Nəqliyyatçılar da koronovirusla mübarizənin ön sıralarındadır

Nəqliyyatçılar da koronovirusla mübarizənin ön sıralarındadırSon günlər ölkəmizdə koronovirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi bir çox sahələrdə durğunluq yaradıb. Amma həyatı əhəmiyyətli obyektlər var ki, onların işləməsi zəruridir. O da aydındır ki, insanlar nə qədər təcrid olunsa da, müəyyən yerlərə gedib-gəlmək məcburiyyətindədir. Məhdudiyyət nə qədər sərt olsa da, ictimai nəqliyyat fəaliyyət göstərməlidir.

Bəs görəsən hazırkı dövrdə ictimai nəqliyyatın fəaliyyəti necə təşkil olunub? Nəqliyyatçılar bu işlərin öhdəsindən gələ bilirmi? Onlar öz həyatlarını təhlükəyə atırlarmı? Vətəndaşlar bu vəziyyətdə necə davranmalıdır?

Nəqliyyatçılar da koronovirusla mübarizənin ön sıralarındadırHüquqşünas Ərşad Hüseynov "MediaPost"a açıqlamasında bildirib ki, virusun yayıldığı ilk günlərdən ölkəmizdə bütün dövlət qurumları bunun əleyhinə mübarizəyə səfərbər olundu: "Təbii ki, nəqliyyat təşkilatları, bu sahəni tənzimləyən qurumlar gücləndirilmiş iş rejiminə keçdi. Xüsusilə paytaxtda əhalinin daha çox olması səbəbindən Bakı Nəqliyyat Agentliyinin (BNA) də üzərinə daha çox məsuliyyət düşdü. Bu da təbiidir. Çünki ictimai nəqliyyatda virusun yayılma riski daha çoxdur. Məhz bunu nəzərə alaraq, BNA da işini yeni şəraitə uyğun qurdu. Yaranmış vəziyyətdə işlərin daha səmərəli təşkili üçün daxili qərargahın yaradılması, bütün daşıyıcı şirkətlərin və əlaqəli qurumların fəaliyyətinin mərkəzləşdirilmiş şəkildə koordinasiya olunması, təqdirəlayiq haldır. Qısa müddətdə avtobusların gündəlik dezinfeksiya işlərinin aparılması ilə yanaşı, sürücü və digər nəqliyyat işçilərinin təhlükəsizliyinin təmin olunmasına diqqət artırıldı. Bu istiqamətdə maarifləndirici sosial çarxlar hazırlandı və ictimaiyyətə təqdim olundu. Avtobuslarda dezinfeksiya məhlulları qoyuldu. Bütün bunlar yaranmış gərgin şəraitdə əhalinin həm mümkün mobilliyini təmin etmək, həm də sağlamlığı qorumaq üçün atılan addımlardır".

Nəqliyyatçılar da koronovirusla mübarizənin ön sıralarındadırƏrşad Hüseynov bildirib ki, BNA-nın ən çətin işlərindən biri Bakı Metropoliteninin fəaliyyətinin dayandırılmasından sonra olub: "Hələ metronun fəaliyyəti bir neçə saat məhdudlaşdırılan vaxtdan dərhal sonra BNA ekspress xətləri işə saldı. Həmin avtobuslar metro dayanacaqları boyu hərəkət edərək paralel şəkildə fəaliyyət göstərdi. Sərnişindaşımada fasiləsizlik təmin olundu. Hazırda isə metro tamamilə bağlanıb. Yəni BNA həm şəhər daxilində ümumi sərnişindaşımanı, həm də metronun işini üzərinə götürməli olub və bu istiqamətdə çalışır".

Ərşad Hüseynov vətəndaş məsuliyyətinin önəmindən də danışıb. Bildirib ki, insanlar öz təhlükəsizliyini qorumaq üçün bütün çağırışlara əməl etməli, zərurət olmadığı təqdirdə evlərindən kənara çıxmamalıdırlar.

Nəqliyyatçılar da koronovirusla mübarizənin ön sıralarındadır"Amma həyatı əhəmiyyətli obyektlər, strateji qurumlar var. Onların mütləq əksəriyyəti Bakı şəhərində yerləşir. Burada çalışan insanların təhlükəsiz şəkildə daşınması, riski minimuma endirmək nəqliyyatçılardan çox ciddi səy tələb edir. Bu istiqamətdə atılan addımlar var. Həm dezinfeksiya işləri, həm sərnişinlər arasında məsafənin saxlanılması, xəttə zəruri sayda avtobusların buraxılması bu qəbildən olan işlərdir. Bütövlükdə yanaşsaq, hazırda ictimai nəqliyyat dövrün şəraitinə uyğun fəaliyyət göstərir. Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları da öz sağlamlıqlarını müəyyən riskə ataraq bu işin öhdəsindən gəlirlər. Bizim gördüyümüz təkcə avtobusların hərəkətidir. Amma bunun arxasında böyük bir komanda işləyir. Həm dispetçer xidməti, həm tənzimləmə, texniki qulluq və s. sahələrdə çalışan insanlar var. Onlar da hər gün işə çıxır. İstirahət və bayram günləri belə, yoxdur. Düşünürəm ki, bu cür davam edərsə, ictimai nəqliyyat həm həyat əhamiyyətli obyektlərdə çalışanların zəruri mobilliyini, həm də daşımaların sanitariya-epidemioloji təhlükəsizliyini təmin edə biləcək", - ekspert "MediaPost"a deyib.

Ərşad Hüseynov onu da əlavə edib ki, burada təkcə nəqliyyatçıların deyil, ümumilikdə cəmiyyətin dəstəyi zəruridir: "İlk günlərdən bütün qurumlar, əksər insanlar milli həmrəylik nümayiş etdirirlər. "Biz birlikdə güclüyük" və "Evdə qal" çağırışlarına qoşularaq bütün qüvvələrini bu işlərə sərf etdilər. Həm də vətəndaşlara çağırış olundu ki, zərurət olmadığı halda evdən çıxmasınlar. Düşünürəm ki, hər bir vətəndaş məsuliyyəti olmalı, lüzumsuz yerə yola çıxmamalı, avtobuslara minməməlidir".

Nəqliyyatçılar da koronovirusla mübarizənin ön sıralarındadırHüquqşünas qeyd edir ki, daşıyıcı şirkətlər və avtobus sürücülərinin üzərinə də çox böyük məsuliyyət düşür: "Əvvəla həmin şəxslərə təşəkkür etməliyik ki, öz sağlamlıqlarını riskə ataraq bizim üçün xidmət edirlər. Düşünürəm ki, həm təşkilatçı qurum olan BNA, həm daşıyıcı şirkətlər, həm sürücülər birlik nümayiş etdirərək mövcud durumda ictimai nəqliyyatın üzərinə düşən ağır yükün öhdəsindən tam şəkildə gələ biləcəklər. Kənardan baxanda görürük ki, virusla mübarizəni müharibə meydanına bənzətmək olar. Təbii ki, on xəttə həkimlərdir. Biz onlara minnətdarlığımızı bildiririk. Eyni zamanda ön sıralarda həm də nəqliyyatçılar dayanır. Burada həm BNA əməkdaşları, həm daşıyıcı şirkətlər, sürücülər və digər işçilər var. Onlara da təşəkkür edirik ki, elə həmin həkimləri, başqa tibb işçilərini, bizi çörəklə təmin edən çörəkçidən tutmuş həmin çörəyi satan satıcıya qədər hamını vaxtında işlərinə çatdırırlar. Əminəm ki, biz birlikdə qısa müddətdə bu bəlanın öhdəsindən gələ biləcəyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 775   Tarix: 03 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək

12:55 42
.

Türkiyənin iş yerində partlayış baş verib - VİDEO

Türkiyənin Başakşehir şəhərində iş yerində partlayış olub. BİG.AZ xəbər verir ki, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə çoxsaylı yanğınsöndürənlər cəlb olunub. Həmin videonu təqdim edirik:

02.05.2024 258
.

Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməyi istisna etmədiyini bir daha təsdiqləyib. xəbər verir ki, Makron the Economistə müsahibə verib. "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə üzləşirik" ,- deyə o bildirib

02.05.2024 209
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 681
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 301
.

Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO

Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir. xəbər verir ki, Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində hadisənin təfərrüatı məlum olub. Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktor

02.05.2024 461
.

"Universitetlər Bakıdan Qarabağın bölgələrinə köçürülməlidir - Memar

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.Baş planda nəzərdə tutulan illər üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər ayrılıb. Bundan əlavə, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarını

02.05.2024 1100
.

İsveç polisi Quranın yandırılmasına icazə verdi

"Eurovision" Mahnı Müsabiqəsi ərəfəsində İsveç polisi Quranın yandırılması da daxil olmaqla aksiya keçirməyə icazə verib. Onun mayın 3-də, Malmö şəhərinin mərkəzində yarışların başlamasına bir gün qalmış baş tutması planlaşdırılır. Növbəti iki gündə - şənbə və bazar günlərində etiraz aksiyalar

02.05.2024 360
.

Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib. xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən -a açıqlama verilib. Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafi

02.05.2024 406