Şou-biznesin valideynləri

Xalq artisti İlhamə Quliyeva sənətkar ailəsində dünyaya gəlib. Onun anası xalq artisti, korifey sənətkar Tükəzban İsmayılovanın qızının yaradıcılığına az təsiri olmayıb.

Şou-biznesin valideynləri Xalq artisti Brilliant Dadaşovanın da ailəsi çalıb-çağıran olub. Onun anası Qızxanım Dadaşova dövrünün məşhur qadın qarmon ifaçısı olub və 1964-cü ildə avtomobil qəzasında dünyasını dəyişib. Əmisi Məlik Dadaşov, əmisi oğlu Rafael Dadaşov ölkənin tanınmış aktyorlarındandır. Onun ailə üzvlərindən bir neçəsi, o cümlədən bacısı Lalə, bacısı qızı Səidə müğənnilik edirlər.

Şou-biznesin valideynləri Aygün Kazımovanın ailəsində sənətçi olmayıb. Atası Aygün balaca olarkən, anası isə Aygün sənətə yeni addım atdığı vaxtlarda dünyasını dəyişib.
Şou-biznesin valideynləri
Zülfiyyə Xanbabayevanın
bu ilin fevral ayında ürək çatışmamazlığından dünyasını dəyişən atasının arzusu qızını Xarici Dillər İnstitutunun tələbəsi kimi görmək olub.
Şou-biznesin valideynləri Faiq Ağayev sakit təbiətli ailənin övladıdır. Faiqin anası dinlə məşğul olan xanımdır, atası Balağa kişi də haqq adamıdır.

Şou-biznesin valideynləri Röyanın atası ilə anası ayrılıblar. Atası bir vaxtlar musiqi ilə məşğul olub, anası isə hazırda Türkiyədə yaşayır və xarici dil müəlliməsidir. Qeyd edək ki, müğənninin anası din adamıdır və örtünür.

Şou-biznesin valideynləri Sevda Ələkbərzadənin atası Çingiz Ələkbərzadə və babası Əbülhəsən Ələkbərzadə yazıçı olublar. Ailədə ondan başqa böyük bacısı Mehriban Ələkbərzadə rejissor, digər bacısı Elmira Ələkbərzadə isə müğənni kimi tanınıb.
Şou-biznesin valideynləri Natəvan Türkmənistanda anadan olub və valideynləri əslən azərbaycanlıdır. Lakin anası atasından ayrılaraq Bakıya gəldiyi üçün Natəvan atasız böyüyür.

Şou-biznesin valideynləri Rəqsanənin anasının bir müddət əvvəl qadın alverilə məşğul olması barədə məlumatlar yayılmışdı. Onun bacısı da eyni ittihamla həbs cəzasına məhkum edilib.

Şou-biznesin valideynləri Nadir Qafarzadənin atası, o, uşaq yaşlarında olanda vəfat edib. Yetimçiliklə böyüyən Nadir sonradan anasını da itirib.

Şou-biznesin valideynləri Müğənni Elnurun ailəsində sənətçi olmasa da, əmisi Azərbaycanın əsilzadələrindəndir.

Xatirə İslamın atasının anasından ayrılması barədə xəbərlər dolaşır.

Şou-biznesin valideynləri Anar Nağılbazın atası Rizvan Cəbiyev millət vəkili olub, oğlunun sənətini dəstəkləyir.

Şou-biznesin valideynləri İradə İbrahimovanın atası Vəlihət kişi əvvəllər qızının sənətə gəlməsinə etiraz edərək, "bizim nəsildən artist çıxmayıb", - deyə iradını bildirirmiş. Lakin sonradan onu yumşaltmaq mümkün olub.

Şou-biznesin valideynləri Nazpəri Dostəliyevanın atası Şamaxının tanınmış aşıqlarından olub. Onun bacısı Zeynəb Dostəliyeva da tanınan müğənnilərdəndir.

Şou-biznesin valideynləri Xuraman Şuşalı Şuşanın işğal olunduqdan sonra atasını itirib. Anası isə qızına bu sənətlə məşğul olmağında həmişə dəstək olub.

Şou-biznesin valideynləri Ruhinin sənətə gəlməyinə ailəsi razı olmayıb. Onun atası dünyasını dəyişib, anası isə müəllimədir. Ruhi hər zaman valideynlərinə zərər gətirməkdən, incitməkdən qorxub.

Şou-biznesin valideynləri Xumar Qədimovanın atası hüquq-mühafizə orqanlarında çalışıb.

Şou-biznesin valideynləri Rəqqasə Sevdanın da atası uşaq vaxtlarında onu və anasını tərk edib.

Şou-biznesin valideynləri Tünzalə Ağayevanın atası sürücü olub.

Şou-biznesin valideynləri Gürcü qızı Manananın anası hər zaman qızının yanında olur və Azərbaycanda onunla birgə yaşayır.

Şou-biznesin valideynləri Nura isə dediyinə görə, imkanlı ailədə dünyaya gəlib və o ailəsində hər bir şeylə təmin olunub.

Şou-biznesin valideynləri Könül Kərimovanın anasının onun bu sənətə gəlməyində böyük rolu var.

Şou-biznesin valideynləri Lalə Məmmədovanın ailəsi ziyalı nəslin nümayəndələridir.

Şou-biznesin valideynləri Aybəniz Haşımovanın bacısı Şahnaz Haşımova ölkənin, xüsusilə də Gəncənin tanınıb-sevilən müğənnilərindəndir.

Şou-biznesin valideynləri Elza Seyidcahan atasını erkən itirib və bacıları ilə birlikdə xasiyyətçə çox tələbkar olan anasının tərbiyəsilə böyüyüb. Elza xanım hətta anasının adını (Seyidcahan) özünə təxəllüs götürüb.

Şou-biznesin valideynləri Almaz Ələsgərovanın ailəsində sənət adamı olmasa da, bəstəkar Cahangir Cahangirovun bacısı qızıdır.

Şou-biznesin valideynləri Alim Qasımovun valideynləri onun musiqiyə və xususilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər, ancaq ona musiqi təhsili verməyə imkanları olmayıb. Əllərindən bir tək şey gəlib, ona dəf düzəltmək üçün atası həyətlərindəki keçini kəsib.

Şou-biznesin valideynləri Məleykə Əsədova atasını 17 yaşında, anasını isə 3 il öncə itirib.

Şou-biznesin valideynləri Aktrisa Mehriban Xanlarova böyük sənətkarımız Zeynəb Xanlarovanın qardaşı qızıdır.

Şou-biznesin valideynləri Aktyor Yaşar Nurinin atası Məmmədsadıq da Azərbaycanın birinci aktyorlarından olub və filmlərimizdə çəkilib.

Şou-biznesin valideynləri Məşhur caz ifaçısı Əzizə Mustafazadə Azərbaycan musiqisində muğam ilə cazı ilk dəfə birləşdirən Vaqif Mustafazadənin qızıdır. Hazırda, o, anası gürcü mənşəli müğənni olan Eliza Mustafazadə ilə bərabər Almaniyada yaşayır.

Şou-biznesin valideynləri Xalq artisti, aktyor Arif Quliyevlə, müğənni Teymur Əmrah isə yetimxanada böyüyüblər. Ona görə də həmişə gözləri nisgilli olub.

Şou-biznesin valideynləri Şou-biznesin valideynləri


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 31028   Tarix: 06 noyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961