Bakıda ötən gün 50 min sərnişin daşınıb - YENİLƏNİB

Bakıda ötən gün 50 min sərnişin daşınıb - YENİLƏNİBİlk xəbər saat 12:02-də verilib
Aprelin 1-də Bakıda müntəzəm və ekspress xətt avtobusları ilə təxminən 50 min sərnişin daşınıb.
"Report" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, bunun 21 mini səhər saat 7-dən 10-na qədər 95 ekspress xətt avtobusu, 29 mini isə axşam saat 5-dən 8-ə qədər özəl daşıyıcılara məxsus müntəzəm xətt avtobusları ilə daşınıb.
"Martın 31-dən etibarən Bakı metrosunun fəaliyyəti dayandırılıb. Bu gün əsas sərnişin daşınması avtobuslar vasitəsilə həyata keçirilir. Aprelin 1-də müəyyən sıxlıq yaranmışdı. Bu sıxlıq avtobusların olmamasından deyil, sərnişinlərin narahatlığından irəli gəlib. Halbuki, biz elan etmişdik ki, marşrut xətləri normal fəaliyyət göstərəcək. Avtobus cəhətdən çatışmazlıq yoxdur", - deyə V.Kərimli əlavə edib.
Xatırladaq ki, Operativ Qərargah əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunun bağlanmasına, sərnişin daşımalarının yalnız müntəzəm və ekspres xətt avtobusları ilə həyata keçirilməsinə qərar verib. Bundan sonra BNA bütün ekspres xətlər üzrə avtobusların iş qrafikini saat 07:00-dan 20:00-a qədər olmaqla dəyişdirib. Müntəzəm xətlər üzrə avtobusların iş qrafiki isə olduğu kimi saxlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 480   Tarix: 02 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabah bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Sabah, 9 May–Faşizm üzərində Qələbə Günündə Bakının Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbayca

08.05.2024 251
.

Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı

Zaqatalada əksər dönərxanaların fəaliyyəti dayandırılıb. Buna səbəb ötən gün 40 nəfərə yaxın sakinin toyuq dönərindən zəhərlənməsi göstərilir. Bizim.media xəbər verir ki, ötən gün günün ikinci yarısından başlayaraq gecə saatlarına kimi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müxtəlif yaş qruplarına ai

08.05.2024 250
.

Xırdalanda sahibsiz itlər qadına hücum etdilər - ANBAAN VİDEO

Xırdalanda sahibsiz küçə itləri qadına hücum ediblər. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, yol ilə hərəkət edən qadına altı it hücum edib və ayağından dişləyib. Qadının hazırkı vəziyyəti ilə bağlı məlumat yoxdur. Hadisənin anbaan görüntülərini təqdim edirik:

08.05.2024 0
.

Ana 4 körpəsini soyuducuda dondurdu

ABŞ-da 4 körpəsini donduran 69 yaşlı qadın həbsxanadan qaçıb. xarici KİV-ə istinadla bildirir ki, yeni doğulmuş uşaqların qalıqları 2022-ci ildə onun Bostondakı mənzilində aşkar edilib. Soyuducuda folqa ilə bükülmüş ayaqqabı qutularına rast gəlinib. Onların içində körpələr olub. Araşdırma zamanı məlu

08.05.2024 314
.

İsrail ordusu son 24 saatda Qəzzada 100-dən çox yerə hava zərbələri endirib

İsrail ordusu son 24 saat ərzində Qəzza zolağında 100-dən çox yerə hava zərbələri endirib. xəbər verir ki, ordunun verdiyi açıqlamada Qəzza zolağına hücumlardan qaçan təxminən 1,5 milyon insanın sığındığı Rəfahın şərqində quru hücumlarının davam etdiyi bildirilib. Açıqlamada bildirilib ki, son 24 saa

08.05.2024 0
.

Naməlum şəhid kimi dəfn edilmişdi, kimliyi bilindi - Video

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Habil Oruc oğlu İsmayılovun qalıqları ailəsinə təhvil verilib. APA-ya istinadən xəbər verir ki, şəhidin qalıqları Lənkəranda dəfn edilib. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Habi

08.05.2024 0
.

"Avroviziya-2024" başladı

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq

07.05.2024 524
.

Dönərdən kütləvi zəhərlənmə bu səbəbdən baş verib - Rəsmi açıqlama - Video

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə halı baş verib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov İTV-yə açıqlamasında hadisənin sanitar-gigiyenik normaların pozulması səbəbindən baş verdiyini bildirib

08.05.2024 395
.

Tamstore marketlər şəbəkəsi "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib

Hər zaman endirim kampaniyaları ilə gündəm yaradan Tamstore Marketlər Şəbəkəsi bu dəfə "Bu qiymətlər bir daha olmayacaq" kampaniyasına start verib. Marketlər şəbəkəsinin bütün filiallarında 8-14 may tarixi aralığında 500 dən çox məhsulda 70 faizə qədər endirim müştərilərini gözləyir. Endirimlə

08.05.2024 330