Pandemiyaya görə buraxılış imtahanlarına salınmayacaq mövzular açıqlandı

Pandemiyaya görə buraxılış imtahanlarına salınmayacaq mövzular açıqlandıDövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanı proqramlarının qısaldılmış forması və koronavirus pandemiyası ilə əlaqədar buraxılış imtahanı proqramlarından çıxarılan mövzular barədə məlumat yayıb.

BiG.AZ xəbər verir ki, məlumatda deyilir:

"Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub. Bu səbəbdən 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisə­lərində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün buraxılış imtahanı proqramlarından çıxarılıb.

Aşağıdakı keçidlərdə sizə 2020-ci ilin yanvar ayında "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc edilmiş ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları qısaldılmış formada təqdim edirik. Təqdim olunan proqramların qısaldılmış variantında bölmə başlıqları nömrələnmiş və fənn üzrə proqramın sonunda çıxarılan mövzular qeyd olunub.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə:

http://dim.gov.az/…/e2c/e2ce70de6c345ed6caf4c938e06d67fa.pdf

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə:

http://dim.gov.az/…/77e/77ebf02659ada161ac7242de2441a60d.pdf

"Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları"nın tam mətni ilə "Abituriyent" jurnalının xüsusi buraxılışlarında tanış ola bilərsiniz. Jurnalların elektron versiyasını (pdf formatda) "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramlarından çıxarılan mövzular da yaxın günlərdə sayta yerləşdiriləcəkdir".

DİM-dən bildirilib ki, 9-cu sinif ingilis dili, alman dili, fransız dili və ərəb dili fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.

Həmçinin qeyd olunub ki, 11-ci sinif ingilis dili, alman dili, rus dili (xarici dil) və русский язык (tədris dili) fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1050   Tarix: 15 may 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu il cütlüklər ən çox niyə mübahisə edib? - 5 əsas səbəb

Amerikalı psixoloq Mark Travers 2025-ci ildə cütlüklərin dəfələrlə yaşadığı beş ən yayğın mübahisəni sadalayıb və onların hər birinin arxasında dayanan gizli emosional mənanı izah edib. Qaynarinfo xəbər verir ki, o, bu barədə "Forbes" üçün yazdığı məqalədə qeyd edib. "2025-ci il cütlüklə

18.12.2025 391
.

Planetin indiyə qədər gördüyü ən mürəkkəb sistem: Çin onu gizlicə qurur

Tibetin sərt qayalıqları arasında, quşun belə uçmadığı, karvanın keçmədiyi bir nöqtədə dünyanın ən iri layihələrindən biri yüksəlir. Çinin böyük gizliliklə həyata keçirdiyi 168 milyard dollarlıq bu addım təkcə bir su bəndi deyil: Asiyanın bütün su balansını vahid mərkəzdən idarə edə biləcək bir güc nümayişidir

18.12.2025 307
.

Mobil operatorların illərdir iflic olan zəng mərkəzləri... Tarıma çəkilən əsəblər, saatlarla xəttdə gözləyən abonentlər

İllərdir mobil operatorların telefon mərkəzlərinə zəng etdikdə abonentlər ən azı 30-40 dəqiqə xəttdə gözləyirlər. Zəng zamanı abunəçilər sözün əsl mənasında operatora bağlanmaq uğrunda mübarizə aparırlar. Mobil rabitə sahəsində qiymətlərin günü-gündən bahalaşdığına baxmayaraq, xidmət səviyyəsi və keyfiyyə

12:09 214
.

Newsweek: "ABŞ Ukraynanı qurban verdi"

Newsweek yazır ki, ABŞ-ın Ukrayna siyasəti Vaşinqtonun qlobal maraqları çərçivəsində formalaşır. BİG.AZ Newsweek-ə istinadən xəbər verir ki, jurnalın analitik materialında bu yanaşmanın Ukraynanın təhlükəsizlik və siyasi maraqlarını arxa plana keçirdiyi, Kiyevin isə böyük güclər arasındakı balansda riskl

17:12 66
.

Özünə Londonda 8 milyon manatlıq villa ALDI

Türkiyəli aktrisa Hande Erçel daşınmaz əmlak investisiyalarını genişləndirməyə davam edir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Londonda yeni mənzil alıb. Bildirilir ki, Erçel bu ev üçün 200 milyon lirə, yəni təxminən 8 milyon manat ödəyib. Xatırladaq ki, Hande Erçel bir müddət əvvə

18.12.2025 448
.

2 yaşlı uşaq kanalizasiya quyusuna düşüb öldü

Beyləqanda azyaşlı bədbəxt hadisənin qurbanı olub. "Qafqazinfo" xəbər verir ki, rayonun Tatalılar kəndində 2 yaşlı Uğur Elmidar oğlu İmanzadə həyətlərində olan kanalizasiya quyusuna düşüb. O, boğularaq ölüb. Faktla bağlı araşdırma başlanıb

14:33 207
.

Elektron siqaretlərlə bağlı qadağalar - Birinci oxunuşdan keçdi

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. BİG.AZ xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsind

13:42 139
.

Alp dağlarında dəhşət: xizəkçi dik yamacdan yıxıldı

Fransa Alp dağlarında bir xizəkçi dik yamacdan yıxılaraq ölüb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə The Sun qəzeti məlumat yayıb. 24 yaşlı britaniyalı xizəkçi tarazlığını itirərək 300 metr hündürlükdən yıxılıb. Hadisə yerində xizəkçi ürək tutması keçirib. Polis və təcili tibbi yardım işçilər

12:17 168
.

Köhnə binalarda yaşayanların nəzərinə: "Ev pulu" artırılır?

Hazırda əmlak bazarında çoxmərtəbəli binaların idarə olunması iki yolla aparılır. Birincisi binanı tikən MTK, ikincisi isə Mənzil İstismar Sahələri tərəfindən. MİS-lər əsasən ötən əsrdə istismara verilmiş binalara xidmət edir. Baxmayaraq ki, Mənzil Məcəlləsində MİS-lərin fəaliyyəti ilə bağlı heç bi

10:16 255
.

TOP MP3