Vahid Əhmədovun Zakir Həsənovla bağlı fikirlərinə etirazlar davam edir
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə Nazirliyinin rəhbərliyi barədə səsləndirdiyi əsassız fikirlərə etirazını bildirib.
A.Mollazadə Editor.az-a açıqlamasında deyib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun peşə fəaliyyətini yüksək qiymətləndirir.
"Deputatların fikirlərini şərh etmək fikrim yoxdur. Ancaq Zakir Həsənovun fəaliyyətinə qiymət verə bilərəm. Onu deyə bilərəm ki, onun iş fəaliyyətini yüksək qiymətləndirirəm. Zakir Həsənov Azərbaycanın Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində lazımi işlər görüb. Azərbaycan Ordusu günbəgün güclənir, bu, göz qabağındadır. Ordumuz yeni müasir silahlarla təmin edilir".
Qeyd edək ki, deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsassız fikirlər söyləyib. Deputatın həmin fikirləri cəmiyyətdə narazılığa səbəb olub.
Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, sədrin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da parlamentin iclasında V.Əhmədovun fikirlərinə sərt etiraz bildiriblər.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 1285 Tarix: 02 iyun 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşQobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
Qobustan Rayon Mərkəzi Xəstəxanasında qalmaqal yaşanır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəstəxananın işdən çıxarılan bir qrup işçisi məhkəməyə müraciət edib. Onlar rəhbərliyin qərarını qanunsuz hesab edirlər. Məhkəməyə müraciət edənlərin iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. Qobusta
01.05.2024 298 Hizbullah İsrailin sərhəddə yerləşən tankına raketlə hücum edib
Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi tankını idarə olunan raketlə hədəfə aldığını açıqlayıb. xəbər verir ki, Hizbullah tərəfindən verilən açıqlamada Livanın cənubundan İsraillə sərhəddə yerləşən Metula qəsəbəsinə hücumun təşkil edildiyi bildirilib. Açıqlamada İsrailin Metuladakı hərbi tankını
01.05.2024 142 Bu gündən I siniflərə sənəd qəbulu başlayır
Bu gündən 2024-2025-ci tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır. Axşam.az xəbər verir ki, elektron qaydada həyata keçirilən sənəd qəbulu sentyabrın 13-nə qədər davam edəcək. Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi 3 may-13 sentyabr tarixlərində olacaq. Tədris digər dillərdə aparıla
01.05.2024 280 Milli Məclisin deputatı mandatdan məhrum edilir - MSK təcili toplanır
Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək. İclasda Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Ramin Məmmədov 6
01.05.2024 2888 Toyda qonağın bu hərəkəti Şəbnəmi əsəbiləşdirdi - Video
Müğənni Şəbnəm Tovuzlu toy məclislərindən birində xoşagəlməz hadisə ilə rastlaşıb. Axşam.az xəbər verir ki, görüntülər sosial mediada yayılıb. Videoda müğənni mahnı ifa edən zaman qonaqlardan ona pul verərək qolundan tutub rəqsə dəvət etdiyi əks olunub. Şəbnəm pul alıb və əli ilə ondan uzaqlaşmasın
01.05.2024 840 Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Media haqqında" Qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçisi ola biləcək. Qeyd edə
01.05.2024 175 12 min manat aliment borcunu ödəmədi - Həbs edildi
Şəkidə xeyli miqdarda aliment borcunu ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Aşağı Daşağıl kənd sakini 1988-ci il təvəllüdlü Murad Buludov (şərti) barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə
01.05.2024 374 "YouTube" kanalları necə oğurlanır? - AÇIQLAMA
"Azərbaycanda "YouTube" kanallarına qarşı hücum var. Kanallar kibercinayətkarlar tərəfindən ələ keçirilib və saxta canlı yayımlar edilib. Yayımlarda kriptovalyuta ticarəti aparılır. Kanallar daha sonra "Bitcoin" qarşılığında hərracda satışa çıxarılır". Bu barədə BİG.AZ-
01.05.2024 164 Prezident: "İndi biz sülhə doğru gedirik"
Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi
01.05.2024 211