Uşaqlarda koronavirusun yüngül keçməsinin səbəbi nədir? Pediatrdan AÇIQLAMA

Uşaqlarda koronavirusun yüngül keçməsinin səbəbi nədir? Pediatrdan AÇIQLAMAUşaqlar da böyüklər kimi koronavirusa yoluxurlar və onlarda da Covid-19-un simptomları özünü göstərir. Çinin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin apardığı tədqiqatların nəticələrinə görə, Çində 19 yaşından aşağı olan uşaqlarda koronavirus xəstəliyi Covid-19-a yoluxan 72 314 nəfərdən 2% təşkil edir. ABŞ tədqiqatçılarının gəldiyi nəticəyə görə, ABŞ-da koronavirusa yoluxanlar arasında uşaqlar 1% təşkil edib və 508 xəstə uşaq arasında heç bir ölüm hadisəsi olmayıb.

BiG.AZ e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr, Mərkəzi Gömrük Hospitalının həkimi Nigar Mirzəyeva bildirib. Pediatr qeyd edib ki, dünya statistikasında uşaqlar arasında koronavirusla bağlı xəstəxanalarda yatış və ölüm sayı çox azdır. Bütün yaş qruplarından olan uşaqlarda xəstəliyin ağır keçirmə göstəricisi böyük yaş qrupunda olan insanlara nisbətən 1% təşkil edir.

Onun sözlərinə görə, koronavirus uşaqlarda əsasən simptomsuz keçir, simptomlu xəstələrdə isə əlamətlər əsasən yüngül qızdırma, burun axıntısı və öskürək şəklində özünü göstərir. Böyüklərdə olduğu kimi, uşaqlar da bu virusdan sağaldıqdan sonra bu, onların gələcək həyatlarında özünü göstərmir: ""Journal of the American Medical Association" tibb jurnalında dərc edilmiş araşdırmalarda virusun əsasən 50-60 yaşlı insanları yoluxdurduğu bildirilir və ən sıx görülən fəsadı - kəskin ağciyər sıxılma sindromudur. Bu zaman virusa qarşı orqanizmin immun sistemi daha güclü müqavimət göstərir. Ağciyərlərdə maye və immunitet hüceyrələrinin toplanması - "sitokin partlaması" baş verir və oksigen diffuziyasını blokada edir. Aparılan bəzi araşdırmalar göstərir ki, uşaqlarda koronavirusun yüngül keçməsinin səbəbi immun sisteminin hələ inkişafda olması ilə bağlıdır".

Pediatr bildirib ki, koronavirusa yoluxma baxımından risk qrupuna əsasən südəmər uşaqlar (1 yaşa qədər), anadangəlmə ürək qüsuru olan uşaqlar, xroniki böyrək problemi olanlar, onkoloji xəstəlik nəticəsində kimya terapiyası alan uşaqlar və orqan transplantasiyası əməliyyatı keçirən uşaqlar aiddir.

Mütəxəssis COVİD-19 xəstəsi olan hamilə qadından körpəyə virusun keçib-keçməməsi barədə danışaraq deyib ki, Çinin Uhan şəhərində, həmçinin Northüestern Universtetində koronavirusa yoluxmuş hamilə qadınlar üzərində aparılan tədqiqatların nəticələri koronavirusin hamilə qadından körpəyə keçmədiyini göstərir: "Həmçinin, dünyanın nüfuzlu həftəlik "The Lancet" tibb jurnalında yayımlanan çalışmalarda da koronavirusun ana bətnindən cift yolu ilə körpəyə keçmədiyi müəyyən olunub".

Pediatr vurğulayıb ki, uşaqları koronavirusdan qorumaq üçün öncə valideynlər özləri gigiyenik qaydalara əməl etməlidirlər. Dırnaq, əl gigiyenasına diqqət etməli, evə gələrkən mütləq geyimlərini dəyişməli və digər lazımi tədbirləri görməlidirlər. Uşaqlar da tez-tez əllərini yumalıdır. Həmçinin, uşaqlara sosial məsafələrin saxlanması qaydaları, öskürək və ya asqırma zamanı dirsək ilə ağızın bağlanması lazımdır: "1 yaşına qədər olan uşaqlar hər bir şeyi ağızlarına apardıqlarına görə oyuncaqların, paltarların gigeniyasına diqqət edilməlidir, uşaq paltarları 60-90 dərəcədə yuyulmalıdır. Burada bir vacib məsələni də qeyd etmək istərdim ki, bu dönəmdə rutin peyvəndlərin vaxtında vurulmasının çox böyük əhəmiyyəti var. Bütün bunlara əməl edən valideynlər öz uşaqlarını Covid-19-dan qoruya bilərlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1062   Tarix: 31 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443