İlham Əliyev FƏRMAN İMZALADI

İlham Əliyev FƏRMAN İMZALADIPrezident İlham Əliyev "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1998-ci il 19 avqust tarixli 758 nömrəli və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2009-cu il 3 aprel tarixli 74 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Toxumçuluq haqqında", "Əhalinin radiasiya təhlükəsizliyi haqqında", "Torpaq icarəsi haqqında" və "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1592-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

1. "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 508; 2003, № 10, maddələr 546, 585; 2008, № 8, maddə 719; 2009, № 10, maddə 785; 2017, № 1, maddə 38) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. ikinci–yeddinci abzaslar müvafiq olaraq 2.1–2.6-cı bəndlər hesab edilsin;
1.2. 2.4-cü bənddə "9-cu maddəsinin səkkizinci hissəsində" sözləri "9-cu maddəsinin yeddinci hissəsində" sözləri ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilsin:
"2.7. həmin Qanunun 9-cu maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini dövlət standartlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla), tikinti norma və qaydalarına, habelə təlimatlara, metodiki və digər sənədlərə münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, əməyin mühafizəsi qaydalarına münasibətdə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla) həyata keçirir.".
2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 aprel tarixli 74 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 219; 2011, № 2, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 8.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
"8.2. nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə tikinti norma və qaydalarını, habelə təlimatları, metodiki və digər sənədləri hazırlamaq, bu sahədə dövlət standartlarının, əməyin mühafizəsi qaydalarının hazırlanmasında iştirak etmək;";
2.2. 8.4-cü bənddən "öz səlahiyyətləri daxilində" sözləri çıxarılsın və həmin bəndə "qiymətləndirilməsi" sözündən sonra "(sahibkarlara münasibətdə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin;
2.3. 8.12-ci bənddə "qanunvericiliklə" sözü "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə" sözləri ilə əvəz edilsin.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2643   Tarix: 08 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

KİV: Türkiyə Tramp hakimiyyəti dövründə Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilər

Türkiyə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hakimiyyətə gələndən sonra Rusiya ilə Ukrayna arasındakı danışıqlarda vasitəçi ola bilər. "Report" xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" televiziyasının saytında dərc olunan "Rusiyadan sülh əli, Ankara ilə orta

05.01.2025 272
.

Tərtər sakini Bakıda iki kiloqram narkotiklə saxlanıldı

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, Tərtər rayon sakini, əvvəllər eyni əmələ görə məhkum olunan Ş.Həsənli saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini

05.01.2025 214
.

Dünyanın əsas neft limanları suyun altında qala bilər

Dünyanın ən böyük neft limanlarından bəziləri, o cümlədən Səudiyyə Ərəbistanı və ABŞ-də olanlar iqlim dəyişikliyinə görə dəniz səviyyəsinin bir metrə qədər yüksəlməsi nəticəsində suyun altında qala bilər. xəbər verir ki, bu barədə Britaniyanın "Guardian" qəzeti tədqiqatçılara istinadən yazır

05.01.2025 251
.

"Yağışdan çıxıb, yağmura düşdülər": Rusiyada çimizdirilən quşların 90 faizi öldü

Rusiyanın Anapa şəhərində mazut çirklənməsindən xilas edilən və Krasnodara aparılan quşların 90%-i tələf olub. -ın "SOTA" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, bu barədə soçili ornitoloq Aleksandr Dvoretski xəbər verib. Onun sözlərinə görə, bunun səbəbi həm sınmış yü

05.01.2025 402
.

Küləkli hava ilə bağlı - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, yanvarın 6-sı günün birinci yarısında Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bakıda və Abşero

10:19 184
.

Nikole Kidman göz yaşlarını saxlaya bilmədi

36-sı keçirlən Palm Springs Beynəlxalq Film Festivalında çıxış edən Nikole Kidman göz yaşlarına hakim ola bilməyib. xarici mediaya istinadən xəbər verir ki, musiqiçi Keyt Urbanla evli olan 57 yaşlı aktrisa çıxışı zamanı ata və anasının artıq həyatda olmadığını qeyd edib. O, bu sözləri dilə gətirdiy

11:34 117
.

ŞAD XƏBƏR - Aşağı maaş alanların da məvaciblərində artımlar olacaq

Minimum əmək haqqının artırılması cəmiyyətin müxtəlif təbəqələri arasında müzakirələrə səbəb olan mühüm iqtisadi hadisələrdən biridir. BİG.AZ -ə istinadən xəbər verir ki, belə hallarda ən çox diqqət çəkən məqamlardan biri digər vətəndaşların, xüsusilə də orta və aşağı gəlir qruplarına daxil olan şəxsləri

05.01.2025 425
.

Türkiyə Suriyanın bərpası prosesində iştirak edəcək

Türkiyə Suriyanın bərpası prosesində iştirak edəcək. "Report" "Akşam"a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib. O, söyləyib ki, Ankara prosesə müdaxilə edəcək: "Yeni dövrdə Suriya yenidən qurulacaq, infrastruktur

05.01.2025 244
.

Dövlətə xəyanətə görə həbs edildi - DTX-dən ƏMƏLİYYAT

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılmış daha bir xüsusi araşdırma nəticəsində həbs edilən şəxsin mühakiməsi başlayır. "Trend"ə istinadən xəbər verir ki, həmin şəxs Azərbaycan vətəndaşı İvan Nikolayeviç Svetliçnıdır. Qeyd edək ki, Nilolayeviçə Cinayət Məcəlləsinin 274-cü (dövlət

11:45 288
.

TOP MP3