"Az qalıb ki, taksi sürücüləri də oxusun" - Nicat Məhərrəmovla SƏMİMİ MÜSAHİBƏ

"Az qalıb ki, taksi sürücüləri də oxusun" - Nicat Məhərrəmovla SƏMİMİ MÜSAHİBƏ"Musiqimizdən demək olar ki, əsər-əlamət qalmayıb. Azərbaycan musiqisi çox zəngindir, amma onu bəzi ifaçılar korlayırlar. Bayağı mahnıların sevilməsinin günahkarı efirlərdir. Musiqidən xəbəri olmayan insanlar efirdə musiqidən danışır". BiG.AZ-ın qonağı müğənni Nicat Məhərrəmovdur.

-Nicat, şablon səslənməsin, amma bir sual verim, musiqiyə olan həvəs nədən qaynaqlandı ki, bu sahəyə gəldiniz?

-Musiqi duyumum 6 yaşım olanda özünü göstərib. Düzdür, bunlar mənim yadıma gəlmir, anamın dedikləridir. Onun xatirələrinə əsasən, qazanı karandaşlarla döyəcləyib ritm tuturdum. Anam görüb ki, musiqiyə həvəsim var, məni "7/17" musiqi yarışına gətirib. Burada laureat olmuşam. Daha sonra "Pöhrə", "Dan ulduzu" kimi yarışmalara da qatıldım. Bunların ardınca kliplər çəkdirdim, mahnılar yazdırdım. Qeyd edim ki, mənim ilk oxuduğum mahnı İbrahim Tatlısəsin "Söylə"si olub. Bu mahnının ardınca "Kəpənək" mahnısını ifa etdim. Həmin mahnıya klip çəkdirdim. Bu gün o mahnı Qızıl Fondda saxlanılır.

-Deməli, sənətə gəlməyinizə ananız dəstək olub...

-Ümumiyyətlə, bu sənətdə anam mənə çox dəstək olub. Bu gün də dəstəkdir. Düzdür, atam da dəstək olub amma əlimdən tutub ən çox dəstəkləyən anam olub. Bu günümə çox şükür edirəm. Məni az-çox insanlar tanıyır.

"Az qalıb ki, taksi sürücüləri də oxusun" - Nicat Məhərrəmovla SƏMİMİ MÜSAHİBƏ-Sizin yaradıcılığını 3 dövrə bölürəm: Xatirə xanımla duetə qədərki mərhələ, duetdən sonrakı populyarlıq mərhələsi və durğunluq dövrü. Nə səbəb oldu ki, siz o populyarlığınızı qoruyub saxlaya bilmədiniz?

-"Yeni ulduz"da iştirak etdiyim zaman hər şey əla idi. Həmin dövrdə müsabiqələrə həvəsim çox idi. Həm də bizim vaxtda efirlərə çıxmaq çətin idi. Hər adam efirə çıxa bilmirdi. Sözün qısası, "Yeni ulduz"dan sonra "Akademiya" adında layihəyə, bundan 1 il sonra isə "Star və sən" adlı müsabiqədə iştirak etdim. Həmin müsabiqənin formatına əsasən, bir iştirakçı bir müğənni ilə duet oxumalı idi. Mən də Xatirə xanım İslamı seçdim. Xatirə xanıma təklif etdik və o da mənə dəstək oldu, beləcə qalib gəldim, avtomobil qazandım. Bunun ardınca Xatirə xanımla "Sevə-sevə" duetini oxuduq. Mahnı çox sevilirdi. Təsəvvür edin, küçədən, ticarət mərkəzlərindən mahnımızı eşidirdim. Daha sonra əsgərliyə gedəsi oldum. Düzdür, əsgərlik vaxtı efirlərə çıxırdım amma yenə də sənətimdə durğunluq özünü göstərirdi. Əsgərlikdən gəldikdən sonra 4 il sənətə fasilə verdim. Əslində buna böyük bir səbəb yox idi, sadəcə tənbəllik fasilə verməyimə səbəb oldu.

-Daha sonra "O səs Türkiyə" layihəsinə qatıldınız. Düz xatırlayıram?

-Tamamilə doğrudur. Bu layihədə iştirak etdim və "Əziz dostum" mahnısını ifa etdim. Bu mahnını oxumağım məni yenidən tanıtdı. Bu müsabiqədə iştirakımı təkcə şou-biznes deyil, ciddi xəbər proqramları da işıqlandırdı. Bilirsiniz ki, müsabiqədə musiqilərin adı anonim şəkildə çəkilir, amma mən Qulu Əsgərov, Bəhram Nəsibovun adlarının verilməsini xahiş etmişdim. Beləliklə, uğurlu mahnı seçimim mənə uğur qazandırdı.

"Az qalıb ki, taksi sürücüləri də oxusun" - Nicat Məhərrəmovla SƏMİMİ MÜSAHİBƏ-Nicat, bu yaxınlarda bir açıqlama verdiniz ki, Azərbaycan musiqisini çökdürüblər. Bax o çökdürənlər kimlərdir?

-Həqiqətən də, dırnaqarası müğənnilər çökdürüblər. Bu gün hamı oxuyur, əlinə mikrafon alan oxuyur. Çox pis dövrə gəlmişik. Biri var ki, istedadı olsun, biri də var, yoxdur amma oxuyur. Ona görə də bu sahə mənə maraqsız gəlir. Az qalıb ki, taksi sürücüləri də oxusun.

-Konkret adlarını çəkə bilərsiniz?

-Ad çəkməyəcəm, özləri bilirlər kimlərdir. Onlara görə bizim musiqimiz ölüb. Musiqimizdən demək olar ki, əsər-əlamət qalmayıb. Azərbaycan musiqisi çox zəngindir, amma onu bəzi ifaçılar korlayırlar. Bayağı mahnıların sevilməsinin günahkarı efirlərdir. Musiqidən xəbəri olmayan insanlar efirdə musiqidən danışır. Təsəvvür edin, "Ekologiya" himnini ifa edən mən heç onlar qədər iddialı olub fikirlər səsləndirmirəm.

-Nicat, sonuncu sualımı verim, Azərbaycan musiqisinin gələcəyini necə təsəvvür edirsiniz?

-Əgər müdaxilə olunmasa, bu günkü bəzi ifaçıları sənətdən uzaqlaşdırmasalar, 4-5 ilə musiqimiz məhv olacaq. Əgər müdaxilə olunsa, musiqidən anlayışı olan insanları bu sahədə saxlasalar, o zaman mədəniyyətin dirçəlişindən danışmaq olar. Bu gün isə dediyim kimi, mədəniyyət ölüb.

Rövşən Tahir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1218   Tarix: 04 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609