Deputat: "Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə seçilirlər"

Deputat: "Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə seçilirlər""Bu yaxınlarda Azərbaycan üçün yeni olan bir bölgədə – Cənubi Sudanda sülhməramlılarımızın fəaliyyətə başlaması ölkəmizin dünyada oynadığı sülhyaratma roluna verilən yüksək qiymətdir".
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O, sülhməramlıların Müdafiə Nazirliyinin xüsusi hərbi hissəsində hazırlıq keçdiklərini bildirib:
"Hərbçilərimiz müxtəlif münaqişə bölgələrində sülhyaratma prosesində fəal iştirak edirlər. Azərbaycanın sülhsevər ölkə olduğu bizim həm həyata keçirdiyimiz xarici siyasətlə, həm də zərurət olan bölgələrə sülhməramlı qrup göndərməyimizlə öz təsdiqini tapır. İndiyə qədər Azərbaycan dünyanın müxtəlif ölkələrində sülhməramlılarla təmsil olunub. Hazırda belə qrupumuz Əfqanıstanda var. Vaxtilə 25 nəfərlə biz orada təmsil olunurduq, amma Azərbaycan əsgərlərinin nümunəvi xidməti Əfqanıstan hökuməti tərəfindən yüksək qiymətləndirildi. Onların təşəbbüsü ilə bizim hərbçilərimizin sayı bir neçə dəfə artırıldı. İndiyə qədər Azərbaycan sülhməramlıları arasında hər hansı bir itki olmayıb. Onlar yerli əhali ilə münaqişə yaşamayıblar. Bu, sülhməramlılarımızın xüsusi hazırlığı ilə bağlıdır".

Deputat Aydın Mirzəzadə:

"İndiyə qədər Azərbaycan sülhməramlıları arasında hər hansı bir itki olmayıb. Onlar yerli əhali ilə münaqişə yaşamayıblar. Bu, sülhməramlılarımızın xüsusi hazırlığı ilə bağlıdır".
A.Mirzəzadə sülhməramlıların ezam olunduqları ölkənin adətinə, yerli xüsusiyyətlərinə tam bələd olduqlarını deyib:

"Bir qayda olaraq ora göndərilən əsgərlərimiz və zabitlərimiz xarici dili mükəmməl bilirlər. Digər tərəfdən onlar yerli xüsusiyyəti dərindən öyrənirlər və bizim sülhməramlı hərbi qrupumuz yerli adətlərə böyük hörmətlə yanaşırlar.

Hazırda Cənubi Sudanda da sülhməramlılarımız var. Azərbaycanın yeni bir ölkədə sülhməramlıları ilə təmsil olunması ölkəmizin beynəlxalq arenada qazandığı nüfuzun göstəricisidir. Eyni zamanda Azərbaycan ötən ildən başlayaraq Qoşulmama Hərəkatına sədrlik edir. Burada 120-dən çox ölkə, o cümlədən Cənubi Sudan təmsil olunur. Hərbi təmsilçilərimizin orada iştirakı bu ölkədə də Azərbaycanın daha yaxşı tanınmasına, təbliğinə, iki ölkə arasında əlaqələrin genişlənməsinə səbəb olacaq".

Politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycan Ordusu zabitlərinin digər ölkələrin nümayəndələri ilə birlikdə Cənubi Sudanda sülhməramlı missiyada iştirak etməsi rəsmi Bakının dünyada sülh tərəfdarı olduğunu göstərir.

Politoloq İlyas Hüseynov:

"Bu, bizim sülh tərəfdarı olduğumuzun göstəricisidir".
O xatırladıb ki, Azərbaycan sülhməramlıları indiyə qədər dünyanın müxtəlif yerlərində sülhyaratma əməliyyatlarında iştirak edib: "Hərbçilərimiz İraqda və Kosovada da qısa və uzun müddətli sülhməramlı proseslərdə təmsil olunublar. Hazırda bu missiya Əfqanıstan və Cənubi Sudanda davam edir. Azərbaycan hərbçiləri bu ölkələrdə xidmət edərək beynəlxalq sülhməramlı hadisələrdə iştirakçı olurlar. Bu proseslərin bəziləri NATO-nun komandanlığı ilə həyata keçirilir və bunu da NATO-Azərbaycan əməkdaşlığı kimi də qiymətləndirmək olar.
Cari ilin yanvarından azərbaycanlı hərbi qulluqçular sülhməramlı kimi öz missiyalarını Cənubi Sudanda davam etdirməyə başlayıblar. Bununla bağlı 2018-ci ilin noyabrının 30-da BMT-nin mandatı altında Cənubi Sudanda beynəlxalq missiyada iştirak etmək üçün komandanlığa müraciət olunub və Azərbaycan Milli Məclisi razılıq verib. Sülhməramlı qüvvələrin tərkbində dörd hərbçi iştirak edib; üç zabit və bir müşahidəçi.

Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu NATO-nun Əfqanıstanda həyata keçirdiyi qətiyyətli dəstək missiyasında iştirak edir. Sudandakı azərbaycanlı sülhməramlıların fəaliyyəti beynəlxalq komandanlıq tərəfindən yüksək qiymətləndirilib. Hərbçilərimiz Cənubi Sudanın Cuba şəhərində fəaliyyət göstərirlər.
Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın genişləndirilməsi üçün bütün səylərini səfərbər edir. Proseslərin davam etməsi gərəklidir. Bu, bizim sülh tərəfdarı olduğumuzun göstəricisidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 566   Tarix: 09 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 154
.

Aparıcı Turan Məmmədli ana oldu - FOTO

Baku TV-nin aparıcısı Turan Məmmədli ana olub. xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Aparıcı bildirib ki, qızı Sofiya dünyaya gəlib:. "Xoş gəldin bu dünyaya, may gülüm Sofiya Cəfərova". Qeyd edək ki, Turan futbolçu Ruslan Cəfərov ilə evlidir

03.05.2024 704
.

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:. "Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və y

03.05.2024 264
.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

03.05.2024 348
.

Hava ilə bağlı daha bir - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, 5-i axşam bəzi yerlərdə yağış yağacağ

03.05.2024 1551
.

Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO

Bu gün paytaxtın Əmircan qəsəbəsində yerləşən 97 saylı orta məktəbin Uşaq Birliyi rəhbəri Nərminə İsmayılova sosial şəbəkə hesabında intihar anonsu verib. "Qafqazinfo" xəbər verir ki, 2014-cü ildən həmin məktəbdə birlik rəhbəri vəzifəsində çalışan N.İsmayılova iş yerində sıxışdırıldığını iddi

03.05.2024 495
.

"Manyaksan, niyə səninlə evlənim?" dedi"

Türkiyəli müğənni Doğuş türkiyəli prodüser-aparıcı Armağan Çağlayanın "Şimdiki aklım olsaydı" verilişinin qonağı olub. Axşam.az-ın məlumatına görə, ifaçı proqramda aparıcı Xoşqədəm Hidayətqızı ilə necə tanış olduğu və evlilik təklifi etdiyi andan danışıb:. "Məni Xoşqədəmin proqramına dəvə

03.05.2024 1121
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

03.05.2024 378
.

"Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur"

"Bakı daha bir mühüm tədbirə ev sahibliyi edir. Mayın 1-dən 3-dək ölkəmizdə "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qona

03.05.2024 157