Nəyə görə bir qrup insanda allergiya olur, digərlərində yox? - Alimlər açıqladı

Nəyə görə bir qrup insanda allergiya olur, digərlərində yox? - Alimlər açıqladıAllergiyası olanlar həmişə allergiyası olmayanlara həsədlə baxır. Çünki allergiya tam müalicəsi olmayan, ömür boyu insana yoldaşlıq edən, gah kəskinləşən, gah azalan bir xəstəlikdir.

Nəyə görə bəzi insanlarda heç allergiya yoxdur, bəziləri isə elə doğulandan az qala hər şeyə allergiya keçirir?

BiG.AZ medicina.az-a istinadən bildirir ki, hər şey qanda dövr edəb antitellərin xüsusiyyətindən asılı imiş. Harvard Universitetinin İmmunologiya mərkəzinin elmi qrupu yeni elmi tədqiqatlarını bu mövzuya həsr ediblər. Bədəndə allergik reaksiyanın baş vermə mexanizmi əslində tibdə çox yaxşı öyrənilib. Hamı bilir ki, məsələn, araxis yedikdə qanda ona qarşı zülal molekulları - İgE hasil olmağa başlayır.

Bu antitellər dərhal immun hüceyrələrlə birləşərək qanda dövr edir. Təkrar olaraq insan həmin allergeni qəbul etdikdə və ya üz-üzə gəldikdə immun hüceyrələr İgE ilə daha çox və aktiv birləşərək, qanda çoxalır və allergiya simptomları: şişmə, qaşınma, səpki, öskürək və s. verir. Ən ekstremal hallarda isə anafilaktik şok verib xəstəni öldürə də bilər. Amma elə insanlar var ki, onların İgE antitelləri allergenə qarşı hasil olur, qana sıçrayır, amma onlarda heç bir allergiya reaksiyası baş vermir.
Alimlər bu vaxta kimi bunun mexanizmini izah edə bilmirdilər. Məsələn, minlərlə insan var ki, bədənində araxisə allergen var, amma allergiyadan əziyyət çəkmirlər. Eləcə də uşaqlar körpə ikən bir sıra allergenlərdən əziyyət çəkir, amma böyüdükcə simptomlar itir, halbuki qan analizi həmin allergenə qarşı antitel, yəni reaksiya olduğunu göstərib.

Bu sirli tapmacanı açmaq üçün məhz bu elmi işin aparıcıları hər iki qrup insanın qanında İgE zülal molekullarını təhlil ediblər. Məlum olub ki, bunlar hamısı İgE olsalar da, əslində çox fərqlənirlər. Allergiyası olan insanlarda molekulaya sial turşusu (selikli qişada, toxuma və mayelərdə olur) birləşib. Heyvanlar üzərində aparılan eksperiment də sübut etdi ki, sial turşusu ilə birləşən İgE alletgik reaksiyanı kəskinləşdirir. Əksinə sual turşusunun allergendən ayrılıb kənarlaşdırılması isə allergik reaksiyanı söndürür, anafilaktik şokun qarşısını alır.

"Bizim əldə etdiyimiz nəticələr göstərdi ki, İgE molekulunda sial turşusunun miqdarını təyin etmək, allergik reaksiya və xəstəlikləri daha dəqiq diaqnoz etməyə imkan verər. Bu sanki biomarker rolunda oynayacaq. Allergik xəstələrdə İgE molekulundan bu turşunu neytrallaşdırıb çıxarmaq isə onların tam müalicəsi və bir daha allergik reaksiya keçirməməsinə nail olacaq." - deyə elmi işin rəhbəri Robert Entoni bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1770   Tarix: 28 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998