İşəgötürənlərə xəbərdarlıq: İşçini işdən çıxaranlar cəzalandırılacaq - VİDEO

İşəgötürənlərə xəbərdarlıq: İşçini işdən çıxaranlar cəzalandırılacaq - VİDEOKoronavirusa görə əməkdaşlarını işdən çıxaran işəgötürənlər cəzalandırılacaq. Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə "Əmək müqaviləsi bildirişi" altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Mehman Abdullayev – Əmək Müfəttişliyinin əməkdaşı: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar olaraq elan olunmuş karantin dövründə əmək müqaviləsi bildirişləri alt sistemini mütəmadi nəzarətdə saxlayır. Məqsəd qanunsuz olaraq işçilərin əmək müqaviləsinə xitam verilməsinin qanunsuz ixtisarların aparılmasının qarşısının alınmasıdır".

Bununla bağlı Xidmət altsistem vasitəsilə dəfələrlə işəgötürənlərə izahat, məlumat, xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar, bildirişlər göndərsə də, hələ də işəgötürənlər tərəfindən müəyyən qanun pozuntuları müşahidə edilir. Ekspertlər bildirir ki, ixtisar aparmaq üçün mütləq əvvəlcədən işəgötürənin əsaslandırılmış əmri olmalı, əmək məcəlləsinin 77-ci maddəsinə əsasən əvvəlcədən işçiyə xəbərdarlıq edilməlidir. Və ancaq bundan sonra lazımi təminatlara əməl etməklə ixtisarlar aparıla bilər.

Mais Əliyev – Sosial Hüquqların Araşdırılması Birliyinin sədri: "Çox təəssüflər olsun ki, bizə edilmiş müraciətlərdə sadəcə olaraq adi bir xəbərdarlıq məktubu göndərilir. Məktubda qeyd edilir ki, ayın neçəsindən sizin ştatınız ixtisar oluanacq, lakin hansı səbəbdən, hansı obyeltiv əsaslardan olduğu məlum deyil".

Bununla yanaşı toplanmış materiallar göstərir ki, bu günlərdə bir neçə işəgötürənlər tərəfindən yeni əmək müqaviləsi açılıb və bir neçə gün sonra həmin müqaviləyə xitam verilib.

Həsənova İlhamə - Hüquqşünas: "O tipli əmək müqavilələrinin bağlanmasının məqsədi yalnız ondan ibarət olub ki, həmin şəxslərin ölkə ərazisində hərəkət sərbəstliyi təmin olunsun".

Bununla yanaşı müşahidələr onu göstərir ki, işəgötürənlər pandemiya şəraitində məcburi məzuniyyətdə olan işçilərə yenidən məzuniyyət vermək istəmir.

Mais Əliyev – Sosial Hüquqların Araşdırılması Birliyinin sədri: "Və məndə olan məlumata görə artıq işə götürənlər həmin işçilərin ərizələrini dəyişdirib sanki onların növbəti məzuniyyəti kimi karantin dövründə verdikləri məzuniyyəti növbəti məzuniyyət kimi rəsmiləşdirməyə başlayıblar. Təbii ki, buda düzgün deyil".

Həsənova İlhamə - Hüquqşünas: "Məsələn, əgər bir işçi müəyyən bir məzuniyyətə gedirsə və yaxud xəstəliklə bağlı işə çıxa bilmirsə lakin onu hansısa bir işçi əvəz etməlidirsə bu halda əgər həmin hallar mövcud olmadan bir əmək müqaviləsi bağlanırsa bir həfətlik, yaxud 10 günlük artıq bu özü də kütləvi hal alırsa təbiiki, bu əmək qanunvericiliyinin müddəalarının pozulması kimi qiymətləndirilməlidir".

Mehman Abdullayev – Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı: "Həmin işəgötürənlərə məktublar ünvanlanmışdır aidiyyətı üzrə həmin xitamın əsaslandırılması üzrə bu cür hallardan sui istifadə edən işəgötürənlər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilir".

Dövlət Əmək Müfəttişliyi Xidməti bir daha bütün işəgötürənlərə xəbərdarlıq edir ki, mövcud şəraitdən sui-istifadə edərək qanun pozuntusuna yol verən, "Əmək müqaviləsi bildirişi" altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1045   Tarix: 27 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Antalyada avtomobillərin toqquşması nəticəsində 16 nəfər yaralanıb

Türkiyədə Antalyanın Manavqat rayonunda eyni şirkətə məxsus iki safari maşınının toqquşması nəticəsində 13-ü turist olmaqla 16 nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Maşınlardan biri yolun sağ tərəfindəki beton dirəyə çırpılaraq yan üstə düşüb. Qəzadan sonra bölgəyə ço

02.05.2024 236
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

10:50 533
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

15:11 46
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 450
.

Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim

Tamstore Marketlər Şəbəkəsi bu dəfə Ağdaş sakinlərinə tam xidmət, tam keyfiyyət, tam təzə və tam qiymət konsepsiyası ilə xidmət göstərmək üçün 3 may 2024-cü il tarixindən fəaliyyətə başlayacaq. Rəsmi açılış mərasiminə özəl üç gün ərzində 100 məhsulda tam 50% endirim kampaniyası və eyni zamanda 500 məhsuld

02.05.2024 280
.

"Həyatımda heç kim yoxdur" - Hadise

"Həyatımda heç kim yoxdur". xəbər verir ki, bu sözləri türkiyəli müğənni Hadise deyib. "Yenə deyirəm, həyatımda eşq yoxdur. Özümlə çox xoşbəxt olduğum dönəmdəyəm" ,- deyə o bildirib

02.05.2024 352
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 263
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 246
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

12:05 297