sevindirici haldır.
"Neft və qazın ucuzlaşdığı bir ildə SOCAR-ın mənfəətə çıxması pozitiv nəticədir"Onun sözlərinə görə, gəlirlərin artması STAR neft emalı zavodunun (NEZ) istismara veriləndən qısa zaman sonra layihə gücünə yaxınlaşmasının göstəricisidir: "Eyni zamanda, ötən il Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə qaz satışı həcmlərinin artması da SOCAR-ın qardaş ölkədə gəlirlərinin artmasını təmin edib".

Ekspert diqqətə çatdırıb ki, şirkətin həm cari, həm də uzunmüddətli aktivləri borclarını üstələyir: "Bu da onu göstərir ki, ötən illərdə borc götürülən vəsaitlər dəyərli aktivlərə yatırılıb və həmin aktivlərin dəyəri götürülən borclardan yüksəkdir. Nəzərə alsaq ki, SOCAR-ın son illər reallaşdırdığı meqa layihələr yaxın perspektivdə daha böyük gəlirlilik təmin edəcək, o zaman gələcəkdə həmin aktivlərin dəyərinin daha da artacağı gözlənilir".

A.Həsənli vurğulayıb ki, uzun zamandır neft-qaz bazarında formalaşan qeyri-sabit konyuktur fonunda SOCAR-ın ili mənfəətlə başa vurması özü-özlüyündə pozitiv nəticədir: "2019-cu ildə dünya bazarlarında neftin qiyməti 10% aşağı düşdü. Təbii qazın qiymətində də əhəmiyyətli azalma qeydə alındı. Lakin bütün bunlara baxmayaraq, SOCAR ümumi mənfəətini artırmağı bacardı. Bu isə şirkətin əməliyyatlarının effektli təşkil olunduğuna dəlalət edir".

Xatırladaq ki, SOCAR-ın audit olunmuş maliyyə hesabatlarına görə, ötən il şirkətin cəmi mənfəəti 5,8 milyard manat, xalis mənfəəti 651 milyon manat, cari aktivləri 19,2 milyard manat, cari öhdəlikləri isə 17,3 milyard manat təşkil edib. Uzunmüddətli aktivlər 46,2 milyard manat, uzunmüddətli öhdəliklər isə 23,8 milyard manat olub. Hesabat dövründə SOCAR-ın cəmi kapitalı 24,3 milyard manatdan çox olub, nağd pul vəsaitləri isə 7,1 milyard manata yüksəlib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 704   Tarix: 01 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179