Koronavirusa yoluxduqdan sonra rəngi dəyişən həkim öldü

Koronavirusa yoluxduqdan sonra rəngi dəyişən həkim öldüKoronavirusa yoluxduqdan sonra dərisinin rəngi dəyişən həkim vəfat edib.

Milli.Az Globaltimes-a istinadla xəbər verir ki, Covid 19-a yoluxduqdan sonra dəri rənginin tündləşməsi ilə dünya mətbuatının diqqət mərkəzində olan Vuhanlı uroloq Hu Weifeng dünyasını dəyişib.

Ağciyərinin zədələnməsi ilə əlaqədar olaraq dərisi qaralan çinli həkim uzun müddətlik müalicədən sonra vəfat edib.

O, Vuhan mərkəzi xəstəxanasında koronavirus səbəbindən dünyasını dəyişən 6-cı işçi kimi qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ilk dəfə noyabr ayında Çində aşkarlanan Covid 19 virusu səbəbi ilə 378 min insan vəfat edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3046   Tarix: 02 iyun 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş