"Üç yaşımadək şəkər tozu görməmişəm"

"Üç yaşımadək şəkər tozu görməmişəm"

"Geriyə boylanıb uşaqlığıma baxmaq istəmirəm. Çünki o illər pis hadisələrlə yadımda qalıb. Uşaqlığım 40-cı illərə təsadüf edib. Mənim 1 yaşım olanda müharibə başladı. Atam müharibəyə getdi. Bu səbəbdən də 6 yaşımadək atamın üzünü görmədim".

BiG.AZ xəbər verir ki, bu sözləri Respublikanın Əməkdar incəsənət xadimi Ruhəngiz xanım Qasımova Ucnoqta.az-a müsahibəsində deyib:

"Hətta uzun illər ərzində ondan bir xəbər belə almadıq. Atamın sağ olub-olmamasına dair bir məlumat yox idi. Belə bir əhvalat danışım, üç yaşım var idi, anam çayıma şəkər tozu qatdı ki, mənə versin. Hönkür-hönkür ağlamağa başladım. Elə bildim, çayıma duz qatır. Təsəvvür edin ki, mən üç yaşımadək şəkər tozu görməmişəm. Ona görə də uşaqlığım haqqında danışmaq istəmirəm. Sizə bir şey deyim, həyatı iki dəfə yaşamaq olmaz. Bir suya iki dəfə girmək olmaz. Bəziləri cəhd edir, amma mən ehtiyat edirəm belə sudan".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2406 Tarix: 04.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər