Zakir Həsənov cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışında iştirak edib - VİDEO

Zakir Həsənov cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışında iştirak edib - VİDEOAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən növbəti yeni hərbi hissənin açılışında iştirak ediblər.

Müdafiə nazirinə məruzə olunub ki, hərbi hissədə inzibati və xidməti binalar inşa edilərək mühafizə və yanğın siqnalizasiyası, həmçinin daxili rabitə sistemləri quraşdırılıb.

Binada konfrans zalı, arxiv və digər xidməti iş otaqları istifadəyə verilib, onlar lazımi mebel və avadanlıqlarla təchiz edilib.
Bildirilib ki, ərazidə zabitlər və əsgərlər üçün yataqxana binaları inşa olunub, mebel və inventarlarla təmin edilib. Yataqxana binaları iş, məişət, silah, eləcə də digər xidməti otaqlardan ibarətdir.

Hərbi hissənin ərazisində qarovul xidmətinin təşkili məqsədilə qarovul şəhərciyi və qarovul evi də inşa edilib.
Tibb məntəqəsi müasir tibbi avadanlıq, mebel və inventarlarla təmin edilib. Burada stomatoloq, fizioterapiya, prosedur və müalicə üçün digər otaqlar mövcuddur.

Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeməkxana binası müasir standartlara cavab verən qazanlar, sobalar, soyuducular və digər məişət texnikası, müvafiq mebel və inventarla təchiz olunub. Yeməkxanada soyuducu kamera otaqlarından ibarət ərzaq anbarı var.

Hamam-camaşırxana-qazanxana kompleksi də müasir avadanlıqlarla təchiz edilib.

Hərbi hissənin inzibati və xidməti binalarının isti su ilə təchizatı üçün nəzərdə tutulan qazanxanada müasir tipli qazanlar və nasoslar, fasiləsiz elektrik enerjisi ilə təminatı üçün isə generator qurğusu və transformator quraşdırılıb.

Ərazidə su təmizləyici qurğu quraşdırılıb, içməli və yanğından mühafizə su anbarları, həmçinin yeraltı su nasosxanası tikilib.
Şəhərcik ərazisinə yaşıllıq zolağı salınıb, müxtəlif növ ağaclar, dekorativ kollar əkilib, ərazidaxili yollara asfalt salınıb.
Hərbi hissəyə yüksək gərginlikli elektrik, əsas su və təbii qaz xətləri çəkilib.

Əraziyə baxış keçirən Müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə komandanlığa müvafiq tapşırıqlar verib.

Zakir Həsənov cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışında iştirak edib - VİDEOZakir Həsənov cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışında iştirak edib - VİDEOZakir Həsənov cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışında iştirak edib - VİDEOZakir Həsənov cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışında iştirak edib - VİDEOZakir Həsənov cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışında iştirak edib - VİDEOZakir Həsənov cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışında iştirak edib - VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 868   Tarix: 19 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"14 ildir o insanı danışdırmıram" - Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyeva aparıcısı olduğu "Söhbət var" verilişində açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa yemək yeyərkən ona irad bildirən şəxslə 14 ildir küsülü olduğunu etiraf edib. O, həmin şəxsin kim olduğunu açıqlamayıb:. "Gözümün işığı, ən sevdiyim ada

01.05.2024 784
.

Blinken İsrailə gedib

ABŞ dövlət katibi Entoni Blinken İsrailə gedib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. O bildirib ki, Baş katib Blinken İsraildədir. Miller qeyd edib ki, Blinken Qəzzaya humanitar yardımın çatdırılması prosesinə baxmaq üçün Aşdod limanına gedəcək

01.05.2024 228
.

Qəzzada dağıntılar altında 10 mindən çox insan itkin düşüb

2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağı hücumlara məruz qalıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı ölənlər yaralananlarla yanaşı dağıntılar altında qalanlar da olub. Hadisə zamanı 10 mindən çox insanın itkin düşüb. Bu barədə Qəzzada Mülki Müdafiə İdarəsi məlumat yayıb. Bəyanatda bildirili

01.05.2024 135
.

Mərkəzi Bank sərt pul siyasəti həyata keçirir

Hesablamalar onu göstərir ki, bizim neytral uçot faiz dərəcəmiz 6-7 faiz aralığındadır. Həmin məntiqlə getsək görərik ki, biz hələ sərt pul siyasəti həyata keçiririk çünki, ölkədə uçot faiz dərəcəsi 7.25% dir. BİG.AZ apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

01.05.2024 255
.

Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR

Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarını

01.05.2024 409
.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 242
.

"YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA

"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-

01.05.2024 203
.

Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video

Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın

01.05.2024 958
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 356