Xalq artisti: "Toy müğənnisi ilə fərqim olmalıdır"

Xalq artisti: "Toy müğənnisi ilə fərqim olmalıdır""Bəzi insanlar elə düşünürlər ki, məqsədim fəxri ad almaqdır. Amma bu, əsla belə deyil".

Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Planet Parni iz Baku" komandasının tanınmış üzvü olan Tahir İmanovun "Instagram"da açdığı canlı yayımda qonaq olarkən deyib.

Qazandığı uğurlar barədə ağızdolusu danışan sənətçi həmkarlarından fərqli olaraq ulduz xəstəliyinə tutulmadığını bildirib:

"Prezidentin "Xalq artisti" fəxri adı ilə bizi təltif etməsi stimul, motivasiya və vicdanlı insan üçün böyük məsuliyyətdir. Heç zaman uğurlarımdan başım gicəllənməyib və ulduz xəstəliyinə tutulmamışam. Hər zaman söyləmişəm ki, əgər yazdığım mahnıların bu cəmiyyətə töhfəsi varsa, deməli daha çox çalışmalıyam. Çünki valideynlərim və müəllimlərim məni belə yetişdiriblər. Bütün bunlar isə insanın mənəvi tərbiyəsinə dayanır.

Hər zaman əziyyət çəkirəm. Niyə bizim sayılıb-seçilən incəsənət nümayəndələrimiz bir araya gələ bilmirlər? Niyə daha çox davadan danışırıq? Müğənnilər bir-biri ilə düşmənçilik edirlər".

Söhbət zamanı T.Ağayeva fəxri ad ala bilməyən toy ifaçılarının şikayətini doğru addım saymayaraq, onların bu mövzuda gileyinə sərt reaksiya verib:

"Bəzi sənətçilər deyirlər ki, ömür boyu toylarda oxudum, amma mənə heç bir fəxri ad verilmədi. Toy biznesini sən özün seçmisən. Bəlkə də toydakı çıxışınla bir neçə ailəni dolandırmısan. Bu gözəl işdir. Amma sən bu hərəkətinlə ictimai əhəmiyyət daşımırsan. İctimai əhəmiyyət daşıyan, o məsuliyyəti üzərinə götürən, hər bir efirini fikirləşən, üzərində çalışan, "tamaşaçılara nə kimi fayda verə bilərəm?" sualı ətrafında yuxusunda belə düşünən insanlar fəxri ada layiqdirlər. Toy müğənnisi ilə aramda fərq olmalıdır. Tamaşaçı bizi eyni rəngə boyamamalıdır.

Mənim də toyda oxuyan müğənnilər kimi başqa bazarım (biznesim - red.) yoxdur. Biz hamımız eyni bazarın içərisindəyik. Amma toyda iştirak edən cəmiyyət Tünzalə səhnəyə çıxdıqda, ondan yüksək keyfiyyət gözləyir. Tünzalə gözəl şeyləri təbliğ edir".

Qeyd edək ki, müğənni Tünzalə Ağayeva 2006-cı ildə "Əməkdar artist", 2019-cu ildə isə "Xalq artisti" adına layiq görülüb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1777   Tarix: 28 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Britni Spirs atomobilinin şüşəsini sındırdı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məhkəmənin qərarına əsəbiləşərək atomobilinin şüşəsini sındırıb. Axşam.az xəbər verir ki, məhkəmə ifaçının atası Ceymi Spirsin 2 milyon dollarlıq borclarını ödəməsi barədə hökm çıxarıb. Qərara əsəbiləşən Britni dabanı ilə maşının ön şüşəsini sındırı

28.04.2024 401
.

Kıvanç Tatlıtuğun oğlu ilə yeni fotoları

Aktyor Kıvanç Tatlıtuğun oğlu Kurt Efe ilə şəkilləri yayılıb. xəbər verir ki, aktyor şəkilləri sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyünün oğlu 2 yaşındadır

29.04.2024 822
.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 1227
.

Mələkxanım Eyubovanın yeni DƏBDƏBƏLİ VİLLASI - VİDEO

Xalq artisti Mələkxanım Eyubova dəbdəbəli villasını efirdə nümayiş etdirib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçinin Şağanda yerləşən yeni evində "Evdəkilərə salam" proqramı çəkiliş edib. Həmin görüntüləri təqdim edirik:

28.04.2024 1248
.

Əsəbiləşib izləyicinin telefonunu əlindən aldı

İki həftə əvvəl Qriqori Lepsin konsertində xoşagəlməz hadisə baş verib. Axşam.az xəbər verir ki, tamaşaçılardan biri səhnəyə yaxınlaşaraq sənətçini telefonu ilə yaxından lentə almağa başlayıb. Leps əsəbiləşib, qəfildən telefonu qızın əlindən alıb. Daha sonra müğənni davranışını izah edərək, bir neç

28.04.2024 551
.

Aygün Kazımovanın qızının YENİ GÖRÜNTÜLƏRİ YAYILDI

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımovadan xəbər var. xəbər verir ki, müğənni sosial mediada yeni görüntülərini yayımlayıb. Fotolarda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Sözügedən fotoları təqdim edirik:

28.04.2024 4309
.

"Xəzər"in aparıcısı ərə getdi

"Xəzər" TV-nin aparıcısı Səhər Əkbər ailə qurub. OLAY yazır ki, onun toyu ötən gün paytaxt restoranlarının birində baş tutub. Aparıcının xoş günündə kanalın "Ənənə boğçası" verilişi çəkiliş edib

30.04.2024 1442
.

"Zeynəb Xanlarovanın mahnılarını oxumayın, hamısı mənimdir"

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovanın "Mələyimsən" mahnısını ifa edib. Axşam.az xəbər verir ki, o, ifasının sosial media hesabında paylaşaraq bu sözləri qeyd edib:. "Bu mahnı üçün ölürəm. Elə mahnı da mənim üçün ölür. Mən Zeynəb xanımdan və mahnılarından doymuram. Doymaram

01.05.2024 916
.

Xoşqədəm Hidayətqızı danışdı: "Zaur mənə dedi ki..."

"Mən İnstaqramda tənqidi şərhləri oxumuram. Keçən il avqustunda səhhətimdə problem yarandı. Bu, stressdən əmələ gəlmişdi". BİG.AZ -a istinadən bildirir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişində deyib:. "O zaman həkim mənə dedi ki, neçə uşağını

28.04.2024 2146