Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMA

Bakı metrosunda karantin qaydaları niyə pozulur? - RƏSMİ AÇIQLAMABakı sakinləri metro stansiyalarının girişlərində sərnişinlərin hərarətlərinin ölçülməməsindən narazılıq edirlər.

BiG.AZ xəbər verir ki, bu barədə "oxu.az"a ünvanlanan şikayətdə qeyd olunub.

Vətəndaşlar iddia edirlər ki, metronun bəzi stansiyalarında yoxlamalara laqeyd yanaşılır:

"Metronun "Memar Əcəmi" , "Nəriman Nərimanov", "Elmlər Akademiyası", eləcə də "Şah İsmayıl Xətai" stansiyalarına daxil olarkən sərnişinlərin hərarəti ölçülmür.

Digər stansiyalarda isə hərarətin hansı meyarlar əsasında ölçüldüyünü başa düşmək olmur. Stansiyalara vətəndaşlar tibbi maska ilə daxil olurlar.

Metropoliten əməkdaşları niyə sərnişinlərin bəzilərinin hərarətini ölçür, bəzilərinin isə yox?

Sərnişinlər metropolitenə daxil olduqdan sonra maskaları çıxarırlar. Platformalarda karantin qaydalarına riayət edən sərnişinlərin sayı azdır.

Metropoliten işçiləri tərtib edilən qaydaların riayət olunmasına ciddi nəzarət etmirlər. Sərnişinlər qatarlarda ara məsafəsini gözləmir və üzərinə işarə qoyulan oturacaqlarda əyləşirlər. Belə olan halda koronavirusa yoluxmaların sayı əlbəttə ki, artacaq".

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında sərnişinlərin iradlarını belə cavablandırıb.

O bildirib ki, sərnişinlərin hər birinin qaydalara ciddi nəzarət etməsinə fiziki olaraq nəzarət etmək mümkün deyil:

"Sərnişinlərin metroya daxil olan zaman hərarətinin ölçülməsi selektiv qaydada aparılır. Bütün stansiyalarda hərarətin ölçülməsi həyata keçirilir.

Ola bilər ki, gün ərzində cihazın elektrik yükləyicisi bitir. Bu zaman bir müddət cihazın özünü bərpa etməsi üçün fasilə verilə bilər.

Biz əvvəlcə də məlumat vermişdik ki, yoxlamalar əlavə ehtiyat tədbiri kimi aparılır. Bütün sərnişinlərin birmənalı şəkildə yoxlanılacağı deyilməyib.

Metropolitenin girişində laboratoriya şəraiti yoxdur ki, bütün sərnişinlərin hansı xəstəlik daşıyıcıları olduğunu müəyyən edə bilək.

Ümumiyyətlə, "Bakı Metropoliteni"ndən istifadə qaydalarının beşinci bəndində qeyd olunub ki, əgər insan hər hansı xəstəliyə yoluxubsa, o, metropolitenə daxil olmamalıdır. Bu, dünya praktikasında da belədir".

B.Məmmədov onu da əlavə edib ki, metropoliten əməkdaşları bu istiqamətdə xüsusi təlim keçiblər:

"Vətəndaşlar bunu ayrı-seçkilik kimi dəyərləndirməməlidir. Metro stansiyalarının girişlərində xidmət aparan əməkdaşlarımıza cihazın istifadəsi, eləcə də karantin rejimi qaydalarının tətbiqi istiqamətində təlimlər keçirilib.

Onlar metropolitenə daxil olan zaman özünü şübhəli aparan, halsız olan sərnişinlərin hərarətini yoxlayırlar. Tibbi maskaların istifadəsinə də metroda ciddi şəkildə nəzarət olunur.

Müntəzəm dezinfeksiya tədbirləri həyata keçirilir. Sərnişinlərimizin əksəriyyəti qaydalara özləri nəzarət edirlər.

Bir qrup sərnişin olur ki, tibbi maskalarını çıxarır, onlarla da əməkdaşlarımız profilaktik söhbətlər aparmaqla, vəziyyətin ciddiliyini izah edirlər. Hələ ki, heç bir ciddi hadisə ilə qarşılaşmamışıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 918   Tarix: 27 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245