Uçmaq üzrə olan bir əsrlik bina: Sakinlər təhlükədə - VİDEO

Uçmaq üzrə olan bir əsrlik bina: Sakinlər təhlükədə - VİDEODivarları uçub, taxtaları çürüyüb, bina qəzalı vəziyyətdədir. Bəli, paytaxtda bu cür istismara yararsız binalar hələ də var. Biz hazırda o binalardan birindəyik. Paytaxtın Nərimanov rayonu, Mirzəbala Məmmədzadə 10 ünvanındakı 4 mərtəbəli tikili. Burada sakinlər üçün yaşamaq çox çətindir, hətta təhlükəlidir".

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Sakin: "Bura hər an uça bilər. Yavaş-yavaş uçmağa başlayır bəzi yerləri. Yaxşı ki, adam çox olmur deyə xəsarət alan olmur".

Sakin: "Kifayət qədər köhnə binadır. Burda yaşamaq mümkün deyil, qalmışıq burda çıxılmaz vəziyətdə".

Binanın üzərində 1929-cu ildə tikildiyinə dair yazı var. Amma sakinlər binanın ondan da əvvəl tikildiyini iddia edir. Bəli binanın azı 1 əsrə qədər yaşı var. Bina o qədər köhnədir ki, daşı daş üstə qalmır. Əlini hara vurursan, uçur-dağılır.

Sakin: "Burda yaşamaq çox çətindir. O qədər köhnəlib ki, hətta yuxarı mərtəbədə gəzəndə sirkələnmə hiss edirsən. Yəni 2-3 bal gücündə zəlzələ olsa, bu binalar uçacaq".

Sakinlər deyir ki, qəzalı binaların söküntüsünə rəy verilərkən, düzgün seçim edilmir. Yəni daha çox qəzalı vəziyətdə olan bina qalır, ondan uzun illər sonra tikilən və yaşayış üçün yararlı olan binalar sökülür.

Ekspertlər deyir ki, paytaxtda istismar müddəti bitən binalar nazirlər kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə sökülür. Bu zaman köhnə binanı sökən və təzə binanı da tikən özəl tikinti şirkəti olduğu üçün seçimi də o edir.

Elnur Fərzəliyev – Ekspert: "Tikinti şirkətləri daha çox həcmi kiçik ərazisi böyük olan binalara üstünlük verirlər. Həmin binanı sökərək yerində daha geniş bina tikərək daha çox gəlir əldə edirlər. Amma bir-birinə yaxın olan köhnə yaşayış binaları var ki, onu bugünki normativlərə uygun söküb yerində yeni bina tikmək özəl tikinti şirkətləri üçün səmərəli deyil. Hətta ordan zərərlə də çıxa bilərlər"

Ölkədə bayram tətili ilə əlaqədar qeyri-iş günləri olduğundan, mövzu ilə bağlı aiddiyəti qurumların mövqeyini öyrənə bilmədik.

Qeyd edək ki, bu günlərdə paytaxtın Nərimanov rayonunda yaşayış üçün yararsız vəziyyətdə olan 8 binanın sökülməsinə qərar verilib. Həmin köhnə tikililərin yerində yeni yaşayış binalarının inşası nəzərdə tutulub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1045   Tarix: 30 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672