Mesut Özildən xeyirxah ADDIM

Mesut Özildən xeyirxah ADDIM

İngiltərə Premyer Liqasının "Arsenal" futbol klubunda çıxış edən türk əsilli alman futbolçu Məsud Özil daha bir xeyirxah addım atıb.

Sonxeber.az xəbər verir ki, Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən verilən açıqlamada "Dərdlər bölüşüldüyü müddətcə bitəcək, yetər ki, inanın!" şüarı ilə reallaşdırılan kampaniyaya Məsut Özilin 713 min lirəlik(172 min 860 manat) dəstək verdiyi bildirilib.

Təcrübəli futbolçunun yardımı ilə Türkiyədə ümumilikdə 16 min adama iftar yeməyi, Türkiyə və Suriyada minlərlə ailəyə qida məhsulu, Somalinin paytaxtı Moqadişudakı Türk Qızıl Aypara Cəmiyyətində 90 min adama iftar yeməyi vermək üçün Məsud Özilin verdiyi ianənin ümumilikdə 114 min adama çatdırılılacağı açıqlanıb.

Türkiyə Qızıl Aypara Komitəsinin başçısı Dr. Kerem Kınık yardıma görə Məsud Özilə təşəkkür edərək "Yaxşılıq dairəmizi böyüdən Məsud qardaşıma və bütün xeyriyyəçilərə təşəkkür edirəm. Yardım kompaniyamız davam edir. Sizin yardımlarınızla daha çox evlərə kömək edə biləcəyik" deyib.

Ötən il evlənən Məsud Özil toy yeməyini Qızıl Aypara cəmiyyətinə bağışlamış və 16 min insana kömək etmişdi.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: İdman Oxunub: 581 Tarix: 02.05.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər