Əhalinin internet problemi – Səbən nədir? - VİDEO

Əhalinin internet problemi – Səbən nədir? - VİDEOKarantin dövrü internetə olan ehtiyacımızı daha da artırıb. Hazırda bir çox danışıqlar hətta dərslər də onlayn formada həyata keçirilir. Bu isə evlərdə ucuz və sürətli internetin xidmətinin olmasını labüd edir.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Rəşad Əliyev - İT mütəxəssisi: "Hal-hazırda evlərdə internetə tələbat daha çoxalıb, şirkətlərdə isə tələbatı azalıb. Evlərdə internetin zəif olmasının digər səbəblərindən biri də ADSL istifadə olunmasıdır. Evlərdə fiber-optik internetin olmaması sürətin də zəif olması deməkdir".

Pandemiya bitsə belə artıq dünyada məsafəli dönəm başlayıb. Yəni internetə olan tələbat azalmayacaq. Bu isə provayderlərin qarşısına yeni tələblər qoyur.

Anar İsmayılzadə - İT mütəxəssisi: Sürət probleminin həlli üçün provayderlər və serverlər gücləndirilməlidir".

Rəşad Əliyev - İT mütəxəssisi: "Növbəti mərhələlərdə bütün evlərdə fiber optikaya keçid, məsafədən internetin olması, LTE və s. sürət problemini həll edə bilər. Texnologiya günü-gündən inkişaf etdiyinə görə, hazırki texnologiyamızı 10 il bundan əvvəlki ilə müqayisə etdiyimizdə böyük fərqi görmüş oluruq və bu fərqi ölkəmizdə də görmək üçün innovativ həllərə, innovativ yanaşmalara başlamaq lazımdır. Həmçinin də texniki bazamızı genişləndirmək lazımdır".

Hazırda təhsil Nazirliyi Virtual məktəb layihəsini həyata keçirir, bir çox universitetlərin distant təhsilə keçidə hazırlaşır, dövlət qurumları isə xidmətini elektron formada göstərir. Amma yaxın keçmişdə dövlət qurumlarının elektron sistemlərinin vacib məqamları çökməsi təcrübələrini yada salsaq, təhlükəsiz internet məsələnin aktuallığı biraz da artır.

Günel Gözəlova – NRYTN-nin mətbuat katibi: "Mütəxəssislərimiz istifadəçilərimizin fasiləsiz və sürətli internetə çıxışını təmin etmək məqsədilə şəbəkənin təkmilləşdirilməsi istiqamətində profilaktik tədbirlər həyata keçirirlər. Bununla yanaşı göstərilən xidmətlərin respublika üzrə fasiləsiz təmin edilməsi üçün magistral xətlərə daim nəzarət edilir. Telekominikasiya operatorlarının hamısının internet provayderlərinin karantin rejimində çalışması üçün tam hazırlıq da görülüb və gündəlik də görülür bu işlər".

Görünən odur ki, Karantin dövründən sonra da internetdən istifadə həyatımızın əsas tələbatı olacaq. Və inkişafın mərkəzində bu amil dayanacaq. Ona görə də nəzərə almalıyıq ki, bu sahədə müasir dövrün tələblərinə uyğun görüləcək işlər, süni intellekt çağındakı səviyyəmizi müəyyənləşdirəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1226   Tarix: 18 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 29-a çatıb

Braziliyada güclü yağışlar zamanı daşqınlar nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 29-a, itkin düşənlərin sayı isə 60 nəfərə çatıb. Bu barədə Ştatın Mülki Müdafiə nazirliyi bəyanat yayıb. Açıqlamada qeyd edilib ki, yağışlar 154 qəsəbədə ciddi fəsadlar törədib. Daşqınları

03.05.2024 118
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

03.05.2024 311
.

Zeynep Bastık aktyorun arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak "Maviye sürgün" serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb. -a istinadən xəbər verir ki, iddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərin

03.05.2024 346
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 735
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

03.05.2024 335
.

"İntihar edən Məzahiri hamilə arvadı ilə hədələyiblər" - Video

Aprelin 22-də Gəncədə 28 yaşlı Məzahir Zahir oğlu Nuriyevin özünü güllələyərək intihar etməsi ilə bağlı bəzi ittihamlar səsləndirilir. "Qafqazinfo" xəbər verir ki, mərhumun qohumu, bloqer Sevinc Hüseynova Məzahirin bir qrup şəxs tərəfindən hədələndiyini iddia edib. Sosial şəbəkədə video paylaşa

03.05.2024 1282
.

"Manyaksan, niyə səninlə evlənim?" dedi"

Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:. "Məni Xoşqədəmin proqramına dəvə

03.05.2024 715
.

Tarixdə ilk dəfə Olimpiya məşəlini transseksual daşıyacaq - FOTO

2024-cü ildə Parisdə (Fransa) Olimpiya Oyunlarının açılışı zamanı tarixdə ilk dəfə Olimpiya məşəlinin estafetində transseksual iştirak edəcək. Bu barədə Paris meriyası sosial şəbəkələrdə xəbər verib. Minima Geste ləqəbli transseksual yarışın açılış günü olimpiya məşəlini 25 sm hündürlükdə dikdaban ayaqqabılarl

03.05.2024 470
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

03.05.2024 135