"Bəstəkarlar İttifaqını özəlləşdirib" - Firəngiz Əlizadəyə sərt ittihamlar

"Bəstəkarlar İttifaqını özəlləşdirib" - Firəngiz Əlizadəyə sərt ittihamlarƏməkdar incəsənət xadimi, bəstəkar Nadir Əzimov müğənnilərin həvəskar bəstəkarlarla işləməsinə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, Əzimov "Ölkə.Az"-a açıqlamasında deyib ki, son zamanlarda peşəkar bəstəkarlara tələbat çox azalıb:

"Virusla əlaqədar olaraq iş sıfır vəziyyətindədir. İşlədiyim bir-iki nəfər olsa da, ümumən işlərim dayanıb. Hazırda maddi durumla bağlı məsələ faciəvidir. Efirdə görürəm ki, çox müğənnilər danışırlar ki, maddi vəziyyətləri pisdir. Bir adam da çıxıb demir ki, yaxşı bəs bəstəkarlar nə etsin, nə ilə dolansın? İndi vəziyyət ümumiyyətlə gərgindir".

N.Əzimov bildirib ki, sənətçilərin həvəskar bəstəkarlarla işləməyə meyilli olmasının səbəbi heç də qiymətlə bağlı deyil:

"Elə bəstəkar var ki, müğənniyə mahnını hədiyyə olaraq və ya ucuz qiymətə verir. Nə məsələ olduğunu bilmirəm, lakin baxanda görürəm ki, adi mahnıların baxış sayı 2-3 milyondur. Mənim gül kimi, hit əsərlərimin baxış sayı isə 2-3 mindir. Anlaya bilmirəm ki, o qədər baxış sayı haradandır".

Bəstəkar, Xalq artisti Eyyub Yaqubovun tanınmasında olan rolu barədə də söz açıb:

"Eyyub Yaqubovun doxsan faiz əsərlərini mən yazmışam. Eyyubla sonuncu dəfə ilyarım əvvəl iş birliyimiz olub. Hətta həmin mahnını qızımla oxuyub və klipi də çəkilib. Ancaq tanınmağında rol oynadığım heç bir müğənni indi məni axtarmır. Sonuncu dəfə adını çəkmək istəmədiyim bir müğənniyə 500 manata mahnı təklif etdim, o gedən, getdi. Halbuki əsər çox xoşuna gəlmişdi. Əminliklə deyə bilərəm ki, müğənnilərin efirlərə çıxıb "bəstəkarlar 5 minə, 10 minə mahnı satır" deməsi yalan söhbətdir".

Sonda Nadir Əzimov keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevlə bağlı məsələyə də aydınlıq gətirib:

"Yanvarda birinci Vitse-prezident Mehriban Əliyevanın köməkçisinin qəbulunda olmuşam. Ərizə ilə müraciət etdim və köməkçiləri də məni qəbul etdilər. Bildiyiniz kimi bəzi bəstəkarlara təqaüd verirlər. Hansı ki, həmin təqaüdü Eldar Mansurov, Faiq Sücəddinov da alır. Mənim iki müraciətim də elə bu barədə olub. Mehriban xanım müraciətimi məsələyə baxılması üçün Mədəniyyət Nazirliyinə göndərib. Nazirlikdə Sevda xanım adlı şəxs var. Zəng edib onunla danışıb, soruşdum ki ''Nəyə görə bu məsələyə baxmırsınız?''. Mənə cavab olaraq Əbülfəs müəllimin vəziyyətinin pis olduğunu, siyahıda adımın olduğunu, vaxtlarının çatmadığını bildirdi. Soruşdum ki, ''Üçüncü dəfə də məktub gəlməlidir?".

Təəccüblüsü odur ki, Cənab Prezident İlham Əliyev keçmiş nazir Əbülfəs Qarayevin vaxtında Bəstəkarlar İttifaqına 650 min manat pul vəsait köçürüb. Bəstəkarlara yardım üçün köçürülən həmin pul vəsaiti yoxa çıxdı. Onlardan soruşmaq lazımdır ki, o pulları nə ediblər? Karantin dönəmində iclas keçirdilər. Həmin iclasda Əbülfəs Qarayev də iştirak edib. İclasda dedilər ki, guya ki, konsert təşkil ediblər. Karantin vaxtı hansı konsertdən söhbət gedə bilərdi, bilmirəm. Halbuki o məbləğ karantin dövründə bəstəkarların dolanışığı üçün ayrılmışdı. Firəngiz Əlizadə də iclasda qeyd etdi ki, Şəkidə və bir neçə yerdə konsert verilib. Bəlkə də o özü üçün konsert verib, xəbərimiz olmayıb. Oğlu Londonda təhsil alır. Hər il bəzi bəstəkarlara 200 manat məbləğində pul ödəyirlər. Mən 8 ildir oradan heç nə almıram. Əgər belə getsə, Bəstəkarlar İttifaqının üzvlüyündən çıxacam. Çünki bir dəfə Firəngiz xanıma sual verdim ki, ''Nəyə görə Nadir Əzimova bu puldan düşmür?". Cavabında dedi ki, sizin yaşınız buna uyğun deyil. 50-60 yaşlı bəstəkarlara bu məbləğ ödənilmir. Gənc və 60 yaşdan yuxarı bəstəkarlara ödənilir. Halbuki Firəngiz Əlizadə Bəstəkarlar İttifaqını özəlləşdirib və həyat yoldaşı da yanında işləyir. Hansı ki, bəstəkarlığa aidiyyəti olmayan adamdır. Əvvəl ittifaqa piyada gəlirdi, indi ''BMW'' markalı maşın sürür".

"Bəstəkarlar İttifaqını özəlləşdirib" - Firəngiz Əlizadəyə sərt ittihamlar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 909   Tarix: 05 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

07.05.2024 356
.

Səidədən Aygün Bəyləri təhqir edən Ləmana cavab

Xəbər verdiyimiz kimi, tiktoker Ləman Vəliyeva mərhum Əməkdar artist Aygün Bəyləri təhqir edib. Axşam.az-ın məlumatına görə, bununla bağlı paylaşım edənlər arasında müğənni Səidə Sultan da yer alıb. Səidə bildirib ki, tiktoker bu sözlərlə Azərbaycan musiqisini təhqir edib:. "Gərək belə məqamlard

11:34 0
.

"Paşinyanın sülh danışıqlarına gedəcəyi birmənalıdır" - Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın noyabra qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki, bölgənin geosiyasi konfiqurasiyasının Qərbin xeyrinə olaraq dəyişdirilməsi məqsədilə Ermənistanda hakimiyyətə gətirilmiş Paşinyan iqtidarını

07.05.2024 342
.

Prezident İlham Əliyev: "Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir"

"Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetr

07.05.2024 184
.

Azərbaycan-Ermənistan şərti sərhədində zəlzələ olub

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb. Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub

07.05.2024 273
.

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb

Fransa polisi Fələstinə dəstək aksiyasına qatılan 2 tələbəni saxlayıb. xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Fransanın müxtəlif şəhərlərindəki universitetlərdə təhsil alan tələbələr Fələstinə dəstək aksiyalarını davam etdirirlər. Fələstin Elmlər Komitəsinin Po Paris məktəbinin sosia

07.05.2024 192
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

07.05.2024 461
.

78 yaşlı Türkan Şoraydan ÜZÜCÜ XƏBƏR

Məşhur aktrisa Türkan Şorayın səhhətində problem yaranıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa "Kipr şəhidlərinin anım mərasimi və veteranlarla görüş" adlı mərasimə qatılacaqdı. Lakin o səhhətində yaranan problem səbəbi ilə bu səfərini ləğv edib. Aprelin 30-da aktrisaya pnevmaniy

07.05.2024 1119
.

"Səs yazısı yayılan bağça müdiri əmək qabiliyyətini itirib" - Rəsmi açıqlama

Abşeron-Xızı Regional Təhsil İdarəsi barəsində araşdırma aparılan Xırdalan şəhəri 17 nömrəli körpələr evi-uşaq bağçasının müdiri ilə bağlı daha bir açıqlama yayıb. "Qafqazinfo" xəbər verir ki, açıqlamada sosial şəbəkələrdə səs yazısı yayılan bağça müdiri Fəranə Məhərrəmovanın əmək qabiliyyətin

10:01 263