Məşhur aktrisa karantin günlərindən danışdı: Qürurlu tənhalıqda... - VİDEO

Məşhur aktrisa karantin günlərindən danışdı: Qürurlu tənhalıqda... - VİDEOBir çox ulduzlar karantin rejimində nə ilə məşğul olduqlarını paylaşırlar. Bu dəfə növbə, deyəsən, məşhur aktrisa Kameron Diazındır.

"StarNews"un məlumatına görə, ulduz "Instagram" səhifəsində özünütəcrid günlərində həyatının necə keçdiyi barədə məlumat verib.

O, üç aylıq övladı olduğu üçün yaşayışında heç bir dəyişiklik olmadığını deyib. "Sadəcə, indi qonaqlar gəlmir", - deyən Kameron işlərinin öhdəsindən onlarsız da çox gözəl gəldiyini vurğulayıb.

"Ərim qızımı yuyundurduğu və yatızdırdığı vaxt qürurlu tənhalıqda şərab içirəm, bir tərəfdən də yemək hazırlayıram", - deyə o bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2729   Tarix: 16 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş