Neft-qaz layihələrində yerli kadrların iştirakı hansı üstünlüklər qazandırır? - Ekspert rəyi

Neft-qaz layihələrində yerli kadrların iştirakı hansı üstünlüklər qazandırır? - Ekspert rəyiAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu həftə Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağında yeni quyunun qazılması işlərinə başlayıb. Şirkətin məlumatına görə, ilk dəfə olaraq burada bütün qazma prosesi "Umid Babek Operation Company" (UBOC) şirkəti tərəfindən idarə ediləcək. Yəni qazma prosesini idarə edəcək bütün heyət yerli kadrlardan ibarətdir.

Bəs böyük layihələrə yerli kadrların cəlb olunması, yerli şirkətlərin xidmətlərindən istifadə edilməsinin hansı üstünlükləri var?

Enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə "MediaPost"a bildirib ki, yerli kadrların və şirkətlərin layihələrdə iştirakı ölkə iqtisadiyyatının dayanıqlı inkişafı baxımından əhəmiyyətlidir.

"İnsan kapitalı ilk növbədə ölkələrin iqtisadi inkişafının əsas fundamentini təşkil edir. Çünki peşəkar kadrlar həm ölkələrin iqtisadi səmərəsini artırır, həm də texnoloji inkişafına zəmin yaradır. Bildiyiniz kimi, bu gün ölkələr və şirkətlər rəqabət üstünlüyünü artırmaq və əlavə dəyər yaratmaq üçün daim innovativ həll üsullarını öyrənməyə və müasir texnologiyaları istehsalat proseslərində tətbiq etməyə çalışırlar. Bu isə ancaq peşəkar və yüksək ixtisaslı kadr potensialının inkişafı ilə mümkün ola bilər".

O, yerli kadrların və şirkətlərin belə layihələrə cəlb olunmasının ölkədə məşğulluq səviyyəsinin yüksəldilməsi və iqtisadi canlanmanın artırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. "Bu gün Azərbaycanda məşğulluq səvyyəsinin artırılması və yüksəkixtisaslıkadr potensialının yetişdirilməsi prioritet istiqamət kimi götürülüb.Bu isə öz növbəsində Azərbaycanın iqtisadi inkişafını artırır və vətəndaşların rifah səviyyəsinin yüksəlməsinə mühüm töhfə verir",- ekspert əlavə edib.

O, həmçinin qeyd edib ki, yerli şirkətlərin layihələrdə iştirakı ölkə iqtisadiyyatının canlanması, büdcə daxilolmalarının artması və idxaldan asılılığın azaldılması baxımından da əhəmiyyətlidir:

"Bildiyiniz kimi yerli mütəxəssislər olmadığı halda layihələrə xarici mütəxəssislər cəlb edilir. Bu da, öz növbəsində əlavə xərclərin yaranmasına və əməliyyat xərclərinin artmasına səbəb olur. Artıq ölkədə peşəkar yerli kadrlar olduğuna görə, bir çox mürəkkəb layihələr yerli kadrlar tərəfindən həyata keçirilir. Bu isə öz növbəsində layihələrin iqtisadi məhsuldarlığını daha da artırır və ölkənin dayanıqlı iqtisadi inkişafına dəyərli töhfə verir".

O vurğulayıb ki, ötən illər ərzində yüksəkixtisaslı kadr potensialının inkişafına böyük investisiya qoyulub və artıq demək olar ki, bütün irimiqyaslı neft-qaz layihələri yerli kadrlar tərəfindən uğurla həyata keçirilir: "Əgər 2005-ci ildə Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərən xarici şirkətlərdə çalışan azərbaycanlıların sayı təqribən 58% təşkil edirdisə, bu gün bu göstərici 92%-dir".

Ekspert qeyd edib ki, artıq nəinki Azərbaycanda, hətta xarici ölkələrdə də irimiqyaslı neft-qaz layihələrinin həm yerli şirkətlər, həm də yerli kadrlar tərəfindən iqtisadi və texniki cəhətdən yüksək səmərə ilə yerinə yetirildiyi müşahidə edilir.

E.Axundzadə bu mənada Xəzərin Azərbaycan sektorunda yerləşən "Bulla-dəniz" yatağında 12-ci dəniz özülünün inşasının, "Ümid" yatağında SOCAR-ın ən debitli quyusunun (6810 metr), "Abşeron"yatağında Xəzərdə ən dərin (7 411 metr) quyunun, bu yaxınlarda kəşf edilmiş "Qarabağ" yatağında ilkin qiymətləndirmə quyusunun qazılmasının yerli kadrlar və şirkətlər hesabına həyata keçirildiyini, "SOCAR AQŞ" şirkətinin Türkiyədə strateji əhəmiyyətli Duz gölü yeraltı qaz anbarının genişləndirilməsi layihəsində iştirakını xatırladıb.

"Bu cür mürəkkəb layihələrin həyata keçirilməsi bir neçə il əvvəl xəyal kimi görünsə də, artıq bu gün, bir reallıqdır. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ötən illər ərzində əsaslı addımlar atılıb və bu gün biz artıq onların bəhrəsini görürük", - ekspert əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 544   Tarix: 08 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Piyadaların həyatını heçə sayan ölkə - Oralar necədir?

"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb. Baku TV-yə istinadla xəbər verir ki, bu dəfə Bakıdan 3 442 kilometr uzaqda, Aralıq dənizi sahilində yerləşən Tunis Respublikasının paytaxtı Tunisdən bəhs olunub. Tarixi eramızdan əvvəl 814-cü ilə təsadüf edən, qədim finikiyalıları

09.02.2025 189
.

ABŞ-də ayaqqabı üstündə kütləvi dava: Silahlar işə düşdü

Luizianada (ABŞ) ayaqqabı mağazasında kütləvi dava və atışma baş verib. RenTV-yə istinadən xəbər verir ki, hadisəyə səbəb "Nike Air Jordan 5" idman ayaqqabıları olub. Mağazaya gələn alıcılar arasında məhdud sayda olan ayaqqabılar üstündə dava düşüb. Sosial şəbəkələrdə yayılan kadrlarda atışm

09.02.2025 182
.

Qırmızı diplomun xüsusi üstünlükləri varmı?

Ali təhsilini fərqlənmə ilə başa vuran tələbələrə xüsusi qırmızı diplom verilir. Lakin məzunlar bildirirlər ki, onların yüksək bilik və bacarıqlarının göstəricisi olaraq tanınan bu diplom əmək bazarında heç bir üstünlük təmin etmir. BİG.AZ Xəzər TV-yə istinadən məlumat verir ki, təhsil ekspertlərini

09.02.2025 258
.

SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ölkənin ali rəhbəri Seyid Əli Xameneidən nüvə silahından istifadədən qadağanı nəzərdə tutan fətvanı geri götürməsini tələb edib. "Report"un məlumatına görə, bu barədə Böyük Britaniyanın "The Telegraph" nəşri mənbələrə istinadə

09.02.2025 176
.

Türkiyə ordusu İraqda PKK-nın 11 üzvünü öldürüb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti əməliyyatlar keçirib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, yanvarın 29-dan fevralın 8-dək keçirilən əməliyyatlarda PKK terror təşkilatının 11 üzvü öldürülüb. Onlardan yeddis

09.02.2025 105
.

Həkimin evindən qızıl oğurlayan xadiməyə hökm oxundu

Həkimin evindən oğurluq edən qadın hakim qarşısına çıxarılıb. O, uşağı xəstə olduğu üçün bu yola əl atdığını deyib. -un xəbərinə görə, hadisə Ağcabədidə baş verib. 37 yaşlı Qumru (ad şərtidir) xadimə kimi çalışdığı evdən oğurluq edib. Qumru 3600 manat dəyəri olan qızılları ələ keçirib. Sonra həmin qızıllar

09.02.2025 211
.

Türkiyə Aya iki kosmik gəmi göndərəcək

Türkiyə 2026-cı ildə Aya ilk kosmik gəmi göndərəcək. "Report" xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın daha əvvəl açıqladığı Milli Kosmos Proqramı çərçivəsində həlledici mərhələ başlayıb. Söhbət Türkiyə Kosmik Agentliyini

09.02.2025 141
.

Türkiyənin maliyyə naziri inflyasiyadan danışıb: Asanlıqla nəticə əldə edə bilməyəcəyik

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek inflyasiyaya qarşı mübarizə ilə bağlı bədbindir. "Report" xəbər verir ki, o, bu barədə TV100 kanalına müsahibəsində deyib. O, inflyasiyaya qarşı ciddi formada mübarizə apardıqlarını bildirib: "Vətəndaşlarımız rahat olsunlar. Fundamenta

09.02.2025 155
.

Alyaskada yoxa çıxan təyyarədən xəbər var

Dünən Alyaskada radarların ekranından itən və göyərtəsində 10 nəfərin olduğu təyyarədən xəbər var. "Associated Press"ə istinadla xəbər verir ki, hava gəmisinin göyərtəsində olanların hamısı həlak olub. Xilasedicilər təyyarənin qalıqlarını Nom şəhərinin 54 km cənub-şərqində, sahildən 19 km aralıd

09.02.2025 266
.

TOP MP3