Tanınmış azərbaycanlı aktrisa beyin əməliyyatı keçirib - Türkiyədən Azərbaycana qayıda bilmir - FOTO

Tanınmış azərbaycanlı aktrisa beyin əməliyyatı keçirib - Türkiyədən Azərbaycana qayıda bilmir - FOTO

Tanınmış aktrisa Naibə Əlibəyova Azərbaycana qayıda bilmir.

O, bu barədə“Ölkə.Az”ın əməkdaşı ilə bildirib. Aktrisanın sözlərinə görə, həkim müayinəsindən keçmək üçün Türkiyəyə getsə də, sərhədlər bağlandığından Azərbaycana qayıda bilmir:

"Səhhətimlə əlaqədar olaraq Bakı şəhərində deyiləm. Bir neçə ay əvvəl Türkiyəyə müayinə üçün gəlmişəm. Məlum olduğu kimi bir müddət əvvəl beyin əməliyyatı keçirmişəm. İldə iki dəfə də müayinə üçün mütləq Türkiyəyə getməliyəm. Atrıq dördüncü aydır ki, buradayam.

Koronavirusla əlaqədar olaraq vətənə qayıda bilmirəm. Çarter reyslər təşkil olunsa da, işlərimlə əlaqədar olaraq ölkəyə qayıtmağım mümkün olmadı''.

Qeyd edək ki, daha çox "Bəyin oğurlanması" filmindəki epizodik rolla yadda qalan Naibə Əlibəyova xərçəngdən əziyyət çəkir və əməliyyat olunduğuna görə sənətdən uzaqlaşıb.

Tanınmış azərbaycanlı aktrisa beyin əməliyyatı keçirib - Türkiyədən Azərbaycana qayıda bilmir - FOTO


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2500 Tarix: 03.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər