Milyarder statusundan azad edilən Kayli anasından şübhələnir

Milyarder statusundan azad edilən Kayli anasından şübhələnir

Ötən həftə "Forbes" jurnalı amerikalı model Kayli Cenneri dünyanın ən gənc milyarderi statusundan azad etmişdi.

Axşam.az xəbər verir ki, jurnalın nümayəndələri Cennerə məxsus olan kosmetika firmasının əslində 1,2 milyard deyil, 900 milyon dollar qazanc əldə etdiyini bildirmişdi.

Cenner ailəsinin mühasibi bir neçə ildir ki, şirkətinin mənfəəti haqqında yalan məlumat verib və buna görə o, məhkəmədə hakim qarşısına çıxarıla bilər.

Jurnalistlər modelin hazırda baş verənlərə görə anası Krisi günahlandırdığını və onunla əlaqələrini kəsdiyini iddia ediblər. Onlar bildiriblər ki, 22 yaşlı Kayli artıq anasına inanmır və onun mühasiblə əlbir olmasından şübhələnir.

Model özü isə haqqında deyilən bütün ittihamları təkzib edərək “Forbes”-in bəyanatlarının sübutunu təqdim etməsini tələb edib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1885 Tarix: 03.06.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər