Məktəblərin yay tətili ləğv olunacaq? – VİDEO

Məktəblərin yay tətili ləğv olunacaq? – VİDEOHazırda ölkəmizdə mövcud vəziyyətlə əlaqədar məktəblilərin dərsdən tamamilə kənarda qalmaması üçün Təhsil Nazirliyinin tapşırığı ilə teledərslər yayımlanır. Dünya təcrübəsinə nəzər salsaq görərik ki, təhsil səviyyəsi yüksək olan bir çox ölkələrdə təhsil kanalı var. Ancaq bizdə bu təcrübənin yeni olması belə bir sual meydana çıxarır. Məktəblər açıldıqdan sonra da teledərslər davam edə bilərmi?

Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Kamran Əsədov - Ekspert: "Qardaş Türkiyədə bu proses başlayana qədər, yəni orada da tətil elan olunana qədər 6 TV vardır ki, həmin TV-də uşaqlar dərslər və dərslərdəki vacib məqamları müəllimlər izah edirdilər, bu təcrübə yarandı və mən düşünürəm ki, yay ayları ərzində dərsin davamlılığını, axarlılığını təmin etmək üçün mütləq şəkildə tele dərslər davam etdirilməlidir".

Elşən Qafarov – Ekspert: "Teledərslər vəziyyətdən çıxış yolu deyil və hər hansısa bir vəziyyəti düzəltmək iqtidarında deyil heç nə etməməkdənsə nəsə etmək prinsipi ilə baxdıqda qismən tele dərslərin belə deyək hardasa bir fəaliyyət kimi addım kimi dəyərləndirmək olar".

Təhsil Nazirliyindən isə bildirildi ki, bu məsələ hadisələrin gedişatına əsasən dəyərləndiriləcək. Lazım gələrsə qiymətləndirilmə aparılıb qərar qəbul ediləcək.

Cəsarət Valehov – TN-nin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri: "Təhlillər aparılır təhlillər həm də ona görə aparılır ki, bizim bu uşaqların şagirdlərin tele dərs vastisəsilə dərsi mənimsəməsi necə baş verir və bu proses tam bəlli olduqdan sonra və monitorinqlər aparıldıqdan sonra digər məsələlər üzərində qərar veriləcək".

Ancaq bəziləri teledərslərin yetərli olmadığını düşünür və itirilən dərs saatlarının yerinə yay tətilində dərs prosesinin davam etməsini məqbul hesab edir.

Kamran Əsədov - Ekspert: "Mən dünya təcrübəsindən sizə misal gətirim ki, heç bir halda şagirdlər yay tətili əzrində yəni 56 gündən az tətildən qayıdıb dərsə gedə bilməzlər. Misal üçün Rusiyada artıq tədrisin dayandırılması məsələsi müzakirə olunur. Eyni zamanda digər ölkələrdə də şagirdlərin artıq məktəbi bitmiş hesab etməsi müəyyənləşdirilir və bu zaman məktəbdaxili qiymətləndirmə zamanı onların 1-ci rübdə aldığı qiymətlər əsas götürməklə qiymət yazılacaq".

Təhsil ekspertləri həmçinin bildirir ki, yay tətilində havanın temperatur göstəricisini nəzərə alsaq bu baxımdan da yay tətilində dərslərin davam etməsi mümkün deyil.

Elşən Qafarov – Ekspert: "Dövlət konkret olaraq istər təhsil alanların istər təhsil verənlərin ümumiyyətlə cəmiyyətin bütün təbəqələrinin maraqlarını 1-ci növbədə nəzərə alacaq. Düşünmürəm ki, yay tətili bununla əvəz olunacaq və yaxud da, hər hansı, deyək ki təhsil alanların və ya təhsil verənlərin maraqları xaricində qərar qəbul olunacaq".

Təhsil Nazirliyindən isə bildirildi ki, yekun qərar mövcud gedişata bağlı olacaq. Bununla belə qurumun sözçüsü Cəsarət Valehov yay tətilinin ləğv olunmasına hazırda əsas görmədiyini dilə gətirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4585   Tarix: 01 aprel 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 733
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25.04.2024 742
.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

25.04.2024 426
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1197
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 718
.

Azərbaycanda niyə qeysəriyyəyə üstünlük verilir? - VİDEO

Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayı artıb. Dövlət Satistika Komitəsinin məlumatına görə, ötən il ölkəmizdə 121 min doğuşun 35 faizdən çoxu qeysəriyyə yolu ilə həyata keçirilib. 2021-ci ildə 46 min 684 qadın bu yolla uşaq dünyaya gətiribsə, 2022-ci ildə bu rəqəm 53 min 267-yə qalxıb

25.04.2024 558
.

Britaniya hökuməti Kral III Çarlzın ölümünə fəal şəkildə hazırlaşır

Böyük Britaniya hökuməti Kral II Çarlzın ölümünə fəal şəkildə hazırlaşır. Bu barədə "Daily Beast" Bukingem sarayına yaxın mənbəyə istinadla xəbər verib. Bildirilir ki, bunun üçün "Menay körpüsü" adlı plan hazırlanıb. Layihə Nazirlər Kabineti tərəfindən mütəmadi olaraq nəzərdən keçirili

14:36 228
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 157
.

Körpə ehtiyatsızlıqdan ananın qucağından düşüb öldü - Yenilənib

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə vaxtı 4 aylıq körpə anasının qucağından yerə düşüb. Belə ki, ana övladı ilə birgə 4-cü mərtəbədəki mənzilin eyvanına hava almağa çıxıb. Bu zaman ehtiyatsızlıqdan körpə qadının qucağından yerə düşüb və aldığı xəsarətlərdən vəfat edib. *. Sabunç

16:04 612