Dünyanın ən gonbul şəxsi evləndi

Vaxtilə 560 kiloqrama çatan Manuel Uribe 250 kilo arıqlayandan sonra ailə həyatı qurdu

Dünyanın ən gonbul şəxsi evləndiDünyanın ən gonbul şəxsi sayılan meksikalı Manuel Uribe nəhayət ki evlənib.Məlumata görə, həddən artıq çəkisinə görə 6 il çarpayıdan qalxa bilməyən 43 yaşlı Uribe Meksikanın şimal-şərqindəki məşhur "Club des Lions" klubunda nikaha girib.

Dünyanın ən gonbul şəxsi evləndiBəy və gəlinin ər və arvad elan edilməsi zamanı zalda 400 qonaq olub. Bəy ağ ipək köynəkdə, 38 yaşlı Klaudia Solis isə fil sümüyü rəngində paltarda olub. Banket zamanı qonaqlara ət və tərəvəz verilib. Manuel Uribenin anasının sözlərinə görə, oğlu ənənəvi beşmərtəbəli tortdan imtina edib. Maraqlıdır ki, onun arıqlamasına kömək edən həkimlər də toy mərasimində iştirak ediblər və bəyin nə yediyini nəzarət altında saxlayıblar.

Dünyanın ən gonbul şəxsi evləndiKİV nümayəndələri toya buraxılmayıblar. Mərasimdə ancaq Amerikanın "Discovery" telekanalının jurnalisti və Meksikanın "Notas" telekanalının əməkdaşının iştirak edilməsinə icazə verilib. Hətta qonaqlara belə kamera, fotoaparat və mobil telefonlardan istifadə etmək qadağan olub. Kluba girən qonaqların üstü ciddi şəkildə axtarırlarmış.

Manuel Uribe toydan əvvəl jurnalistlərlə söhbətində möcüzə baş verdiyini bəyan edib: "Mən nə zamansa evlənəcəyimi ağlıma belə gətirmirdim". Yol boyu onun avtomobilini iki polis patrulu müşayiət edib.

Dünyanın ən gonbul şəxsi evləndiManuel Uribe "Ginnesin rekordlar Kitabı"na hələ 2006-cı ildə daxil edilib. O zaman dünyanın ən ağır adamının çəkisi 560 kiloqram olub. Həmin vaxtdan etibarən Uribe çəkisini azaltmaqla məşğul olub. O, həkimlərin və 4 il əvvəl tapdığı gələcək həyat yoldaşının köməyi ilə 250 kiloqram ağırlayıb. Klaudia o zaman Manuelin dostunun arvadı olub. Maraqlıdır ki, Klaudia Solisin birinci əri də köklükdən əziyyət çəkirmiş. O, bir müddət öncə ürək tutmasından vəfat edib.

Xeyli arıqlamasına baxmayaraq Manuel Uribeni toy mərasiminə də birbaşa çarpayıda xüsusi yük maşını ilə gətiriblər. Meksikalı köklükdən xilas olmaq uğrunda mübarizəni davam etdirmək niyyətindədir. İndi o, "ən böyük çəki itirən şəxs" kimi rekord qazanmaq istəyir.

Dünyanın ən gonbul şəxsi evləndiDünyanın ən gonbul şəxsi evləndiDünyanın ən gonbul şəxsi evləndiDünyanın ən gonbul şəxsi evləndiDünyanın ən gonbul şəxsi evləndi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 24881   Tarix: 27 oktyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960