Generalın dul qalan qızı məşhur şairin sonuna NECƏ ÇIXDI? - Eşq oyunları... - FOTO

Generalın dul qalan qızı məşhur şairin sonuna NECƏ ÇIXDI? - Eşq oyunları... - FOTOYelizaveta Mixailovna Xitrovo 237 il bundan əvvəl, 1783-cü ildə dünyaya gəlib.

O, Napoleonu ölkədən qovan, general-feldmarşal, "Vətənin xilaskarı" fəxri adını almış, knyaz Kutuzovun qızı, eyni zamanda, Peterburqda məşhur ədəbi bədii məclisin sahibi idi.

Milli.Az 2 dəfə dul qalan, bundan sonra 44 yaşında 28 yaşlı Aleksandr Puşkinə dəlicəsinə aşiq olan və bu bağlılığın amansız nəticələri haqda yazını dəyərli oxucularına təqdim edir:

Yelizaveta feldmarşal Kutuzovun beş qızından üçüncüsü idi. 19 yaşında o, Tizenqauzen qrafı I Aleksandra ərə gedir və ondan 2 qız dünyaya gətirir - Yekaterina və Darya.

Amma bu nikah uzun müddət davam etmir - toydan 3 il sonra Tizenqauzen qrafinyası, əri Austerlis döyüşündə həlak olandan sonra dul qalır. 1811-ci ildə Yelizaveta yenidən ailə qurur. Əri general Xitrovo ilə xaricə getməli olur, çünki o, Rusiyanın Florensiya üzrə işlər vəkili idi. Bu nikah da davamlı olmur - 8 il sonra Yelizaveta yenidən dul qalır.

Bundan sonra bir neçə il də xaricdə qalan Yelizaveta Xitrovo 1821-ci ildə qızı Daryanı avstriyalı diplomat qraf Fikelmona ərə verir. Fikelmon Peterburqa səfir təyin ediləndən sonra isə, onlar Rusiyaya qayıdırlar. Çox keçməmiş, Yelizaveta Xitrovo və Darya Fikelmon bütün elitanın toplandığı Peterburqun ən məşhur ədəbi məclislərinin sahibi oldular.

Qraf Solloqub xatirələrində yazırdı: "Yelizaveta heç vaxt gözəl olmayıb, xüsusi ağılla da fərqlənməyib, amma son dərəcə mehribanlığı, dünyəviliyi, yalnız əsl elit xanımlarda rast gəlinən keyfiyyətləri var idi...".

Elə birinci məclisə yaşı az olmayan dul qadın ədəb normalarını keçən dərin sinə dekolteli paltarda gəlir. O, bu cür geyimlərə gələcəkdə də çox üstünlük verdiyi üçün Peterburqda "çılpaq Liza" ləqəbi qazanmışdı.

Elit yazıçılar yarızarafat, yarıgerçək onu ələ salırdılar. V.Perovskiy, ona baxaraq, bir dəfə demişdi: "Düz edir, keçmişin örtüyünü üstündən atsa yaxşıdır...". Knyaz Vyazemski istehza edirdi: "Onun taleyi kədərlidir, şalı çiyinlərindən xeyli aşağı salaraq bildirir ki, hələ gəncdir və bundan sonra 2-3 dəfə də dul qala bilər".

Xanım Xitrovonun ədəbi salonlarında Aleksandr Puşkin də yer alırdı. Onlar 1827-ci ildə - xanımın 44, şairin 28 yaşı olanda tanış olurlar. Dul qadın dəlicəsinə aşiq olaraq, başını o qədər itirir ki, tezliklə həddindən artıq zəhlə tökən olur. Puşkin onu gah Tassonun "Azad edilmiş Yerusəlim" əsərindəki qəhrəman Erminiyaya bənzədir, hansı ki, cəngavər Tankredanı cavabsız sevirdi, gah da müqəddəs kitablardakı saray xanımı Zuleyxanın gənc Yusifə olan ehtirası ilə müqayisə edirdi.

Yelizaveta Xitrovo öz yüksək məqamından istifadə edərək Puşkinin bütün işlərində, xidməti məsələlərində, məişətdə, ümumiyyətlə, hər sahədə ona fəal kömək etməyə başlayır. Yelizaveta hətta şairin evlənməsi haqqında xəbərlə də barışır və onun xanımı Natalya Qonçarova ilə də dostlaşır. Bu barədə Puşkin məktublarında ona sataşırdı: "Mənim evlənməyimi necə həzm etdin? Ümid edirəm, ləyaqətli sərkərdə Kutuzovun qızı kimi?".

Generalın dul qalan qızı məşhur şairin sonuna NECƏ ÇIXDI? - Eşq oyunları... - FOTOOnun həddən artıq qayğısı və himayədarlığı dəhşət sonluğa gətirib çıxardı: Puşkinin dəyyus adlandırıldığı, arvadının ona xəyanət etdiyini bildirən və s. təhqirdolu həcvi sevdiyi şairə məhz Yelizaveta çatdırır.

Həcv - satiranın şəxsi məzmun daşıyan və ancaq şeirlə yazılan bir növüdür. Həcvdə müəllif öz şəxsi düşmənini ifşa edir və adətən söyüşlərdən də istifadə edir.

Dantesin yazdığı təhqirdolu həcv duelə və nəticədə şairin həlak olmasına gətirib çıxarır. Şairə ünvanlanmış paketi dul qadın tələsik ona göndərir. Məktub 7 ünvan üzrə göndərilmişdi və Puşkin istənilən halda onun məzmunundan xəbər tutacaqdı, amma Yelizaveta Xitrovo onun həlak olmasında məhz özünü günahkar bilir və özünə bu tələsik hərəkəti bağışlaya bilmirdi.

Puşkinin həyatının son dəqiqələrini o, dizi üstə, onun yorğan-döşəyinin yanında hönkürtü ilə ağlayaraq keçirir. Şairin ölümündən 2 il sonra isə Yelizaveta Xitrovo özü də vəfat edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3228   Tarix: 06 may 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870