Zibil qutusundan bir milyon tapan ailə ondan imtina etdi

Zibil qutusundan bir milyon tapan ailə ondan imtina etdiABŞ-da avtomobildə yolla gedən ailə bir milyon dollar nəğd pul tapıblar.

''Ölkə.Az'' xəbər verir ki, ABŞ-ın Vircinia əyalətində avtomobildə olan ailə yolun ortasında zibil torbasının içindən bir milyon dollar tapıblar. Onlar torbanın içərisindəkilərin zibil olduğunu zənn edərək yoldan götürərək daha sonra atmaq üçün maşına yerləşdiriblər. Axşam evə gələn ailə torbanın içərisində 1 milyon nəğd pul olduğunu görüblər. Emili Schantz adlı qadın polisə xəbər verərək onlara aid olmayan pulu istəmədiklərini deyib. Polis həmin pulların hansısa bankın poçt xidmətinə aid olduğunu ehtimal edərək araşdırma aparır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3088   Tarix: 22 may 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş