Gülay Hüseynova: "Hər səhər gözümü açanda ona təşəkkür edirəm"

Gülay Hüseynova: "Hər səhər gözümü açanda ona təşəkkür edirəm"Sərt karantin günlərini yupyumşaq keçirmək istəyirsiniz? Elə isə Türkiyədə yaşayıb fəaliyyət göstərən bestseller əsərlərin müəllifi, aktrisa Gülay Hüseynova ilə Publika.az-ın müsahibəsini oxuyun:

- Əziz Gülay, ən dərin həqiqəti hansı əsərin hansı cümləsində tapmısan? O cümlənin baş qəhrəmanı olmusan?

- Həqiqət axtarışı - sonu olmayan bir yoldur; önəmli olan da o yola çıxmaqdır..

Qəhrəmanlıq məsələsində isə maraqlı bir yaradıcı dəyişim yaşadım. Yazmağa başlamadan əvvəl sevdiyim əsərlərdə özümü görürdüm. Yazmağa başlayandan sonra isə bütün kitab qəhrəmanları mənim xəyali dostlarıma, tanışlarıma çevrildi. İndi həm filmlərdə, həm də ədəbiyyatda öz qəhrəmanlarımı və gerçəklərimi yaratmağa çalışıram.

- Niyə dünyadan köçənləri xüsusi sayğı ilə anırıq? Dirilərə haqsızlıq deyilmi?

- Boşluğu görmədən nəyi itirdiyimizi hiss edə bilmirik çünki. Bu təkcə insanlara da aid deyil. Məsələn, hər gün keçdiyimiz küçədə bir gün bir ağac kəsilirsə, o ağacın əslində bu küçəyə qatdığı gözəlliyin fərqinə yalnız həmin an varırıq. Və hər dəfə ordan keçəndə gözümüz məhz o ağacı axtarır; öyrəşənə kimi. Demək ki, yoxluq - varlıqdan daha çox fərqindəlik yaradır.

- Allahın sehirli gücünə inanırsan?

- Allaha inanmaq mənə güc verir. Üstəlik, bu həyatdakı missiyamı da ən yaxşı o bildiyi üçün aramızda daimi bağ var. Hər səhər gözümü açanda, ona gülümsəyib məni oyatdığı üçün təşəkkür edirəm.

- Kastalar və dinlər süqut etsə, dünya gözəlləşəcəkmi?

- Gözəllik görənə aiddir. Gözümüzə gözəl görünən hər şey - ya sahib olduqlarımızdır, ya da bizdə olmağını istədiyimiz. Daxilən gözəlləşmədiyimiz müddət boyu, başqa planetə də köçsək, heç nə dəyişməyəcək.

- İnsanın boyundan hündür eqosu süqutun əlamətidir yoxsa yüksəlişin?

- Həyat balans üzərində qurulduğu üçün ehtiyacı aşıb, ifrata varan hər şey zəhərlidir. Aydın cəmiyyətlərdə neqativ eqolu insanların yüksəlişindən söhbət gedə bilməz.

- İçindəki şeytanı oyatmaq üçün hansı doğrunu tapdamaq lazımdır?

- Anton Çexovun sevdiyim bir cümləsi var: "İnsan təbiətinə dair yaxşı və pis nə varsa, hamısını özümdən öyrəndim". Düşünürəm ki, içimizdəki şeytan daim oyaqdır, əksinə mümkün olduğu qədər onu yuxuya verib zərərsizləşdirməkdə fayda var.

-Kamilliyə qovuşmaq mümkün deyilsə, niyə ömür boyu ona can atırıq?

- Bütünlüklə olmasa belə, əhəmiyyətli dərəcədə kamilliyə çatmağın mümkün olduğuna inanıram.

- Məqsədsiz sükunət insanı xoşbəxt edə bilər?

- Yorğun ruh üçün qısa müddətli xoşbəxtlik ola bilər. Uzun müddətdə isə monoton olan heç nə xoşbəxt edə bilməz, məncə.

- Qadının ilahi peşəsi ilham pərisinə çevrilməkdir?

- "Gözəllik" kəlməsi- adətən, qadın fiquru ile simvolizə edildiyi üçün belə qəbul olunur. Amma yaradıcı proses - mənə görə, ruhun fəzadakı səyahətidir, qarşına çıxan hər şeydən və hər kəsdən ilhamlanmaq mümkündür.

-Virus olsan, dünyanı hansı duyğuya yoluxdurardın?

- Mərhəmət...

Gülay Hüseynova: "Hər səhər gözümü açanda ona təşəkkür edirəm"


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2789   Tarix: 14 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dilanla Engin ayrılır - Foto

Məşhur türkiyəli fenomen Dilan Polat əri Engin Polatla ayrıldığını açıqlayıb. Axşam.az xəbər verir ki, bu haqda Dilan sosial şəbəkə hesabında yazıb. O bildirib ki, artıq onun həyatına ziyan vurmaq istəmir:. "Deməli, yan-yana olanda bir-birimizə zərər veririk. Həyat yoldaşım Engin Polatla yollar

10:33 317
.

"Gözüm, dilimlə oruc tutur, ər-arvad arası vurmuram"

"Bütün ili oruc tutram: gözümlə, baxışımla, dilimlə". Axşam.az xəbər verir ki, bu sözləri qiraətçi Pünhan İsmayıl "Zaurla Günaydın" verilişində deyib. O, Ramazan ayında oruc tutmaqla bağlı suala belə cavab verib:. "Pis işlərlə məşğul olmuram, pis şeylərə baxmıram. Ər arvad arasın

02.03.2025 421
.

"Qadını xoşbəxt edən kişilərdir"

"Mən xoşbəxtəm, çünki övladım var. Qadına bundan artıq nə lazımdır ki? Sevgi, istək gənclik illərində olur. Amma insan nə qədər bu dünyada yaşayırsa, sevgi də lazımdır. İnsan sevməlidir, xüsusən də qadın. Sevgi hər bir ananın simasıdır. Sevgi olan yerdə mərhəmət olur. Analıq hissi çox güclü olur"

02.03.2025 337
.

"Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə..."

"Hər hansı Əməkdar və ya Xalq artisti bir az qolu, sinəsi açıq geyinsin, o saat altdan şərh yazırlar ki, "A, bu da soyundu". Biz də el şənliklərinə, tədbirlərə, ad günlərinə, yubileylərə, toylara gedirik. Hamınız elə oxuyanları çağırırsınız. Düşüb onlarla qarşılıqlı rəqs edirsiniz. Va

02.03.2025 357
.

Hande Erçeldən ayrılıq iddialarına cavab

Hande Erçel və Hakan Sabancının ayrıldığı iddia olunmuşdu. xəbər verir ki, Hande Erçel hava limanında bu iddiları təkzib edib. "Ayrılıq yoxdur. Hər şey yolundadır" ,- deyə o bildirib. [hh4-unikal]

13:11 3
.

Pərviz Bülbülə meyxananın zayını çıxartdı - Qalmaqallı AÇIQLAMA / VİDEO

Meyxanaçı İntiqam Rüstəmov həmkarı Pərviz Bülbüləni tənqid edib. xəbər verir ki, sənətçi "Qonaqcanlı" verilişində Pərvizin meyxana sənətini pis hala saldığını deyib:. "Pərviz Bülbülə meyxananın "zayını" çıxaranlardan oldu. Meyxanaya musiqini qoşdu. İndi məclisdə musiqili meyxan

01.03.2025 687
.

Səidə oğulluğu ilə efirə çıxdı - Video

Müğənni Səidə Dadaşova həyat yoldaşı Məhəmmədin (Maqa) ilk evlilikdən olan övladı Osmanı efirə çıxardıb. Axşam.az xəbər verir ki, onlar birlikdə "Xəzər axşamı" verilişinə qatılıblar. Səid bilirib ki, həyat yoldaşının ilk ailəsi ilə münasibəti yaxşıdır:. "Bu uşağın yaraşığı onun başını

01.03.2025 908
.

Məşhur müğənni Kəmalə Günəşlinin aylıq qazancı dodaq uçuqlatdı- ŞOK MƏBLƏĞ

Azərbaycanda özəl pensiya fondlarının yaradılması istiqamətində işlərə başlanılıb. Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində pensiya təminatı sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdə

01.03.2025 857
.

Zümrüd bu evli məşhurla AİLƏ QURMAQ İSTƏYİR: Kaş o mənim ərim olardı

Aparıcı Zümrüd Bədəlova aktyor Əlixan Rəcəbovla bağlı maraqlı açıqlama verib.Bədəlova "Söz-baz"ın "Xəbər10var?" bölməsində "Alatava" serialı ilə bağlı qalmaqaldan danışarkən bunları söyləyib:. "Əlixan və Taleh üçün ürəyim gedir. Kaş Əlixan mənim ərim olardı. O da boşanır

02.03.2025 30533
.

TOP MP3