Sosial obyektlərin alternativ enerji ilə təchizatı qənaətbəxşdirmi?

Sosial obyektlərin alternativ enerji ilə təchizatı qənaətbəxşdirmi?Hazırda dünya ölkələrində alternativ enerji mənbələrindən istifadə sürətlə artmaqdadır. Beynəlxalq mütəxəssislər ekoloji çirklənmənin qarşısının alınması və qiymətli yanacağa qənaət edilməsi məqsədilə alternativ enerjidən istifadənin önəmli olduğunu vurğulayırlar. Danimarka, Almaniya, Latviya, İspaniya və başqa ölkələrdə əhali ev təsərrüfatlarında, bağlarda, kənd yerlərində və digər məkanlarda alternativ enerji növlərindən istifadə edir. Alternativ enerjinin geniş tətbiq edildiyi yerlər sırasında müxtəlif sosial obyektlərin, məktəblərin, klinikaların da sayı kifayət qədərdir.

Görəsən, Azərbaycanda bu cür sosial əhəmiyyətli məkanlarda alternativ enerji mənbələrindən istifadə hansı səviyyədədir?

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov "Report"a verdiyi açıqlamada bildirib ki, ölkədə 23-ə qədər belə sosial obyektdə alternativ enerji panellərinin quraşdırılması müsbət nəticələr verib:

"Bu gün bütün dünyada sosial obyektlərdə alternativ enerji mənbələrindən istifadənin stimullaşdırılması tətbiq edilir, dövlət tərəfindən maliyyələşən binaların və sosial obyektlərin enerji təchizatında bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı layihələr həyata keçirilir.

Azərbaycanda da hələ 2011-ci ildə Bakı şəhəri və ətraf yaşayış məntəqələrinin inkişaf proqramı var idi. Bu proqram üzrə Bakının bir neçə məktəblərində və iki klinikada bərpa olunan enerji mənbələrinin istifadəsi ilə bağlı layihələr həyata keçirmişdik. Həmin klinikaların damının üzərində günəş panelləri quraşdırılırdı.

Sosial obyektlərin alternativ enerji ilə təchizatı qənaətbəxşdirmi?Binaların su təminatı üçün günəş panellərindən əldə olunan enerji vasitəsilə istilik nasosları da fəaliyyət göstərirdi. Məktəblərdəki mövcud istixana sistemi bütün binanın istilik təchizatını tam təmin edə bilmirdi. Ona görə də həmin məktəblərin isidilməsi üçün istilik nasosları texnlogiyasını tətbiq etmişdik. Bundan əlavə, regionların inkişaf proqramı çərçivəsində Cəbrayıl köçkünləri üçün yaradılmış qəsəbələrdə altı baxça və altı məktəbin istilik təchizatının təmin edilməsi və binaların enerji effektivliyini artırmaq üçün kifayət qədər işlər apardıq. Artıq yeddi ildir ki, həmin məktəblərin istilik təchizatı günəş panelləri hesabına təmin edilir. Ümumilikdə təqribən 23 məktəb, kimsəsiz uşaqlar mərkəzi və digər sosial obyektlərdə alternativ enerjidən istifadənin tətbiqini həyata keçirmişik. Bu sıralamaya Beyləqan və Masallı rayonlarında yaradılan idman komplekslərini də əlavə edə bilərik. Bu illər ərzində qeyd edilən istiqamətlərdə gözəl nəticələr əldə edilib".

C.Məlikov əlavə edib ki, hazırda 265 kəndin alternativ enerji ilə təmin edilməsi istiqamətində tədbirlər hazırlanır:

Sosial obyektlərin alternativ enerji ilə təchizatı qənaətbəxşdirmi?"Hazırda Energetika Nazirliyinin sifarişi əsasında, texniki baxımdan qazlaşdırmanın səmərəsiz hesab olunduğu ucqar kənd və yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təchizatı məsələsi gündəmdədir. Kommunikasiyadan uzaq olan bu kəndlərdə alternativ enerji təcrübəsinin istifadə olunması üçün plan hazırlayırıq. Siyahıda 265 kəndin alternativ enerji ilə təmin edilməsi nəzərdə tutulub. Bunlar Astara, Lerik, Quba, Qusar, Samux, Şəki, Zaqatala istiqamətlərində olan kəndlərdir. Pandemiya ilə əlaqədar bu məsələnin həlli bir qədər uzandı. Ümid edirəm ki, yaxın müddətdə layihə və təkliflər tam formalaşdırılacaq. Hələ ki, texniki və iqtisadi əsaslandırma hazırlanmalıdır. Qazlaşdırma həddən artıq baha başa gəldiyinə görə alternativ yolların təhlilinə başlayırıq".

Sədr müavini bu sahədə ölkəmizdə olan çatışmazlıqları da dilə gətirib:

"Bu gün alternativ enerji mənbələrinin inkişafı üçün xüsusi qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var. Buna baxmayaraq, artıq beynəlxalq investorlar Azərbaycanda külli miqdarda investisiyanın cəlb olunmasına öz imzalarını atıblar. Hələ yanvarın 7-də günəş enerjisi ilə bağlı iki investisiya layihəsi imzalanıb. Belə gücə malik olan stansiyalar böyük investisiyalar tələb edir. Bu investisiyaların olması üçün həmin investorlara xüsusi şərait yaradılmalıdır ki, onlar investisiyalarını bura qoyandan sonra hansısa müddət ərzində geri qaytara bilsinlər".

Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev isə qeyd edib ki, hazırkı dövrdə insanların alternativ enerji panellərinin keyfiyyətinə etibarı azalıb:

"Alternativ enerji sahəsi üzrə bizdə tarixən böyük inkişaf olub. Hətta SSRİ dövründə ilk olaraq günəş kollektoru zavodu yaratmaq üçün bizə icazə verildi. Sonralar isə Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradıldı. İlk gündən Agentlikdə səhvliklər getdi. Çünki Agentliyə sahə üzrə mütəxəssis olmayan adamlar yığıldı. Təəssüf ki, biz bu illər ərzində zaman və maliyyə vəsaiti itirdik. Quraşdırılan panellər ikinci əl və keyfiyyətsiz oldu. Bu da insanların alternativ enerji panellərinə etibarını azaltdı. Həmin panellər ikinci əldir, qiymətləri bahadır, faydalılıq əmsalları da azdır. İlk dövrlərdə bizdə insanlar alternativ enerjidən istifadəyə xeyli maraq göstərirdilər. İndi isə insanların etibarı qırıldığına görə bu panelləri almırlar".
Sosial obyektlərin alternativ enerji ilə təchizatı qənaətbəxşdirmi?F.Əliyevin sözlərinə görə, Azərbaycandan günəş enerjisindən istifadə üçün geniş potensial var:

"Abşeron rayonunda əhalinin külək enerjisindən istifadə etməsi mümkün deyil. Çünki Abşeronda əhali sıx yerləşib. Lakin binaların damlarında günəş fotoelementlərini quraşdırmaq olar. Buna baxmayaraq, biz damlarda bu panellərə rast gəlmirik. Digər ölkələrdə isə binaların damında günəş panelləri quraşdırılır. Bununla bağlı bizdə də çox yaxşı imkanlar var idi. Azərbaycanın günəşliliyi ekvatora yaxın ölkələr qədər intensivdir".

Həmsöhbətimiz alternativ enerji mənbələri üzrə qanunvericilik problemini də ön plana çəkib:

"Digər bir problem odur ki, bizdə bu sahədə qanunvericilik yoxdur. Azərbaycanda bu sahə investisiya yatırmaq baxımından da gəlirli ola bilər. Amma gərək bu istiqamətdə qanunvericilik bazası yaradasan və investorların istədiyi şəraiti qurasan. Alternativ enerji panellərindən sosial əhəmiyyətli binalarda da istifadə etmək olar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 574   Tarix: 27 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qurban olsunlar adıma" – VİDEO

"Verilişlərdə məni müzakirə edəndə gülürəm. Bəzi aparıcılar var ki, kimə kim haqqında sual verəcəyini bilmir. Dünənin uşağı, sənətdə heç bir söz deməmiş, sənətə sadəcə maddiyyat gözündə baxan və başqa-başqa işlər üçün bu sənətə gələnlərə sənətkar haqqında sual vermək heç bir aparıcının həddi deyil

02.05.2024 807
.

İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb

02.05.2024 367
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 715
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

11:03 733
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

02.05.2024 491
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 505
.

İsveç polisi Quranın yandırılmasına icazə verdi

"Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində İsveç polisi Quranın yandırılması da daxil olmaqla aksiya keçirməyə icazə verib. Onun mayın 3-də, Malmö şəhərinin mərkəzində yarışların başlamasına bir gün qalmış baş tutması planlaşdırılır. Növbəti iki gündə - şənbə və bazar günlərində etiraz aksiyalar

02.05.2024 378
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 410
.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

11:45 359